Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5488/2022 16.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X17 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət edərək 01 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş 13 sentyabr 1939-cu il təvəllüdlü mərhum anası X1 ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, X5 onun anasıdır. Mərhum anası 13 sentyabr 1939cu ildə Bakı şəhərində anadan olmuşdur. 01 oktyabr 2022-ci il tarixində anası ünvan 1 ünvanında qəfildən vəfat etmişdir. İyul ayında müalicə olunmaq üçün Rəsulzadə adına xəstəxanada yatmışdır. Müalicədən imtina etdikdən sonra anasını evə gətirmiş və evdə rəhmətə getmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, təcili tibbi yardım çağırmışdır, anasını 7-ci mikrorayon qəbirstanlığında dəfn etmişdir. Anası 83 yaşında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, Üzəyir müəllimlə birlikdə böyümüşlər, anası Güləra xanımı da tanıyır. Üzeyir müəllim ayın 1-i zəng edib bildirmişdir ki, anası rəhmətə getmişdir. Yasamalda yerləşən köhnə qəbirstanlıq adlanan ərazidə məscidə aparmışlar. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, dəfndə iştirak etmişdir. 7-ci mikrorayon qəbirstanlığında dəfn edilmişdir. Bütün mərasımlərdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 bildirmişdir ki, Üzeyirlə və mərhum anası ilə 11 ildir ki, qonşudur. Anası güləra xanımı da tanıyır. Uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi. Ağır ökürəkləri olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 1 oktyabrdə rəhmətə getmişdir. 7-ci mikrorayon qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan АЗ № ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Ərizəçi atası X7, anası isə X4r. İş materiallarında olan Bakı şəhər Təcili və X6 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Əsəd əhmədov 5/9 m. 180 ünvanında X2 meyiti aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1939-cu il təvəllüdlü X5 M.Ə.Rəsulzadə qəsəbəsi, İ. Hacıyev küçəsi, 62 ünvanında yerləşən 7-ci mkr adlanan qəbirstanlıqda xx.xx.2022-ci il tarixdə dəfn olunmuşdur . İş materiallarında olan 39 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, anası 7 mkr S.S.Axundov k. ,i/b ev 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış və həmin ünvanda vəfat etmiş xx.xx.1939-cu il təvəllüdlü X1 39 nömrəli şəhər poliklinikasında heç bir müraciəti qeydə alınmadığından, ölümə qədər təcili tibbi yardım çağırılıb, diaqnoz qoyulmaması səbəbi ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı Şəhər Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, onun xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X3 ölümünün qeydiyyata alınması barədə daxil olmuş ərizəsinə baxılmışdır. Ölüm haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişin təmin edilməsi mümkün olmamışdır və ona ölüm faktının müəyyən olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1939-cu il təvəllüdlü X1 01 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, xx.xx.1939-cu il təvəllüdlü X1 01 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməs ərizəçinin izahatı, şahidlərin ifadəsi, iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X1 01 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5488/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5488/2022
16.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver