Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5379/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə” ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında Bakı şəhəri 17 saylı Mediasiya Şurasında bağlanmış xx.xx.2023-ci il tarixli barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə etdi və bildirdi ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2004-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2006-cı il təvəlüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı 3 övladı var. Bir müddət mehriban yaşamışlar, nikah dövründə avtomobil, mənzil almışlar. Sonradan ailədə baş vermiş narazılıqlar səbəbindən ailə faktiki olaraq dağılmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 17 saylı Mediasiya Şurasında tərəflər arasında barışıq sazişi bağlanmışdır, həmin sazişə əsasən tərəflər arasındakı razılaşmanın şərtlərinə əsasən Ərizəçi Maraqlı şəxs 34.500 manat pul vəsaiti ödəyir və həmin pulun müqabilində Maraqlı şəxs birgə nikah dövründə əldə edilmiş mülkiyyətindəki payından imtina edir. Pul vəsaititin ödənilməsi notarial qaydada təsdiqlənir. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzili və ** XZ *** dövlət nömrə nişanlı “Mercedes Benz 220” minik markalı (buraxılış ili 1995, sedan) avtomobili xx.xx.2023-cü il tarixdə Ərizəçi təhvil verməyi öhdəsinə götürmüşdür. Ərizəçi 34.500 manat pulu barışıq sazişi bağlanan gün, yəni xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ödəmişdir. Bu barədə tərəflər arasında xx.xx.2023-cü il tarixdə qəbz tərtib edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə könüllü əməl etməmiş, xx.xx.2023-cü il tarixdə əmlakları Ərizəçi təhvil verməmişdir. Odur ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq olunmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul etmədi və izahatında bildirdi ki, o, Ərizəçi ilə xx.xx.2004-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2006-cı il təvəlüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı 3 övladı var. Bir müddət mehriban yaşamışlar, nikah dövründə avtomobil, mənzil almışlar. Ərizəçi ilə birgə nikah dövründə əldə etdikləri mənzilin və avtomobilin bölünməsinə dair razılıq əldə etmişlər. Bakı şəhəri 17 saylı Mediasiya Şurasında xx.xx.2025-ci il tarixdə Ərizəçi ilə onun arasında barışıq sazişi bağlanmışdır, həmin sazişə əsasən tərəflər arasındakı razılaşmanın şərtlərinə əsasən Ərizəçi ona 34.500 manat pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür, o, həmin pulun müqabilində birgə nikah dövründə əldə edilmiş mülkiyyətindəki payından imtina etmişdir. Ərizəçi 34.500 manat pulu xx.xx.2023-cü il tarixdə ödəmişdir. Lakin həmin gün axşam o, Ərizəçi ilə barışmışdır. Ərizəçi xx.xx.2023-cü il tarixdə yaşadıqları Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzilinə qayıtmışdır və ona verdiyi 34.500 manatı alaraq aparıb anasına qaytarmışdır. Çünki, Ərizəçi 34.500 manat pulu anasından borc alaraq ona vermişdir. Artıq barışdıqlarına və bir evdə yaşamağa başladıqlarına görə xx.xx.2023-cü il tarixdə o, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzilini və ** XZ *** dövlət nömrə nişanlı “Mercedes Benz 220” minik markalı avtomobili Ərizəçi təhvil verməmişdir. 2023-cü ilin avqust ayında yenidən münasibətləri pisləşmiş və Ərizəçi ona xx.xx.2023-cü il tarixli barışıq sazişində göstərilən 34.500 manat puldan 30.500 manat pul ödəmiş və Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzilindən çıxmasını və ** XZ *** dövlət nömrə nişanlı “Mercedes Benz 220” minik markalı avtomobili ona təhvil verməsini tələb etmişdir. O, sazişdə nəzərdə tutulan puldan 4.000 manatını Ərizəçi tələb etmir. O, Lənkəran rayonu Liman şəhərindəki evini 35.000 manata sataraq Ərizəçi adına ipoteka ilə aldıqları Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzilinin ilkin ödənişinə vermişdir. Hazırda onun yaşamağa başqa yeri olmadığına görə xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl edə bilmir. Odur ki, ərizənin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında Bakı şəhəri 17 saylı Mediasiya Şurasında bağlanmış xx.xx.2023ci il tarixli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Belə ki, işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2004-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2006-cı il təvəlüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı 3 övladı var. ƏMDX DƏD Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********5-05101-093013 reyestr nömrəli ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Ərizəçi adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. “AZEMİS”-dən çıxarışdan müəyyən edilir ki, “Mercedes Benz 220” minik markalı (buraxılış ili 1995, sedan) ** XZ *** dövlət nömrə nişanlı avtomobili xx.xx.2018-ci il tarixdə Ərizəçi adına qeydiyyata alınmışdır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ərizəçi adına qeydiyyata alınmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzili və “Mercedes Benz 220” minik markalı (buraxılış ili 1995, sedan) ** XZ *** dövlət nömrə nişanlı avtomobili tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir və onların ümumi birgə mülkiyyəti hesab edilir. Bakı şəhəri 17 saylı Mediasiya Şurasında Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmanın şərtlərinə əsasən Ərizəçi Maraqlı şəxs 34.500 manat pul vəsaiti ödəyir və həmin pulun müqabilində Maraqlı şəxs birgə nikah dövründə əldə edilmiş mülkiyyətindəki payından imtina edir. Pul vəsaititin ödənilməsi notarial qaydada təsdiqlənir. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzili və ** XZ *** dövlət nömrə nişanlı “Mercedes Benz 220” minik markalı (buraxılış ili 1995, sedan) avtomobili xx.xx.2023-cü il tarixdə Ərizəçi təhvil verməyi öz üzərinə öhdəlik götürmüşdür. Ərizəçi 34.500 manat pulu barışıq sazişi bağlanan gün, yəni xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs ödəmişdir. Bu barədə tərəflər arasında xx.xx.2023-cü il tarixdə qəbz tərtib edilmişdir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə könüllü əməl etməmiş, xx.xx.2023-cü il tarixdə əmlakları Ərizəçi təhvil verməmişdir. Ərizəçi maraqlı şəxsin barışıq sazişini könüllü icra etmədiyini əsas gətirərək, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs məhkəmə iclasında barışıq sazişini könüllü icra etməməsinin səbəbini onunla izah etmişdir ki, o, Ərizəçi ilə xx.xx.2023-cü il tarixdə barışmışdır. Ərizəçi xx.xx.2023-cü il tarixdə yaşadıqları Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzilinə qayıtmışdır və ona verdiyi 34.500 manatı alaraq aparıb anasına qaytarmışdır. Çünki, Ərizəçi 34.500 manat pulu anasından borc alaraq ona vermişdir. Artıq barışdıqlarına və bir evdə yaşamağa başladıqlarına görə xx.xx.2023-cü il tarixdə o, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzilini və ** XZ *** dövlət nömrə nişanlı “Mercedes Benz 220” minik markalı avtomobili Ərizəçi təhvil verməmişdir. 2023-cü ilin avqust ayında yenidən münasibətləri pisləşmiş və Ərizəçi ona xx.xx.2023-cü il tarixli barışıq sazişində göstərilən 34.500 manat puldan 30.500 manat pul ödəmiş, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzilindən çıxmasını və ** XZ *** dövlət nömrə nişanlı “Mercedes Benz 220” minik markalı avtomobili ona təhvil verməsini tələb etmişdir. O, hazırda sazişdə nəzərdə tutulan puldan 4.000 manatını Ərizəçi tələb etmir. O, Lənkəran rayonu Liman şəhərindəki evini 35.000 manata sataraq Ərizəçi adına ipoteka ilə aldıqları Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 57/24 nömrəli evin 80 nömrəli mənzilinin ilkin ödənişinə vermişdir. Hazırda onun yaşamağa başqa yeri olmadığına görə xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl edə bilmir. Azərbaycan Respublikası MPM-in 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-in 355-25.4-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında birgə nikah dövründə əldə edilmiş ümumi əmlaka dair Bakı şəhəri 17 saylı Mediasiya Şurasında bağlanmış xx.xx.2023-ci il tarixli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Çünki, barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 355- 23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı şəhəri 17 saylı Mediasiya Şurasında bağlanmış xx.xx.2023-ci il tarixli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-5379/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5379/2023
24.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver