Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5621/2025 07.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs X5 ilə aralarında Bakı 22 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-0 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 02 aprel 2025-ci il tarixdə Maraqlı şəxs ilə MŞB/13/2025-00295 saylı barışıq sazişi bağlayaraq faktiki nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay 246 (iki qırx altı) manat aliment ödənilməsinə razılaşdılar. Lakin sazişi bağladıqdan sonra 3 aylıq alimenti ödədikdən sonra Maraqlı şəxs sazişi icra etməkdən boyun qaçırır. Artıq 3 aydır ki, o, heç bir aliment ödəmir və artıq ödəməyəcəyini bildirir. Halbuki, onun aylıq təqaüdü 1500 manata yaxındır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etməyərək, onun təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə 17 ildir birlikdədirlər, onların birgə münasibətlərindən bir qızı var. Şənbə və bazar günləri uşağın onunla vaxt keçirməsi barədə razılaşmışdılar. Lakin 10 may 2025-ci il tarixdən sonra ayrı yaşadığı üçün uşağı ona vermədi. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, maraqlı şəxsin izahatını, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında 02 aprel 2025-ci il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/13/2025-00295 nömrəli Barışıq sazişinin şərtlərindən görünür ki: Sazişin 1-ci bəndinə əsasən, Tərəflər, 1-ci tərəf Ərizəçi Balabag qızı və 2-ci tərəf Maraqlı şəxs ilə övladları xx.xx.2013-cü il təvəllüdlü X2 üçün 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 25-30-u aralığında 246 (iki yüz qırx altı) manat aliment məbləğinin 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi Balabǝg qızına ödəməsi barədə razılaşdılar. Sazişin 2-ci bəndinə əsasən, Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X3 2-ci tərəf Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günü saat 15:00-dan 18:00-a qədər 1-ci tərəf Ərizəçi faktiki yaşadığı (Yeni ünvan 1 ünvana qaytarmaq şərti ilə (uşağın təhsil, tərbiyyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) görüşüb sərbəst ünsiyyətdə olması barədə razılaşdılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 02 aprel 2025-ci il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında MŞB/13/2025-00295 nömrəli Barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs könüllü olaraq barışıq sazişini icra etmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 02 aprel 2025-ci il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/13/2025-00295 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir: 1-ci bənd. Tərəflər, 1-ci tərəf Ərizəçi Balabag qızı və 2-ci tərəf Maraqlı şəxs ilə övladları xx.xx.2013-cü il təvəllüdlü X2 üçün 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 25-30-u aralığında 246 (iki yüz qırx altı) manat aliment məbləğinin 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi Balabǝg qızına ödəməsi barədə razılaşdılar. 2-ci bənd. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X3 2-ci tərəf Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günü saat 15:00-dan 18:00-a qədər 1-ci tərəf Ərizəçi faktiki yaşadığı (Yeni ünvan 1 ünvana qaytarmaq şərti ilə (uşağın təhsil, tərbiyyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) görüşüb sərbəst ünsiyyətdə olması barədə razılaşdılar. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 02 aprel 2025-ci il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/13/2025-00295 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1-ci bənd. Tərəflər, 1-ci tərəf Ərizəçi Balabag qızı və 2-ci tərəf Maraqlı şəxs ilə övladları xx.xx.2013-cü il təvəllüdlü X2 üçün 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 25-30-u aralığında 246 (iki yüz qırx altı) manat aliment məbləğinin 2-ci tərəf Maraqlı şəxs 1ci tərəf Ərizəçi Balabǝg qızına ödəməsi barədə razılaşdılar. 2-ci bənd. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X3 2-ci tərəf Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günü saat 15:00-dan 18:00-a qədər 1-ci tərəf Ərizəçi faktiki yaşadığı (Yeni ünvan 1 ünvana qaytarmaq şərti ilə (uşağın təhsil, tərbiyyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) görüşüb sərbəst ünsiyyətdə olması barədə razılaşdılar. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5621/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5621/2025
07.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver