Məhkəmə qərarları › İş №2(004)-5504/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5504/2023

30.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5504/2023 30.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdehlə rəsmi dövlət nikah ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir övladları olmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Hal-hazırda boşanmaq fikrləri qətidir. Bu səbəbdən də onlar qanunun tələblərinə uyğun olaraq razılıq əsasında mediasiya təşkilatına müraciət etmişlər. Belə ki, MPM-nin 355- 23.1-ci maddəsinə əsasən, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bakı 13 saylı medisiya təşkilatının mediatoru X4 xx.xx.2023-cü il tarixdə təşkil etdiyi mediasiya prosesində hər ikisi iştirak etmiş və aralarında MŞB/13/2023- 01420 №-li, xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, cavabdeh aralarında olan nikahın pozulmasına razılığını bildirmiş və birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsinə heç bir bir etirazı olmadığını və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimenti ona məxsus plan 4169 7388 5074 6326 nömrəli kart hesabına ödəməyi üzərinə öhdəlik kimi götürmüşdür. Cavabdehlə aralarında bağlanmış barışıq sazişinə baxmayaraq qanunvericiliyə uyğun olaraq həmin sazişin təsdiq olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi, həmçinin AZEMİS vasitəsilə sms bildiriş göndərilməklə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəf qismində Ərizəçi və ikinci tərəf qismində Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinə əsasən, (nikahın pozulması tələbi)Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək 19 aprel 2021-ci il tarixində 3 saylı Bakı ASAN Xidmət mərkəzi, qeydiyyat şöbəsində bağladıqları, 738 sayı ilə qeydə alınan nikahı pozsunlar. Nikahın pozulması tələbi Məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan (nikahın pozulması) tələbinin icra edilməsini müvafiq Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər. (uşağın ananın himayəsində saxlanılması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2022-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşma çatana kimi 1-ci tərəf Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəldilər. (aliment tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi hər ay, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti 2-ci tərəf Maraqlı şəxs könüllü olaraq 1-ci tərəf Ərizəçi məxsus **********746326 nömrəli kart hesaına və ya digər bank hesabına ödəməyini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişnin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında 06 oktyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan 100 manat mediasiya xərci ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355- 23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. (nikahın pozulması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək 19 aprel 2021-ci il tarixində 3 saylı Bakı ASAN Xidmət mərkəzi, qeydiyyat şöbəsində bağladıqları, 738 sayı ilə qeydə alınan nikahı pozsunlar. Nikahın pozulması tələbi Məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan (nikahın pozulması) tələbinin icra edilməsini müvafiq Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər.

2. (uşağın ananın himayəsində saxlanılması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə xx.xx.2022-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşma çatana kimi 1-ci tərəf Ərizəçi himayəsində saxlanılması barədə razılığa gəldilər.

3. (aliment tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi hər ay, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti 2-ci tərəf Maraqlı şəxs könüllü olaraq 1-ci tərəf Ərizəçi məxsus **********746326 nömrəli kart hesaına və ya digər bank hesabına ödəməyini öhdəsinə götürür. Ödənilmiş 100 manat mediasiya xərci ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar