Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5386/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Yasamal rayon Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 noyabr 1960-cı il təvəllüdlü atası X3 20 fevral 2009-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X5 20 fevral 2009-cu il tarixdə Şamaxı şəhəri, X12 küçəsi, ev 136 ünvanda intihar etmişdir. Bu barədə Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X13 Şamaxı rayon şöbəsinin tibb eksperti Mamed Abdulrazaqov tərəfindən məhkəmə tibb müayinəsindən keçirilmiş və bu barədə 2 saylı rəy tərtib olunaraq Şamaxı rayon Prokurorluğuna təqdim edilmişdir. Mərhum atası X1 şəhər qəbirstanlığında dəfn olunmuşdur. Bununla bağlı, ötən müddətdə hər-hansı rəsmi sənəd alınmamışdır. Sonradan, Şamaxı rayon qeydiyyat şöbəsinə və AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X14 ərizə ilə müraciət edilmiş, lakin həmin şöbələr ölümü haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməlidir. Daha sonra, Ərizəçi tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, bildirmişdir ki, 21 noyabr 1960-cı il təvəllüdlü atası X3 20 fevral 2009-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməsinin əsas məqsədi atası ilə bağlı olan sənədləşmə işlərinin aparılması ilə bağlıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 21 noyabr 1960-cı il təvəllüdlü X3 20 fevral 2009-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-5066/15 nömrəli arayışda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydiyyata alınması imkanları xaricindədir. Yasamal rayon qeydiyyat Şöbəsi aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X13 Şamaxı rayon şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şamaxı rayon sakini mərhum X3 meyiti xx.xx.2009-cu il tarixdə Şamaxı rayonlar arası məhkəmə tibb ekspertiza şöbəsində məhkəmə tibb eksperti Mamed Abdulrazaqov tərəfindən məhkəmə tibb müayinəsindən keçirilmiş, onun adına 2 saylı rəy tərtib olunmuş və həmin rəy rayon prokurorluğuna təqdim edilmişdir. Hal-hazırda mərhumun şəxsiyyətini təsdiq edən sənəd olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.1986-cı il tarixdə verilmiş Xİ-ЖГ seriyalı 454993 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, atası X5, anası X2r, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-cı il tarixdə 1995 nömrə ilə qeyd edilmişdir.. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X3 xx.xx.1960-cı ildə doğulduğu, xx.xx.2009-cu ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, mərhum onun əmisinin oğlu olmuşdur. Mərhum xx.xx.2009-cu il tarixdə Şamaxı şəhərində vəfat etmiş, Şamaxı şəhər qəbirstanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, mərhum onun keçmiş həyat yoldaşı olmuşdur. Mərhum xx.xx.2009-cu il tarixdə Şamaxı şəhərində vəfat etmiş, Şamaxı şəhər qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin atası olmuşdur. xx.xx.2009-cu il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. X1 şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi oğlunun ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin atası X3 xx.xx.2009cu il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı ildə doğulmuş X3 xx.xx.2009-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5386/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5386/2022
10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver