Məhkəmə qərarları › İş №2(004)-548/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-548/2025

24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-548/2025 24.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “X5 anası X1 olmaqla xx.xx.1910-cu ildə Gəncə şəhərində (həmin dövrdə Kirovabad şəhəri) doğumunun qeyd edilməsi və xx.xx.1943-cü ildə müharibə şəraitində Rusiya Federasiyasının Krosnadar vilayətində vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “X5 anası X1 olmaqla xx.xx.1910-cu ildə Gəncə şəhərində (həmin dövrdə Kirovabad şəhəri) doğumunun qeyd edilməsi və xx.xx.1943-cü ildə müharibə şəraitində Rusiya Federasiyasının Krosnadar vilayətində vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024cü il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, X2 doğum tarixinə dair hər hansı material aşkar edilməmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Gəncə Filialının xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən müəyyən edilir ki, 25 yaşlı X5 24 yaşlı X3 ilə xx.xx.1935-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X3 xx.xx.1969-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, X5 müvafiq daşınmaz əmlaka münasibətdə 1/3 hissə payda xüsusi mülkiyyətçidir. İş materiallarında olan X6 (2-ci Dünya Müharibəsi) iştirakçılarının reyestri barədə saytdan əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, X5 1910-cu ildə Gəncə şəhərində anadan olmuş, xx.xx.1943-cü ildə müharibə şəraitində Rusiya Federasiyasının Krosnadar vilayətində vəfat etmişdir. İş materiallarına digər qohumlara dair hüquq müəyyən edici sənədlər (ölüm haqqında, doğum haqqında şəhadətnamə, arxiv sənədləri Məhkəmə, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 25 yaşlı X5 24 yaşlı X3 ilə xx.xx.1935-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. X3 xx.xx.1969-cu il tarixdə vəfat etmişdir. X5 müvafiq daşınmaz əmlaka münasibətdə 1/3 hissə payda xüsusi mülkiyyətçidir. X6 (2-ci Dünya Müharibəsi) iştirakçılarının reyestri barədə saytdan əldə edilmiş məlumatlara əsasən X5 1910-cu ildə Gəncə şəhərində anadan olmuş, xx.xx.1943-cü ildə müharibə şəraitində Rusiya Federasiyasının Krosnadar vilayətində vəfat etmişdir. Şəxsin doğum tarixi barədə detallı məlumatlar olmadığından MM-in 40.2-ci maddəsini məhkəmə anologiya üzrə hazırki mübahisəyə tətbiq etməklə doğum tarixini (ay, gün) müəyyən etməyi, yəni, müvafiq ilin ilk günündən – 01 yanvar tarixindən nəzərə almağı yolverilən hesab edir. Hazırki ərizə ilə məhkəməyə müraciət edilməsində ərizəçinin vərəsəlik nöqteyinəzərdən hüquqi marağı vardır və ərizənin təmin edilməsi hüquqi nəticələrə səbəb olacaqdır. Deməli, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılması yolveriləndir. Fiziki şəxsin hüquq müəyyən edici sənədinin bərpa olunması dövlətin həm vəzifəsi, həm də xüsusi marağındadır. Ölmüş şəxsin mülkiyyətində daşınmaz əmlakın olması barədə reyestr məlumatlarının mövcudluğu həqiqətə uyğun olmayan hüquqi nəticələrə səbəb olur. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X2 01 yanvar 1910-cu il tarixdə Gəncə şəhərində doğulması, xx.xx.1943-cü il tarixdə müharibə şəraitində Rusiya Federasiyasının Krosnadar vilayətində ölməsi faktı müəyyən edilməli, ana qrafasında X1, ata qrafasında Musa Qədimov qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs cəlb edilməklə “X5 anası X1 olmaqla xx.xx.1910-cu ildə Gəncə şəhərində (həmin dövrdə Kirovabad şəhəri) doğumunun qeyd edilməsi və xx.xx.1943-cü ildə müharibə şəraitində Rusiya Federasiyasının Krosnadar vilayətində vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. X2 01 yanvar 1910-cu il tarixdə Gəncə (Kirovabad) şəhərində doğulması, xx.xx.1943cü il tarixdə müharibə şəraitində Rusiya Federasiyasının Krosnadar vilayətində ölməsi faktı müəyyən edilsin. Ana qrafasında X1, ata qrafasında Musa Qədimov qeyd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elekton məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar