Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5527/2020 27.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X3, Cavabdeh ASC-nin nümayəndəsi X5 iştirakı ilə. İddiaçı Cavabdeh ASC-yə qarşı işə çıxmağa bərpa və pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı işə çıxmağa bərpa və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək işə çıxmağının təmin edilməsi, işə çıxdığı tarixə qədər ona ödənilməmiş əmək haqqının Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ödənilməsi, cavabdehin qanuna zidd hərəkətləri səbəbi ilə ona dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 3000 (üç min) manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2012-ci il tarixində əmək müqaviləsi bağlamış və su kəməri təsərrüfatında nəzarətçi olaraq işə başlamış, aylıq əmək haqqı isə 610,0 manat təşkil edir. Əmək müqaviləsi Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, elektron sistemə yerləşdirildikdən sonra hüquqi qüvvəyə minmişdir. 2016-cı ildən analıq məzuniyyətində olmuş, 2019-cu il tarixində isə uşağının səhhətində yaranmış problemlərlə ilə əlaqədar olaraq öz hesabına məzuniyyət götürmüş, xx xxxx 2020-ci il tarixindən isə yenidən işə çıxmışdır. Azərbaycan Respublikasının Baş Nazirinin 2020-ci il 16 mart tarixli 1/384 nömrəli məktubunda qeyd edilir ki, “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə” Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə aşağıdakıların təmin edilməsi və icrasına ciddi nəzarət edilməsi tapşırılmışdır. Həmin məktubun 3-cü hissəsində deyilir ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin. Həmçinin qeyd olunur ki, “iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin” ifadəsi “əmək funksiyalarının evdə yerinə yetirilməsi” kimi, “azyaşlı uşaq” ifadəsi isə “7 yaşınadək olan uşaq” kimi başa düşülməlidir. Məhz pandemiya dövrü ilə əlaqədar olaraq öhdəsində 2 azyaşlı uşağın olması, bağçaların bağlı olması və övladlarına baxacaq ailə üzvünün olmaması səbəbilə həmin güzəştdən istifadə etmək məcburiyyətində qalmışdır. Belə ki, güzəştin tətbiq edilməsi məqsədilə çalışdığı müəssisəyə müraciət etmiş, lakin rəhbərlik tərəfindən bu güzəştin ona tətbiq edilməyəcəyi, işə gəlməli olduğu, işə gəlmədiyi təqdirdə isə işdən azad olunacağı bildirilmişdir. Daha sonra isə güzəştin tətbiq edilməsi və öhdəsində 2 azyaşlı uşağın olmasını nəzərə alınması ilə bağlı yenidən Suraxanı Rayon Sukanal İdarəsinin rəisi İlham Əliyevə yazılı formada ərizə ilə müraciət ünvanlamış, lakin heç bir nəticə əldə edə bilmədiyi üçün, eyni zamanda işlədiyi idarədə COVİD 19 infeksiyasına yoluxma hallarının artması, bununla əlaqədar sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə riayət olunmadığı, özünün və ailə üzvlərimin həyat və sağlamlıqlarının təhlükədə olması səbəbilə məcbur qalıb işə çıxa bilməmişdir. Hüquqlarının pozulması ilə bağlı olaraq “Azərbaycan Respublikası İnsan X9 Ombudsman) aparatına”, “Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişli Xidmətinə” müraciət etmiş, lakin “Əmək Müfəttişliyi Xidməti” tərəfindən müraciətinə 6 aydan çox müddət keçdikdən sonra baxılaraq “siz gedin biz sizin çalışdığınız müəssisə ilə danışıb sizə xəbər verərik” deyilmişdir. Lakin bügunə kimi heç bir məlumat verilməmişdir. Çalışdığı müəssisə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsassız olaraq xitam verməyə çalışmışdır. Belə ki, Azərbaycan Su Təsərrüfatı X10 Respublika Komitəsi tərəfindən bildirilmişdir ki, pandemiya dövrünün şərtləri, eyni zamanda təqdim edilmiş sənədlərinin yetərincə zəmin yaratmaması səbəbindən əmək müqaviləsinə Əmək ləcəlləsinin 70-ci maddəsinin “ç “ bəndinə əsasən xitam verilməsi mümkün deyildir. Bütün bunlar ilə birlikdə cavabdeh bu günə qədər ona əmək haqqı ödəməyib, heç bir səbəb olmadan əmək müqaviləsinə xitam verməyə çalışıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49, 69.7, 287, 288, 172.5, Mülki Məcəlləsinin 377.1, 424.5-ci maddələrinə əsasən iddianın təmin edilməli olduğunu bildirir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 hüquqlarını təmsil etdiyi şəxsin izahatına uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X13 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya xx.xx.2020-ci il tarxidən xx.xx.2020-ci il tarixədək 18 günlük əmək məzuniyəti verilmiş və o, xx.xx.2020-ci il tarixdə işə çıxmalı idi. Lakin iddiaçı həmin tarixdən artıq işə gəlməmişdir. Əgər iddiaçı işə çıxaraq güzəştlə bağlı müraciət etsəydi, bəlkə də ona güzəşt tətbiq edilərdi. Cavabdeh tərəf iddiaçının ünvanına məktublar, xəbərdarlıqlar göndərmişdir. Lakin iddiaçıdan heç bir cavab daxil olmaməşdır. Pandemiya ərəfəsində onların işçini işdən çıxartmaq hüququ olmadığı üçün iddiaçını işdən azad edə bilməmişlər. Həmkarlar İttifaqı da buna görə iddiaçının xeyrinə rəy vermişdir. Bundan başqa bildirir ki, iddiaçıya başqa iş də təklif edilmiş, lakin iddiaçı başqa işlə razılaşmamışdır. Həmçinin qeyd edir ki, Nazirlər Kabinetinin güzəştlərin tətbiq edilməsi ilə bağlı müvafiq qərarı idarələrinin müştəri şöbəsinə aid deyil. Belə ki, nəzarətçi yerə baxış keçirtməlidir. Nəzarətçinin online işləməsi mümkün deyil. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin iddiaçı ilə bağlıdığı 74 saylı əmək müqaviləsindən xx.xx.2012-ci il tarixli 23-k saylı əmrdən görünür ki, xx.xx.2012-ci il tarixində İddiaçı su kəməri təsərrüfatının 2 saylı xidmət sahəsinə 5-ci dərəcə nəzarətçi işinə qəbul edilmişdir. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin xx.xx.2014-cü il tarixli 187-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmələri şöbəsinin su kəməri təsərryfaıtnda nəzarətçisi olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin İ hissəsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək hamiləlik dövrü və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü sosial məzuniyyət verilmişdir. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentininxx.xx.2015-ci il tarixli 16-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri höbəsinin su kəməri təsərryfaıtnda nəzarətçisi olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinin İ hissəsinə əsasən uşağın 3 yaşı tamam olana qədər xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin xx.xx.2016-ci il tarixli 51-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri şöbəsinin su kəməri təsərrüfatında nəzarətçisi olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinin İ hissəsinə əsasən uşağın 3 yaşı tamam olana qədər xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. İşə başlama tarizi xx.xx.2019-cu il. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin xx.xx.2020-ci il tarixli 05-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri höbəsinin su kəməri təsərüfatında nəzarətçisi ilə bağlanmış İddiaçı əmək müqaviləsinə edilmiş dəyişiklikliyə əsasən xx.xx.2020-ci il tarixdə 5-ci dərəcə ilə İdarənin Debitor borclarla iş qrupunda su kəməri təsərüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamentinin xx.xx.2020-ci il tarixli 141-Ş saylı əmrindən görünür ki, İdarənin Müştəri xidmətləri şöbəsinin Debitor borclarla iş qrupunda su kəməri təsərüfatında nəzarətçisi olan İddiaçı xx.xx.2015-ci il tarixədək 18 təqvim günü əmək məzuniyyəti verilmişdir (15 təqvim günü əsas, 1 təqvim günü əmək stajına görə əlavə, 2 təqvim günü azyaşlı uşağın olmasına görə əlavə) işə başlama tarixi xx.xx.2020-ci il. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinin İddiaçı və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının Suraxanı rayon Sukanal İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmış, araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-cı il tarixli İƏ-01/1-718 nömrəli məktubda onun xx.xx.2020-ci il tarixdən heç bir üzrlü səbəb göstərmədən işə çıxmadığı və bununla bağlı ünvanına müəssisə tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci tarixli xəbərdarlıq məktubları göndərildiyi bildirilir. Müraciətdə qeyd etdiyi xüsusatlarla bağlı nəzərinizə çatdırılır kı, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi rejimdə iş üzrə təlimatı”-nın 3-cu hissəsində, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiq edilməsi nəzərdə tutulmuşdur Bununla bağlı tərəfindən "Cavabdeh ASC”-nın Suraxanı rayon X11 tələblərinin təmin edilməsi barədə məktub ünvanlanmışdır. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon X1 Zoya Rəşidovnaya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, o xx.xx.2020-cu il tarixindən (xx.xx.2020-ci il tarixədək) etibarən hər hansı bir səbəb bildirmədən iş yerində olmamısdır. Məlumat olaraq bildirilir ki, Suraxanı rayon Sukanal idarəsinə yaxın müddət ərzində işdə olmama səbəblərini açıqlayan sənəd nümunələri ilə birgə gəlməsi xahiş edilir. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon X1 Zoya Rəşidovnaya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ona Suraxanı rayon Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli, 449 saylı məktubuna heç bir məhəl qoymadıqlarını nəzərə alaraq yenidən xəbərdarlıq edib, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməkləri səbəbi barədə təcili olaraq idarəyə məlumat verməklərini ondan xahiş edirlər. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq barələrində müvafiq qaydada tədbir görüləcəkdir. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, onların Cavabdeh ASC Suraxnı rayon Sukanal İdarəsinə ünvanladıqları xx xxxx 2020-cu il tarixli № **********7 saylı müraciətlərinə cavab olaraq bildirirlər ki, İddiaçı xx xxx 2020-ci il tarixdə məzuniyyət müddəti bitməsinə baxmayaraq işə çıxmamışdır. Zoya Rəşidovnaya 20 may və xx xxx 2020-ci il tarixlərində Suraxanı rayon Sukanal İdarəsinin rəhbərliyi tərəfindən işə çıxması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, son olaraq xx xxxx 2020-cu il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri Süleyman Quliyev tərəfindən işə çıxması ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Buna baxmayaraq, Zoya Rəşidovna bu günə kimi heç bir üzrsüz səbəb göstərmədən işə gəlməmişdir. İşçiyə dair məlumatlar qoşmada onlara göndərilir. - Azərbaycan Su Təsərrüfatı X10 Respublika Komitəsinin Bakı şəhəri, X4 İttifaqının “Bakı şəhər Komitəsi”nin sədrinə ünvanladığı xx.xx.2020-ci il tarixli 40 saylı məktubunda göstərilmişdir ki, Suraxanı rayon X14 Xidmətləri şöbəsinin nəzarətçisi X12 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam edilməsinə, pandemiya dövrünün şərtlərini də nəzərə alsaq, təqdim olunan sənədlər maddənin tətbiq olunmasına yetərincə zəmin yaratmır. - “Azərbaycan Respublikası İnsan X9 (Ombudsman) aparatının rəhbərinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubunun məzmunundan görünür ki, Cavabdeh ASC-nin struktur tərkibinə daxil olan bütün müəssisə və təşkilatlarda koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tərbiq edilən karantin rejimi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında iş rejimi və şəraiti ilə bağlı nəzərdə tutulan tələblərə və Operativ Qərargahın sanitar-epidemioloji şəraitlə bağlı tövsiyələrinə ciddi surətdə riayət olunmaqdadır. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin gücləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli 113 saylı əmrinin: - 1-ci bəndinə əsasən koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə Cavabdeh ASC-nin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların və xarici qonaqların qəbulu, daxili görüş və iclasların təşkili qaydaları” təsdiq edilmişdir. - 2-ci bəndinə əsasən Koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə yaranmış vəziyyətlə əlaqədar lazımi koordinasiya işlərinin aparılması; maarifləndirmə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, habelə zəruri hallarda müvafiq dövlət qurumları ilə operativ əlaqələndirmənin təmin edilməsi və təxirəsalınmaz təhlükəsizlik tədbirlərinin təşkil edilməsi məqsədi ilə aşağıdakı tərkibdə Operativ Qrup təşkil edilmişdir. - 4.1-ci bəndinə əsasən, bu əmr ilə təsdiq edilmiş koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə Cavabdeh ASC-nin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların və xarici qonaqların qəbulu, daxili görüş və iclasların təşkili qaydaları”nın tələblərinə ciddi riayət edilsin. - 4.5-ci bəndinə əsasən, müştərilərlə təmasda olan işçilərin zəruri qoruyucu vasitələrlə (dezinfeksiya məhlulu, maska, əlcək) təmin olunması həyata keçirilmişdir. - 5-ci bəndinə əsasən, infeksiyanın (COVİD-19) qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər zamanı Cəmiyyətin normal fəaliyyətinin, xüsusilə istehsal və istismar fəaliyyətinin, habelə müştəri məmnuniyyətinin yüksək səviyyədə qorunub saxlanılmasına ciddi diqqət göstərilsin. - 6-cı bəndinə əsasən, Cavabdeh ASC-nin Elektron İdarəetmə və müasir texnologiyalar departamentinə (E.Əhmədov) tapşırılsın ki, zəruri olduğu təqdirdə müvafiq siyahı üzrə evdən çalışan işçilərin kompüterlərinin və ya digər texniki vasitələrinin Cavabdeh ASC-nin şəbəkəsində işləməsi üçün lazımi texniki imkanların yaradılmasını təmin etsin. - Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin gücləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli 113 saylı əmri ilə təsdiq edilmiş koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə Cavabdeh ASC-nin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların və xarici qonaqların qəbulu, daxili görüş və iclasların təşkili qaydaları”nın 5.3-cü bəndinə əsasən, öhdəsində azyaşlı uşağı olan qadınların və 60 yaşdan yuxarı işçilərin işə davamiyyətlərində qanunvericilik çərçivəsində güzəştlər tətbiq edilə bilər. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X18 2014-cü ilin aprel ayının 1-də nikahlarını rəsmi qeydə etdirmişlər. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, valideynləri X7 və İddiaçı olan X8 xx.xx.2015-ci ildə,X15 xx.xx.2016-cı ildə anadan olmuşlar. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti xx.xx.2012-ci il tarixində əmək müqaviləsi bağlamış və su kəməri təsərrüfatında nəzarətçi olaraq işə başlamış, xx.xx.2020-ci il tarixdə 5-ci dərəcə ilə İdarənin Debitor borclarla iş qrupunda su kəməri təsərüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. 2016-cı ildən analıq məzuniyyətində olmuş, 2019-cu ildə öz hesabıma məzuniyyət götürmüş, xx xxxx 2020-ci il tarixindən isə yenidən işə çıxmışdır. Daha sonra ona xx.xx.2020-ci il tarixədək 18 təqvim günü məzuniyyət verilmişdir. Lakin xx.xx.2020-ci il tarixindən iddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməməmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal Departamenti tərəfindən xx.xx.2020-ci il tarixli məktub ünvanlanaraq yaxın müddət ərzində işdə olmama səbəblərini açıqlayan sənəd nümunələri ilə birgə gəlməsi xahiş edilmiş, daha sonra isə xx.xx.2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməyi barədə xx.xx.2020-ci il tarixli yenidən məktub ünvanlanmış və işə gəlməməyini səbəbi barədə təcili olaraq idarəyə məlumat verməklərini ondan xahiş etmişlər. İddiaçı isə Azərbaycan Respublikasının Baş Nazirinin 2020-ci il 16 mart tarixli 1/384 nömrəli məktubunun 3-cü hissəsinə əsaslanaraq məhz pandemiya dövrü ilə əlaqədar olaraq öhdəsində 2 azyaşlı uşağın olması, bağçaların bağlı olması və övladlarına baxacaq ailə üzvünün olmaması səbəbilə həmin güzəştdən istifadə etmək məcburiyyətində qalmasını, güzəştin tətbiq edilməsi məqsədilə çalışdığı müəssisəyə müraciət etməsini, lakin rəhbərlik tərəfindən bu güzəştin ona tətbiq edilməyəcəyi, işə gəlməli olduğu, işə gəlmədiyi təqdirdə isə işdən azad olunacağını bildirilmələrini güzəştin tətbiq edilməsi və öhdəsində 2 azyaşlı uşağın olmasını nəzərə alınması ilə bağlı yenidən Suraxanı Rayon Sukanal İdarəsinin rəisi İlham Əliyevə yazılı formada ərizə ilə müraciət ünvanlasa da heç bir nəticə əldə edə bilmədiyim üçün, eyni zamanda işlədiyim idarədə COVİD 19 infeksiyasına yoluxma hallarının artması, bununla əlaqədar sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə riayət olunmadığı, özünün və ailə üzvlərimin həyat və sağlamlıqlarının təhlükədə olması səbəbilə məcbur qalıb işə çıxa bilməməsini göstərərək hazırki iddianı qaldırmışdır. İşin materiallarından görünür ki, iddiaçının tələbi işə çıxmağının təmin edilməklə əmək haqqının ona ödəniliməsi və cavabdehin ona vurduğu mənəvi zərərin tutulması ilə bağlıdır. Tələbin əsasını AR Əmək Məcəlləsinin 287, 288 və 172.5-ci maddələri ilə yanaşı Azərbaycan Respublikasının Baş Nazirinin 2020-ci il 16 mart tarixli 1/384 nömrəli məktubunun məzmunu təşkid edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 287-ci maddəsinə görə, Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. - 288-ci maddəsinə görə, “Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması” - 172.5-ci maddəsinə görə, Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Baş Nazirinin 2020-ci il 16 mart tarixli 1/384 nömrəli məktubunda qeyd edilir ki, “Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə” Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə aşağıdakıların təmin edilməsi və icrasına ciddi nəzarət edilməsi tapşırılmışdır. Həmin məktubun 3-cü hissəsində deyilir ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin. Həmçinin qeyd olunur ki, “iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin” ifadəsi “əmək funksiyalarının evdə yerinə yetirilməsi” kimi, “azyaşlı uşaq” ifadəsi isə “7 yaşınadək olan uşaq” kimi başa düşülməlidir. İşin materiallarından görünür ki, iddiaçı hüquqlarının pozulması ilə bağlı olaraq “Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişli Xidmətinə” və “Azərbaycan Respublikası İnsan X9 Ombudsman) aparatına” müraciət etmiş və muraciətlərinə əsasən sonuncu tərəfindən ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən, işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanması ilə bağlı tədbirlərin nəzərdə tutulmasına və himayələrində azyaşlı övladlarının olmasına baxmayaraq, işlədiyi X2 hər hansı bir güzəştin tətbiq edilməməsi, işdən azad ediləcəyi ilə təhdid olunmağı, habelə idarədə COVİD19 infeksiyasına yoluxma hallarının artması, bununla əlaqədar müəssisədə sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə riayət olunmaması, işçilərə münasibətdə güzəştlərin tətbiq edilməməsi, onun və ailə üzvlərinin həyat və sağlamlığının təhlükədə olması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsman) ünvanladıqları şikayətdə əks etdirilmiş halların yoxlanılması və müvafiq tədbirlərin görülməsi Cavabdeh ASC-yə tapşırılmışdır. ASC-dən verilmiş cavabdan görünür ki, Cavabdeh ASC-nin Suraxanı Rayon Sukanal İdarəsində su kəməri təsərrüfatında nəzarətçi peşəsində işləsin. xx xxxxx 2020-ci il tarixdən x xxx 2020-ci il tarixinədək olan müddətdə öz xahişinə əsasən əmək məzuniyyətinə göndərilmiş, məzuniyyətdən sonrakı müddətdə isə ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq, himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilərək şərait yaradılmışdır. 20 və xx xxx 2020-ci il tarixlərdə əmək funksiyasına daxil olan təxirəsalınmaz qısamüddətli işlərin yerinə yetirilməsi ilə bağlı həm şifahi, həm də yazılı formada bir neçə dəfə idarəyə gəlməyi xahiş olunsa da, gəlməyəcəyi barədə heç bir məlumat və ya səbəb göstərməmiş və əhəmiyyət verilməmişdir. Hal-hazırda Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsində su kəməri təsərrüfatında nəzarətçi peşəsində işini davam etdirir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsman)ın iddiaçıya ünvanladığı cavab məktubundan daha sonra görünür ki, Cavabdeh ASC-nin struktur tərkibinə daxil olan bütün müəssisə və təşkilatlarda koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tərbiq edilən karantin rejimi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında iş rejimi və şəraiti ilə bağlı nəzərdə tutulan tələblərə və Operativ Qərargahın sanitar-epidemioloji şəraitlə bağlı tövsiyələrinə ciddi surətdə riayət olunmaqdadır. Məhkəmə iddia tələbinin işə çıxmanın təmin edilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçının işə çıxmağı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir maneənin yaradılması halının olması müəyyən edilməmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı faktiki olaraq xx.xx.2020-ci il tarixdən özü işə çıxmamış, cavabdeh tərəf onun ünvanına göndərdiyi məktubların, xəbərdarlıqların heç bir cavab verməmişdir. Cavabdeh tərəfin izahatlarından da görünür ki, iddiaçıya güzəşt tətbiq edilməsi üçün onun işə çıxması gərək idi və o, yalnız işə çıxarkən güzəştlə bağlı müraciət etsəydi, ona məzuniyyətdən sonrakı müddətdə ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq, himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilərək şərait yaradılması məsələsi müzakirə edilərdi. Pandemiya ərəfəsində onların işçini işdən çıxartmaq hüququ olmasa da, bunun üçün Həmkarlar İttifaqına müraciət edilsə də, sonuncu pandemiya dövrünün şərtlərini də nəzərə alsaq onun işdən çıxarılmasına müsbət rəy verməmişdir. İşin materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin gücləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli 113 saylı əmri və bu əmr ilə təsdiq edilmiş koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə Cavabdeh ASC-nin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların və xarici qonaqların qəbulu, daxili görüş və iclasların təşkili qaydaları”ndan görünür ki, öhdəsində azyaşlı uşağı olan qadınların və 60 yaşdan yuxarı işçilərin işə davamiyyətlərində qanunvericilik çərçivəsində güzəştlər tətbiq edilə bilməsi, eləcə də, yalnız müvafiq siyahı üzrə evdən çalışan işçilərin kompüterlərinin və ya digər texniki vasitələrinin Cavabdeh ASC-nin şəbəkəsində işləməsi üçün lazımi texniki imkanların yaradılmasını təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazlarının əsası kimi istinad etdiyi halların işin araşdırılmış halları ilə tamamlandığı üçün inandırıcı sayır və qeyd edir ki, müəyyən edilmişdir ki, iddiaçının vəzifə funksiyasına aid olan iş üzrə o, nəzarətçi kimi, yerə baxış keçirtməli, başqa sözlə nəzarətçinin «online», qaydada, distant formada işləməsi mümkün deyil. Həmçinin məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin güzəştlərin tətbiq edilməsi ilə bağlı müvafiq qərarı cavabdeh ASC-nin idarələrinin müştəri şöbəsinə aid olmamışdır. Buna baxmayaraq müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli 113 saylı əmrə əsasən öhdəsində azyaşlı uşağı olan qadın kimi iddiaçıya qanunvericilik çərçivəsində güzəştlər tətbiq edilməsinə cavabdeh tərəf etiraz etməmiş, lakin o faktiki olaraq işə çıxmadığı və işdə olan belə bir güzəştlə bağlı rəsmi müraciəti olmadığı üçün cavabdeh haqlı olaraq ona münasibətdə heç bir güzəşti təmin etməmişdir. Məhkəmə cavabdeh tərəfin iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam edilməsi ilə bağlı müəyyən addımlar atması, daha doğrusu ilk nöbədə iddiaçıya bu bərədə xəbərdarlıq etməklə Azərbaycan Su Təsərrüfatı X10 Respublika Komitəsinə müraicət etməsinə qiymət verərək bu hərəkətlərin anlaşılan olmasını qeyd edir. Belə ki, heç bir üzürlü səbəb olmadan işə çıxmayan iddiaçıya qanunvericiliyə uyğun olaraq barəsində müvafiq qaydada tədbir görülməsi ilə bağlı xəbərdarlıq edilməsi onun işdən azad ediləcəyi ilə təhdid olunmağı kimi qiymətləndirilə bilməz. Cavabdehin izahatından həmçinin görünür ki, məzuniyyətdən sonrakı müddətdə ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq, himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilərək şərait yaradılmışdır. Məhkəmə hesab edir ki, 20 və xx xxx 2020-ci il tarixlərdə əmək funksiyasına daxil olan təxirəsalınmaz qısamüddətli işlərin yerinə yetirilməsi ilə bağlı iddiaçıya yazılı formada bir neçə dəfə idarəyə gəlməyi xahiş olunmasına dair məktublar əsasında iddiaçı işə çıxdığı halda cavabdeh tərəfindən məzuniyyətdən sonrakı müddətdə ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq, himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilməməsi halında iddiaçı hazırki iddia ilə müraciət etməkdə haqlı olardı. Məhkəmə hazırki vəziyyətdə iddiaçının işçisi olduğu cavabdehin haqlı tələblərinə məhəl qoymayadan, işə çıxmadan bunu Azərbaycan Respublikasının Baş Nazirinin 2020ci il 16 mart tarixli 1/384 nömrəli məktubunda göstərilənlərlə əsaslandırmaqla işə çıxmağım təmin edilməsi və işə çıxdığı tarixə qədər ona ödənilməmiş əmək haqqının ödənilməsi kimi hazırki iddia tələblərini irəli sürməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Müılki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X16 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə xx xxxx 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə həmçinin iddiaçının iddia tələbinin işə çıxmağının təmin edilməsi tələbinə qiymət verməkdə davam edərək bu tələbinin həm anlaşılan olmamasını, həm də iddiasının əsası kimi istinad etdiyi hallarla bir növ ziddiyyət təşkil etməsini də qeyd edir. Belə ki, əvvəla iddiaçı işə çıxmasına maneə olan halları göstərə və sübut edə bilməmişdir. İddiaçının işə çıxmaq istərkən cavabdehin buna maneə yaratmasına dair də heç bir sübut təqdim edilməmişdir. Belə olan halda onun işə çıxmasının təmin edilməsi dedikdə iddiaçı nəyi nəzətdə tutmasını nə özü, nə də nümayəndəsi məhkəmə iclasında tam izahını verə bilməmişdir. İkincisi də, məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində pandemiya dövrü ilə əlaqədar olaraq öhdəsində 2 azyaşlı uşağın olması, bağçaların bağlı olması və övladlarına baxacaq ailə üzvünün olmaması səbəbilə həmin güzəştdən istifadə etmək məcburiyyətində qalmasını göstərdiyi, başqa sözlə ona güzəştin tətbiq edilməsinə nail olmaq istədiyi halda, işə çıxmasının təmin edilməsi tələbi bu baxımdan da anlaşılan deyil. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla iddiaçının işə çıxmağı ilə bağlı hüquqlarının cavabdeh tərəfindən pozulması və buna əsas verən hər hansı hal müəyyən olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə çıxdığı tarixə qədər ödənilməmiş əmək haqqının Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi tələbi də əsaslı sayıla bilməz. Belə ki, iddiaçıya hazırki vaxta kimi əmək haqqının ödənilməməsi cavabdehin təqsiri üzündən deyil, iddiaçının özünün qeyri-hüquqi hərəkətləri nəticəsində baş vermişdir. Cavabdehin haqlı tələbi ilə işə çıxmadan, vəzifə funksiyasının həyata keçirilmədən, pandemiya ilə bağlı vəzifə funksiyasının həyata keçirilməsi ilə əlaqədar tətbiq edilə biləcək güzəştləri birbaşa olaraq işəgötürənlə müzakirə etmədən iddiaçının cavabehdən əmək haqqı tələbi əsaslı sayıla bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbinin işə çıxmağının təmin edilməsi və işə çıxdığı tarixə qədər ona ödənilməmiş əmək haqqının ödənilməsi hissələri əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə, iddiaçının tələbinin əsası kimi göstərdiyi digər halın, yəni mənəvi zərərlə bağlı tələbin mülki mübahisənin həlli üçün hüquqi əhəmiyyət kəsb etmədiyini nəzərə alaraq, həmin xüsusatla bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə, hesab edir ki, iddia tam əsassız olduğu üçün rədd edilməlidir. Bununla belə məhkəmə hazırki iddianın rədd olunmasına baxmayaraq iddiaçının işə çıxmaqla, iddiaçının hazırda rəsmi olaraq cavabdehin Cavabdeh ASC-nin Suraxanı rayon Sukanal İdarəsində su kəməri təsərrüfatında nəzarətçisi olmasını nəzərə alaraq onun qəbul edilmiş qətnamədən ( və ya qanuni qüvvəsini aldıqdan sonrakı) müddətdə ölkə üzrə karantin rejimin tələblərinə uyğun olaraq, himayəsində azyaşlı övladlarının da olması nəzərə alınaraq, işə cəlb edilməməsi üçün bu qrupdan olan digər işçilərlə yanaşı güzəşt edilərək şərait yaradılması ilə bağlı rəsmi müraciət etməsini və bu məsələnin işəgötürənlə Azərbaycan Respublikasının Baş Nazirinin 2020-ci il 16 mart tarixli 1/384 nömrəli məktubunda, eləcə də, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “koronavirus (COVİD19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin gücləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli 113 saylı əmrə və bu əmr ilə təsdiq edilmiş koronavirus (COVİD19) infeksiyasının yayılmaması məqsədi ilə Cavabdeh ASC-nin fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların və xarici qonaqların qəbulu, daxili görüş və iclasların təşkili qaydaları”na uyğun həll edilməsini də istisna etmir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı işə çıxmağa bərpa və pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5527/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5527/2020
27.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver