Məhkəmə qərarları › İş №2(004)-5411/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5411/2023

26.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5411/2023 26.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs nümayəndəsi və vəkili Ayşə X13 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə və iddianın dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/13/2023-01452 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, belə ki, tərəflər aşağıdakı şərtlər əsasında barışıq sazişi bağlamışlar: 1. xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57-05301-093042 reyestr nömrəli Ərizəçi adına olan ünvan 1 ünvanında yerləşən mənzilə olan pay hüququndan X1 Zemfira Səlvər qızının xeyrinə imitna edir. 2. xx.xx.2020ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09-05301-093011 reyestr nömrəli Maraqlı şəxs adına olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbay Qutqaşınlı küçəsi, ev 5C, manzil 25 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilə olan pay hüququndan X6 Maraqlı şəxs Salvar qızının xeyrinə imtina edir. 3.xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73-05301-093030 reyestr nömrəli Maraqlı şəxs adına olan ünvan 3 ünvanında yerləşən mənzilə olan pay hüququndan Maraqlı şəxs Solvor qızı Ərizəçi xeyrinə imtina edir. 4.xx.xx.2012-ci il tarixli, 126 nömrəli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən Maraqlı şəxs adına olan Bakı) şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən mənzilə olan pay hüququndan Maraqlı şəxs Ərizəçi xeyrinə imtina edir. 5. xx.xx.1999-cu il tarixli, 550 saylı Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Maraqlı şəxs adına olan Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov (1.Qutqaşınlı) küçəsi, 500-cü məhəllədə quraşdırılmış qaraja olan pay hüququndan Maraqlı şəxs Ərizəçi xeyrinə imtina edir. 6.**-LJ-*** dövlət nömrə nişanı olan, HYUNDAİ SONATA markalı, 2010-cu il buraxılış ili (qeydiyyat şəhadətnaməsi AB 594086) Ərizəçi adına olan nəqliyyat vasitəninin pay hüququndan Sairbayzadə Zemfira Salvǝr qızı X2 xeyrinə imtina edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, tərəflər mediasiyada barışıblar və qarşı tərəf əməl etməməyə başlamışdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili Ayşə X15 ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, mənzillərdən biri ilə bağlı mübahisə yaranmışdır, ona görə də sazişin icra olunmasından imtina edir. Odur ki, ərizənin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış Bakı 13 saylı mediasiya təşkilatının mediatoru X8 tərəfindən tərtib olunmuş MŞB/13/2023-01452 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən:

1. xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57-05301- 093042 reyestr nömrəli Ərizəçi adına olan ünvan 1 ünvanında yerləşən mənzilə olan pay hüququndan X1 Zemfira Səlvər qızının xeyrinə imitna edir.

2. xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09-05301- 093011 reyestr nömrəli Maraqlı şəxs adına olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbay Qutqaşınlı küçəsi, ev 5C, manzil 25 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilə olan pay hüququndan X6 Maraqlı şəxs Salvar qızının xeyrinə imtina edir.

3. xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73-05301- 093030 reyestr nömrəli Maraqlı şəxs adına olan ünvan 3 ünvanında yerləşən mənzilə olan pay hüququndan Maraqlı şəxs Solvor qızı Ərizəçi xeyrinə imtina edir.

4. xx.xx.2012-ci il tarixli, 126 nömrəli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən Maraqlı şəxs adına olan Bakı) şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən mənzilə olan pay hüququndan Maraqlı şəxs Ərizəçi xeyrinə imtina edir.

5. xx.xx.1999-cu il tarixli, 550 saylı Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Maraqlı şəxs adına olan Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov (1.Qutqaşınlı) küçəsi, 500-cü məhəllədə quraşdırılmış qaraja olan pay hüququndan Maraqlı şəxs Ərizəçi xeyrinə imtina edir.

6. **-LJ-*** dövlət nömrə nişanı olan, HYUNDAİ SONATA markalı, 2010-cu il buraxılış ili (qeydiyyat şəhadətnaməsi AB 594086) Ərizəçi adına olan nəqliyyat vasitəninin pay hüququndan Sairbayzadə Zemfira Salvǝr qızı X2 xeyrinə imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış MŞB/13/2023-01452 saylı xx.xx.2023-cü il tarixli saylı barışıq sazişinin təsdiq edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməli və Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/13/2023-01452 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Həmçinin barışıq sazişinin təsdiq edilməsi alimentin tutulması məsələsi ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/13/2023-01452 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57-05301- 093042 reyestr nömrəli Ərizəçi adına olan ünvan 1 ünvanında yerləşən mənzilə olan pay hüququndan X1 Zemfira Səlvər qızının xeyrinə imitna edir.

2. xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********09-05301- 093011 reyestr nömrəli Maraqlı şəxs adına olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbay Qutqaşınlı küçəsi, ev 5C, manzil 25 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzilə olan pay hüququndan X6 Maraqlı şəxs Salvar qızının xeyrinə imtina edir.

3. xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73-05301- 093030 reyestr nömrəli Maraqlı şəxs adına olan ünvan 3 ünvanında yerləşən mənzilə olan pay hüququndan Maraqlı şəxs Ərizəçi xeyrinə imtina edir.

4. xx.xx.2012-ci il tarixli, 126 nömrəli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən Maraqlı şəxs adına olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən mənzilə olan pay hüququndan Maraqlı şəxs Ərizəçi xeyrinə imtina edir.

5. xx.xx.1999-cu il tarixli, 550 saylı Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Maraqlı şəxs adına olan Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov (1.Qutqaşınlı) küçəsi, 500-cü məhəllədə quraşdırılmış qaraja olan pay hüququndan Maraqlı şəxs Ərizəçi xeyrinə imtina edir.

6. **-LJ-*** dövlət nömrə nişanı olan, HYUNDAİ SONATA markalı, 2010-cu il buraxılış ili (qeydiyyat şəhadətnaməsi AB 594086) Ərizəçi adına olan nəqliyyat vasitəninin pay hüququndan Sairbayzadə Zemfira Salvǝr qızı X2 xeyrinə imtina edir. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar