Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-545/2023 30.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Yasamal rayonu qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi qarşı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X7 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Üç az yaşlı övladı var. Qeyd etmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü mərhum əri X16 xx.xx.1981-ci ildə valideyini itirməsi səbəbindən Azərbaycan Respublikası Təsil Nazirliyinin “Valideyin Himayəsindən məhrum olmuş uşaqlar üçün” 1 №-li tam orta internat məktəbinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Bundan başqa onuda qeyd etmişdir ki, mərhum əri X16 uzun sürən ağ ciyyər xəstəlikdən əziyyət çəkirdi. Eyni zamanda bildirmişdir ki, 3 (üç) dəfə ürəyindən “infakt” keçirmişdir. Sonuncu dəfə xəstəliyinin ağırlaşması ilə əlaqədar X18 xx.xx.2022-ci il tarixində daxil olmuş, xx.xx.2022ci il tarixində vəfat etmişdir. Bildirmişdir ki, bu günkü gündə o, mərhum ərinin ölüm haqqında şəhadətnaməsini ala bilmir. Buna səbəb mərhum həyat yoldaşı X7 şəxsiyyət vəsiqəsinin itməsini səbəb gətirillər. Sonra ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1974-cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mərhum əri X16 xx.xx.2022-ci il tarixdə X12 daxil olmuş, xx.xx.2022-ci il tarixdə isə vəfat etmişdir. Ona ürək çatışmamazlığı, infakt diaqnozu qoyulmuşdur. O, sağ olarkən şəxsiyyət vəsiqəsini itirmiş və sonra yeni şəxsiyyət vəsiqəsi üçün müraciət etməmişdir. Buna görə həmin mərkəz şəxsiyyət vəsiqəsi olmadığına görə ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmiş, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X3 qəbirstanlığında dəfn edilib. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında bildirmişdir ki, o, subaydır, orta təhsillidir, istehsalatda işləyir. Ərizəçi onun bibisinin gəlnidir. X16 isə bibisi oğludur, o, xx.xx.2022-ci il tarixdə X15 (Semaşkoda) rəhmətə getmiş, gedib onu götürüb, yuyub, sonra Maştağa qəbirstanlığında bastırmışlar. O, həm dəfndə, həm də yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, ailəlidir, orta təhsillidir, can balkon ustasıdır. Ərizəçi bibisi oğlunun həyat yoldaşıdır. X16 isə bibisi oğludur, o, xx.xx.2022-ci il tarixdə X15 (Semaşkoda) yatırdı, xəstə idi, böyrəkləri də ağrıyırdı. xx.xx.2022-ci il tarixdə X15 (Semaşkoda) rəhmətə getmiş, Maştağa qəbirstanlığında dəfn edilmişdir. O, həm dəfndə, həm də yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: AZE seriyalı, 07791017 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X16 29 yanvar 1974-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 01 saylı tam orta internat məktəbinin 183 saylı, 10 yanvar 2017-ci il tarixli arayışına əsasən 29 yanvar 1974-cü il təvəllüdlü X16 həqiqətən də xx.xx.1981-ci il tarixdə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 01 saylı tam orta internat məktəbinə daxil olmuş və 1988-ci il tarixdə həmin məktəbin 9-cu sinifini bitirmişdir. AZE seriyalı, 12092744 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X5 12 mart 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası isə Ərizəçidır. AZE seriyalı, 11770265 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X11 02 dekabr 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası isə Ərizəçidır. AZE seriyalı, 10559647 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 04 fevral 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası isə Ərizəçidır. X10 xx.xx.2022-ci il tarixli arayışına əsasən görünür ki, X1 infaktdan sonra ağırlaşma ilə əlaqədar 14 noyabr 2022-ci il tarixdə X13 vəfat etmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx/xx-5468/13 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricində olmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Bakı Baş Səhiyyə Mərkəzi” X27 “03 nömrəli Şəhər Poliklinikası”nın Ərizəçi ünvanladığı 753 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, yoldaşı 29 yanvar 1974-cü il təvəllüdlü X7 ölümü müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində (X15) baş verdiyindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.5 bəndinə əsasən tərəflərindən mərhumun adına “ölüm haqqında tibbi şəhadətnaməsinin” verilməsi mümkün deyil. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “X23” Publik Hüquqi X2 ünvanladığı 6657 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən xx.xx.2022-ci il tarixdə X21 kardiologiya şöbəsində vəfat edən X7 şəxsiyyət vəsiqəsinin yaxınları tərəfindən təqdim olunmadığı üçün X23 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 06 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X16 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsi, “Seyidlər” qəbirstanlığında dəfn olunmuşdur (ərizəyə əlavə olunmuş foroşəkillərlə təsdiq edilir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X16 həqiqətən də xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X7 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-545/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-545/2023
30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver