Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5602/2022 24.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 3 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 3 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə Ərizəçi arasında xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (əmək haqqı və digər gəlirləri) 1/3 hissəsini aliment olaraq Maraqlı şəxs1 tutulması barədə 27 sentyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri bardə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs isə məhkəmə iclasınının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, müqavilə imzalandığı gündən başlayaraq ikinci tərəf Maraqlı şəxs1 birgə nikahlarından doğlumuş xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yektinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (əmək haqqı və digər gəlirləri) 1/3 hissəsini aliment olaraq birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Az-İİİ № 738077 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X1 atası Maraqlı şəxs1, anası isə Ərizəçidır. İş materiallarında olan Az-İV № 747780 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X2 atası Maraqlı şəxs1, anası isə Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin. Müqavilə imzalandığı gündən başlayaraq ikinci tərəf Maraqlı şəxs1 birgə nikahlarından doğlumuş xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yektinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (əmək haqqı və digər gəlirləri) 1/3 hissəsini aliment olaraq birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5602/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5602/2022
24.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver