Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5665/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.08.2021-cu il tarixdə vəfat etmiş 28.12.1956-ci il təvəllüdlü mərhum atası X4 ölüm faktının müəyyən edilərək ona ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 17.08.2021-ci il tarixdə ünvan 1 ünvanda, yəni yaşadığı evdə rəhmətə getmişdir. Rəhmət gedən zaman 4 saylı Təcili yardım bölməsinin həkimləri çağırış vasitəsilə saat 16:41 radələrində hadisə yerinə gələrək, ölüm faktına dair arayış vermişlər. Hadisədən sonra poliknikaya getmiş və orada ona izah etmişlər ki, atası xəstəliyi ilə bağlı poliklinkada qeydiyyatı olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə ala bilməz. Eyni zamanda atasının ölümünün qeydə alınması ilə bağlı Yasamal rayonu qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsindən ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün fakt məhkəmə tərəfindən müəyyən edilməlidir kimi cavab verilmişdir. Bundan sonra məlum olmuşdur ki, atasının ölüm şəhadətnaməsini almaq üçün vaxt keçdiyinə görə, qeydiyyata alınması ilə bağlı qanunun tələblərinə əsaslanaraq məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə verərək onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı oğludur. X1 17.08.2021-ci il tarixində Yasamal rayonundakı evində vəfat etmiş, onu Badamdar qəsəbə qəbiristanlığında dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynı oğludur. X2 17.08.2021-ci il tarixində Yasamal rayonu, Yeni Yasamaldakı evində vəfat etmiş, onu Badamdar qəsəbə qəbiristanlığında dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlər ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilib ərizəçiyə ünvanlanmış 24.08.2021-cu il tarixli imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən atası X4 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X3 Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, X5 17.08.2021-ci il tarixində Bakı şəhərində ölmüşdür. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu və şahid ifadələri ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 28.12.1956-ci il təvəllüdlü X4 17.08.2021-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 28.12.1956-ci il təvəllüdlü X4 17.08.2021-ci il tarixində Bakı şəhəridə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-5665/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5665/2021
29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver