Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5651/2025 24.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 onun atasıdır. Atası Ş.Rzaev xx.xx.1956-ci ildə Naxçıvan Muxtar Respublikasında Babək rayonu, Nehrəm kəndində doğulmuşdur. X11 xx.xx.2025-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmiş və onu Bakı şəhəri, Xəzər rayonu Buzovna kənd qəbiristanlığında dəfn etmişlər. Qeyd etmişdir ki, atası Ş.Rzaevin ölüm faktını təsdiq edən tibbi şəhadətnaməsi olmadığından X5 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra X2nun ölümünün qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayonu Qeydiyyat şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən X2nun ölümünün qeydiyyata alınmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli, 3-16-5/8-1 5-27862025 saylı imtina məktubu verilmişdir. Həmin məktubda göstərilmişdir ki, vəfat etmiş X5 ölümünün qeydiyyata alınması barədə müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirmişdir ki, o, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Olüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən olunur. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Buna görə də o, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmişdir ki, X2 barədə ölüm haqqında şəhadətnamə ona sənədləşdirmə işləri ilə əlaqədar lazımdır. Hesab edir ki, X2nun xx.xx.2025-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1956cı il tarixdə anadan olmuşdur. - Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kənd soveti tərəfindən verilmiş Vİİ-ЖГ № 458781 saylı, xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx xxxxxx 1982-ci il tarixdə Nehrəm kəndində anadan olmuşdur. X2, anası isə X4r. - “Respublika Təcili və X1 Mərkəzi” PHŞ 25 avqust 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X5 adına ünvan 1 ünvanına çağırış olmuş, kişi cinsli həkiməqədər ölüm aşkar edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X9 Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ş.Rzaevin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. - Abşeron rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 17 sentyabr 2025-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirmişdir ki, o, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Olüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən olunur. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Bakı şəhəri Xəzər rayonu Buzovna bələdiyyəsinin 527 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən vət. Ərizəçi X2 25 avqust 2025-ci il tarixdə dünyasını dəyişmişdir. Xəzər rayon Buzovna qəbirstanlığında dəfn xərcləri onun tərəfindən ödənilməklə dəfn olunmuşdur. - Fotoşəkildən müəyyən olunur ki, X7 aid məzar daşının üzərində xx.xx.1956xx.xx.2025-ci il tarixləri qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin anasıdır. Vəfat edən şəxs yoldaşı olub, xəstə olub. 25 avqust 2025-ci il tarixində vəfat etmişdir. Abşeron rayonu, Xırdalan şəhərində vəfat edib. Buzovna ərazisində dəfn olunub. O, X5 xx.xx.2025-ci il tarixində Abşeron rayonunda ev şəraitində ölməsi faktını təsdiq edir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Ərizəçi atası xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixində Abşeron rayonu Xırdalan şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə və şahid ifadəsi ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixində Abşeron rayonu Xırdalan şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5651/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5651/2025
24.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver