Məhkəmə qərarları › İş №2(004)-5350/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5350/2024

09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5350/2024 09.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs AR Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə dair mülki iş (açar sözlər: şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi ) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs AR Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi) “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi ” barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi (maraqlı şəxs AR Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi) “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi ” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü X4 xx.xx.2000-ci il tarixində Biləsuvar rayonu, Ağalıkənd kəndində, xx.xx.1994-cü il təvəllüdlü X9 xx.xx.2000-ci il tarixində Biləsuvar rayonu, Ağalıkənd kəndində vəfat etmələri faktının müəyyən edilməsi və ölüm haqqındaşəhadətnamə verilməsinin maraqlı şəxs – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X5 ilə 04 mart 1993-cü il tarixində Azərbaycan Respublikası Biləsuvar rayonu Ağalıkənd kənd icra hakimiyyətində 8 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. Birgə nikahlarından dünyaya gələn xx.xx.1993-cü il təvəllüdlü X7 xx.xx.2000-ci il tarixində vəfat etmişdir. Onların vəfatından sonra Azərbaycan Respublikası Biləsuvar rayonu İHB-nin Ağalıkənd və Klubnika kəndlərinin nümayəndəsi tərəfindən onlara arayış verilmişdir. Uzun illər zərurət olmasa da, sonradan vərəsəlik işlərinə dair müəyyən prosedurlar görmək üçün hər iki övladının ölüm haqqında şəhadətnamələrinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etdi xx.xx.1993-cü il təvəllüdlü X7 üçün müraciətinə cavab olaraq bildirilmişdir ki, “3 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsi sizin xx.xx.2024-cü il tarixli xx.xx.2000-ci ildə ölmüş övladınız X4 ölümünün qeydə alınmaı ilə bağlı müraciətinizə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1, 8.2 və 8.3-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqın da məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.” Həmin Qaydanın 8.5-ci bəndində isə göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.” Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Kazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında övladınızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanımız xaricindədir.” xx.xx.1994-cü il təvəllüdlü X13 üçün müraciətinə cavab bildirilmişdir ki, “3 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsi sizin xx.xx.2024-cü il tarixli xx.xx.2000-ci ildə ölmüş övladınız X9 ölümünün qeydə alınması ilə bağlı müraciətinizə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1, 8.2 və 8.3-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqın da məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.” Həmin Qaydanın 8.5-ci bəndində isə göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.” Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Kazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında övladınızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanımız xaricindədir.” Qoşmaya əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən də göründüyü kimi övladlarının atası Ərizəçi, anası ilə X3r. Qoşmaya əlavə edilmiş digər sənədlər də yuxarıda qeyd etdiyi faktları təsdiq edir.

İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi

3. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əliavə olaraq bildirdi ki, onun ailəsi ilə birlikdərayondə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi var. Vəfat etmiş övladlarının ölüm haqqında şəhadətnamə olmadığına görə o, torpağı ilə bağlı bir sıra sənədləşmə əməliyyyatlarını apara bilmir. Övladları olduqca ciddi qüsurlarla doğulmuşlar. Xəstəliklərə tab gətirməyib vəfat etmişlər. Övladları ev şəraitində vəfat etmiş və Biləsuvar rayonunun Ağalı kənd qəbiristanlığında dəfn olunmuşlar.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

İİİ Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Biləsuvar Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.1993-cü il tarixdə Ağalı kənd kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X3r.

8. Bakı şəhəri Səbail rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.1994-cu il tarixdə Bakı şəhəri anadan olmuşdur. Atası Ərizəçi, anası X3r.

9. Azərbaycan Respublikası Biləsuvar rayonu İHB-nin Ağalıkənd və Klubnika kəndlərinin nümayəndəsi tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, X2 övladı X7 05 iyul 2000-ci ildə və X13 12 avqust 2000-ci ildə ölmüşlər.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı Bakı “Asan Xidmət” X8 xx.xx.2024-cü il tarixli məktublarına əsasən Ərizəçi xx.xx.2000-ci ildə ölmüş övladı X10 və xx.xx.2000-ci ildə ölmüş övladı X9 ölmünün qeydə alınması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında övladının ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, ərizəçinin həyat yoldaşıdır. Əliyeva Bürülyant və Əliyev Əlişir onun övladları olub. Doğulandan beyin iflici xəstəsi olmuşlar. Övladları 6-7 yaşlarında vəfat etmişlər. Övladları hərəkət edə bilmirdilər, yataq xəstəsi idilər. Rəhmətə getmiş övladlarından birinin Əlişirin əkiz bacısı da olmuş, o da xəstə olsa da, lakin müalicələr nəticəsində sağalmışdır. O, qızı Qönçənin müalicəsi ilə bağlı uzun müddət xəstəxanada olmuşdur. Uşaqları rayonda dəfn ediblər. İlk olaraq Bürülyant, daha sonra isə Əlişir rəhmətə getmişdir.

12. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

13. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

14. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

15. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1993-cü il təvəllüdlü X4 xx.xx.2000-ci il tarixdə Biləsuvar rayonu, Ağalı kəndində, xx.xx.1994-cü il təvəllüdlü X9xx.xx.2000-ci il tarixində Biləsuvar rayonu, Ağalı kəndində ölməsi faktı müəyyən edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

18. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

20. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V Nəticə:

21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X4 xx.xx.2000-ci il tarixdə Biləsuvar rayonu, Ağalı kəndində, xx.xx.1994-cü il təvəllüdlü X9xx.xx.2000-ci il tarixində Biləsuvar rayonu, Ağalı kəndində ölməsi faktı müəyyən edilsin. X1 və X9 ölüm faktının qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlər rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar