Məhkəmə qərarları › İş №2(004)-5354/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5354/2022

17.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5354/2022 17.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə Ərizəçinin nümayəndəsi və vəkili Vəkil Maraqlı şəxsin nümayəndəsi və vəkili X2 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli Maraqlı şəxs ilə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq məhkəməyə təqdim olunan sözügedən barışıq sazişindəki “Barışığın şərtləri” maddəsi üzrə 2.1-ci bənd, 2.1.1 və 2.1.2-ci bəndlərin təsdiq edilməsinə ehtiyac duymadıqlarını, onların təsdiqindən imtina etdiklərini bildirmiş və xx.xx.2022-ci il tarixli MŞB/6-4163 saylı barışıq sazişinin 2.1.3, 2.1.4, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndlərə aid olan hissədə təsdiq olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında ərizəni qismən müdafiə etdiyini bildirmiş və barışıq sazişinin 2.1.3 və 2.1.4-cü bəndlərində təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında ərizənin qismən təmin edilməsi ilə razı olduğunu bildirmişdir. İş materiallarında olan Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, 1. Ərizəçi ilə Maraqlı şəxs arasındakı mübahisə ailə münasibətlərini əhatə etməklə, tərəflər arasındakı nikahın pozulması, uşaqla valideyn arasındakı ünsiyyət qaydalarının müəyyənləşdirilməsindən, pulun qaytarılması və alimentin təyin edilməsindən ibarətdir. 2. Barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir: 2.1. İkinci tərəf öhdəsinə götürür ki, birinci tərəfin tələbini qəbul edərək nikahın pozulması barədə gələcəkdə məhkəmədə qaldırılacaq iddianı mübahisəsiz qəbul edəcəkdir. 2.1.1. Birinci tərəf öz öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 anası Maraqlı şəxs himayəsində saxlanılmasına etiraz etməyəcəkdir. 2.1.2. Birinci tərəf öz öhdəsinə götürür ki, hər iki uşağın saxlanılmasına görə aylıq minimum 386 manat məbləğində alimenti İkinci tərəfin təqdim etdiyi kart hesabına köçürəcəkdir. Aliment məbləği hər ayın sonu ödəniləcəkdir. 2.1.3. İkinci tərəf öz öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş X3 və X1 atası ilə mütəmadi olaraq ünsiyyətdə olmasına şərait yaradacaq, həftədə bir dəfə uşaqların atanın yanında qalmasına və birinci tərəfin valideynlik hüquqlarının yerinə yetirilməsinə maneə yaratmayacaqdır. 2.1.4. Cehizin alınması üçün verilmiş 15 000 (on beş min) manat məbləğində pul vəsaitini İkinci tərəfə hissə-hissə ödəməklə Birinci tərəf öz öhdəsinə götürür. Ödəniş məbləği hər ay minimum 400 (dörd yüz) manat təşkil edəcəkdir. İkinci tərəf öhdəsinə götürür ki, gələcəkdə bu mübahisə ilə bağlı heç bir iddiası olmayacaq. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən Küquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf onä ödəməlidir.' 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə qismən təmin edilməli və tərəflər Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi 2.1.3 və 2.1.4-cü bəndlərində təsdiq edilməlidir. Belə ki, tərəflər barışıq sazişinin qismən- sazişin 2.1.3 və 2.1.4-cü bəndlərində təmin edilməsinə razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin. İkinci tərəf (Maraqlı şəxs) öhdəsinə götürür ki, birgə nikahdan doğulmuş X3 və X1 atası ilə mütəmadi olaraq ünsiyyətdə olmasına şərait yaradacaq, həftədə bir dəfə uşaqların atanın yanında qalmasına və birinci tərəfin (Ərizəçi) valideynlik hüquqlarının yerinə yetirilməsinə mane yaratmayacaqdır. Cehizin alınması üçün verilmiş 15000 manat məbləğində pul vəsaitini ikinci tərəfə (Maraqlı şəxs ) hissə-hissə ödəməyi birinci tərəf (Ərizəçi) öhdəsinə götürür. Ödəniş məbləği hər ay minimum 400 manat təşkil edəcəkdir. İkinci tərəf (Maraqlı şəxs) öhdəsinə götürür ki, gələcəkdə bu mübahisə ilə bağlı heç bir iddiası olmayacaq. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar