Məhkəmə qərarları › İş №2(004)-567/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-567/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-567/2024 05.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X23, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxslər qismində Bakı şəhəri 23 saylı Dövlət Notariat kontoru və Maraqlı şəxs1 cəlb etməklə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X31 maraqlı şəxslər Maraqlı şəxs1, Bakı şəhəri 23 saylı notariat ofisini və X19 cəlb edilməklə “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X48 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində ölməsi faktının, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı yaşayış evinin 4/20 hissəsinin mülkiyyətçisi X48 iddiaçının atasının babasının qardaşı, həmin evin 10/20 hissədə payın mülkiyyətçisi Əmiraslanova X12 isə iddiaçının əri Ərizəçi İmnaverdi oğlunun bibisi olmaları barədə qohumluq münasibətinə dair hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinin, iddiaçının əri Ərizəçi İmnaverdi oğlunun Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı yaşayış evinin 4/20 hissəsinin mülkiyyətçisi X48 və həmin evin 10/20 hissədə payın mülkiyyətçisi Əmiraslanova X15 vərəsələri olaraq miras əmlakı faktiki qəbul etməylərinin faktının təsdiq edilməsi barədə qanuni və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi ərizə ilə müraciət edərək hazırkı iş üzrə X21 əvəzinə əsl ərizəçi qismində cəlb edilməsini məhkəmədən xahiş etmiş, ərizəçi X31 əsl Ərizəçi ilə əvəz edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı fərdi yaşayış evi paylı mülkiyyətdə olmuş, həmin fərdi yaşayış evi miras olaraq faktiki qəbul etdiyində atası İmamverdi Məmmədova məxsus hissəyə dair ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, miras payı xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına 6/20 hissədə paya dair dövlət reyestrində çıxarış verilmişdir. Qeyd olunan yaşayış evinin digər 4/20 hissəsi X48, 10/20 hissədə X12 adına açıq saxlanılmış, Səlimə xanım ərizəçinin doğma bibisi, X57 isə atasının babasının qardaşı olmuşlar. Bibisi Səlimə X41 xx.xx.1929-cu ildə anadan olmuş və 06 dekabr 1993-cü ildə 64 yaşında vəfat etmişdir. Yaşadığı müddətdə ailə qurmamışdır. X54 1875-ci ildə anadan olmuş və xx.xx.1948-ci ildə vəfat etmişdir. Hər iki şəxsin qəbir daşları mövcuddur. X54 isə atası X7 atası Məhərrəm Nuri oğlunun qardaşı olmuş və 1948ci ildə vəfat etmişdir. Lakin həmin dövr müharibə vaxtına təsadüf etdiyinə görə ölüm faktı qeydə alınmamışdır. Hər iki şəxsin yeganə vərəsəsi olmaqla, miras əmlakı faktiki qəbul etmiş və sahiblik edir. Bu faktları qohumları şahid qismində məhkəmədə təsdiq edə bilərlər. Bundan başqa, ərizəçinin atası X5 xx.xx.1940-cı ildə anadan olmuş, atası Məmmədhüseyn Məhərrəm oğlu, anası isə X25 olmuşdur. Atası 15 iyun 1998-ci ildə, nənəsi Kubra Məmmədova isə xx.xx.1993-cü ildə, babası X11 06 avqust 1942-ci ildə vəfat etmişdir. Babasının atası Məhərrəm Nuri oğlu isə X54 ilə doğma qardaş olmuşlar. Bakı şəhəri 23 saylı Notariat ofisinə verilmiş vəkil sorğusuna cavabda vətəndaşlar Səlma xanım Məmməd Hüseyn oğlunun və X48 adına vərəsəlik işlərinin aparılmadığı müəyyən edilmişdir. Eləcə də, X39, Səlma xanımın və X56 doğum və ölüm haqqında akt qeydləri müəyyən edilməmişdir. Selxanım Əmiraslanovanm doğum və ölüm qeydləri isə Yasamal qeydiyyat şöbəsi tərəfindən təsdiq edilməklə ərizəçiyə verilmişdir. Ərizəçi atasının yeganə vərəsəsidir və bu barədə xx.xx.2019-cu ildə ərizəçinin adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verimişdir. Belə ki, qanunverciliyin tələbinə görə miras əmlakı miras qoyanın ölümündən 3 ay müddətində vərəsə tərəfindən qəbul edilməsi barədə aidiyyəti üzrə notariat orqanına ərizə verməklə qəbul edilir. 6 ay keçdikdən sonra isə mirasın qəbuluna yol verilmir. Nəzərə alınsa ki, Səlimə xanım 1993-cü ildə, X57 isə 1945-ci ildə vəfat etmişdir, həmin şəxslərin adlarına hələki açıq saxlanılan miras əmlakların qəbul edilməsi barədə Notariat orqanına hər hansı şəxs tərəfindən müraciət edilməmişdir. Bu barədə aidiyyəti üzrə dövlət orqanına müraciət edilmiş, alınmış cavablar ərizəyə əlavə edilmişdir. Sonda isə hazırki tələblə bağlı notariat ofisinə müraciət edilmiş, Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən 16.12 2021-ci ildə verilmiş 2491 saylı cavab məktubu ilə bildirilmişdir ki, X54 və Səlimə xanımla bağlı qohumluq münasibətini müəyyən edən sənədlər notariat ofisinə təqdim edilmədiyinə görə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi qanunverciliyin tələblərinə ziddir. X55 Nurinin 1945-ci ildə vəfat etməsinə baxmayaraq, bu fakt qeydə alınmamış və müvafiq qeydiyyat aparılmamışdır. Ona görə də bu faktın məhkəmə qaydasında qeydə alınmasına zərurət vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs1nə və Bakı şəhəri 23 saylı Dövlət Notariat kontoruna məlumat verilmiş, lakin Maraqlı şəxs1 və Bakı şəhəri 23 saylı Dövlət Notariat kontorunun nümayəndələrinin iştirakları təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1973-cü il tarixli, İ-ЖГ 268702 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.1942-ci il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.1973-cü il tarixdə 7 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.1993-cü il tarixli, İİ-ЖГ 428743 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə, 1124 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən verilmiş AZ- İİ 229426 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. X9, atası X4r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ 485031 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. X13, atası Məmmədhüseyn Məhərrəm oğludur. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, AZ-İ 585593 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə, 589 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2002-ci il tarixli, AZ-İ 000773 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə, 685 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X32 Daşınmaz Əmlakın Dövlət Reyestrdən RX seriyalı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 22 xüsusi mülkiyyət hüququ üzrə 6/20 hissədə payla xx.xx.2021-ci il tarixdə Ərizəçi ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan notariat ofisndən Ərizəçi ünvanlanmış xx.xx.2024-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, X54 və X20 ilə Ərizəçi qohumluq münasibətini müəyyən edən sənədlər notariat ofisinə təqdim olunmadığına görə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi qanunvericiliyin tələblərinə zidd olması bildirilmişdir. İş materiallarında olan xx.xx.1993-cü il tarixli, 1626 nömrəli ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X2 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Əmiraslanova Selxanım (Səlmə Xanım) Məmmədhüseyn qızına aid məzar daşının üzərində xx.xx.1925xx.xx.1993-cü il tarixləri qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, X52 aid məzar daşının üzərində 1875-ci ildə anadan olduğu və xx.xx.1948-ci ildə vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixində ölmüş X3 vərəsəsi Ərizəçi miras qalan ünvan 1 ünvanında yerləşən 6/20 hissə miras əmlakdan 1/1 hissədə pay almalıdır. İş materiallarında olan X14 23 saylı notariat ofisində qeyd edilmiş ərizəsinə əsasən, xx.xx.1998-ci il tarixində vəfat etmiş atası X1 qalmış miras əmlakdan ona çatan payı qəbul etməmiş və etmək firindədə deyil. Müdətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı fərdi yaşayış evi 4/20 hissə X20, 10/20 hissə X54 və 6/20 hissə Ərizəçi adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşı, mərhum X57 atasının babasının qardaşı, mərhum Səlimə Xanım isə bibiləridir. X57 1948-ci ildə vəfat etdiyini eşitmişdir. 1994 və ya 1995-ci ildə Səlimə xanım vəfat etmişdir. Uşaqları olmamışdır. Sözügedən evi görmüşdür və orada yaşamışdır. Həmin evə dair qardaşının iddiası vardır. Notariatda yazdığı ərizə ilə evə dair iddiasının olmadığını bildirmişdir. Evə artıq uzun müddətdir ki, getmir, buna görə də hazırki vəziyyəti ilə bağlı məlumatı yoxdur. Evə dair qardaşından başqa heç kimin iddiası olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X35 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur, ancaq bununla yanaşı uzaq qohumudur. Sözügedən ev ikimərtəbəli evdir. Orada ərizəçinin babası və nənəsi, yəni X25 və X11 yaşamışlar. Məmmədova Kubranın başqa qohumları olmamışdır. X53hüseyn qızı isə ərizəçinin bibisidir. Onu görsə də, yaxın tanışlığı olmamışdır. 1994 və ya 1995-ci ildə vəfat etmişdir. X53hüseyn qızı da həmin evdə yaşamışdır. Uşağı olmamışdır. Evin giriş qapısı var və qapının açarı isə ərizəçidədir. Evə dair hazırda ərizəçidən başqa heç kimin iddiası yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X36 ifadəsində bildirmişdir ki, ərizəçinin yaxın qonşusu olmuşdur. Bəhsi keçən evin yerləşdiyi ərazi tərəfdə onların da evi olmuşdur. Ərizəçinin atası Məmmədov İmamverdini də tanıyırmış, çünki onun atası ilə yaxın münasibətləri var idi. Onlar həmin evdə yaşayırmışlar. Ərizəçinin nənəsi, bibisindən başqa o evdə yaşayan olmamışdır. Səlməxanımı da görmüşdür, evdə tək yaşayırdı, uşaqları yox idi. Bildiyi qədəri ilə 1990-cı ildən sonra vəfat etmişdir. 1990-cı illərdən sonra o da həmin evi görməmişdir. Qeyd etdiyi şəxslərdən əlavə heç kim o evdə yaşamamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, 1875-ci il təvəllüdlü X48 xx.xx.01948-ci il tarixdə vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.2-ci maddəsində əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələrdir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 08 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum Qərarına əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Qərarın 10.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı fərdi yaşayış evi 4/20 hissədə X15, 10/20 hissədə X48 və 6/20 hissədə Ərizəçi İmamverdi oğlunun adına qeydiyyat keçmişdir. Şahid ifadələri və digər sübutlarla müəyyən edildi ki, X54 1948-ci ildə, X20 1993-cü ildə, ərizəçinin valideynləri atası- X6 xx.xx.1998-ci ildə, X9 xx.xx.2002-ci ildə vəfat etmişdir, digər payçıların digər vərəsələri müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olundu ki, X20 ərizəçinin bibisi, X54 isə atasının babasının qardaşıdır. Ərizəçinin bacısı isə digər vərəsə kimi öz miras payından imtina etmiş və bu barədə yazılı ərizəsini notariusu təqdim etmişdir. Ərizəçinin izahatı və şahid ifadələrindən məlum olduğu kimi miras əmlak iki mərtəbəli fərdi yaşayış evidir, açarı ərizəçidədir. Ərizəçi mirasın qəbulu üçün notariat kontoruna müraciət etmiş, X54 və X20 ilə Ərizəçi qohumluq münasibətini müəyyən edən sənədlər notariat ofisinə təqdim olunmadığına görə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materialları və şahid ifadələri ilə də müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı yaşayış evinin 4/20 hissəsinin mülkiyyətçisi X54 Ərizəçi atasının babasının qardaşı, həmin evin 10/20 hissəsinin mülkiyyətçisi Səlmə Xanım (Selxanım) Məmməd Hüseyn qızı isə Ərizəçi bibisidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı yaşayış evinin 4/20 hissəsinin mülkiyyətçisi X48 Ərizəçi atasının babasının qardaşı, həmin evin 10/20 hissəsinin mülkiyyətçisi Səlmə Xanım (Selxanım) Məmməd Hüseyn qızının isə Ərizəçi bibisi olması faktı müəyyən edilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiya) 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Azərbaycan SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan SSR MM-in 556-cı maddəsinə əsasən, qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər.Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur.Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1923-cü il redaksiya) 487-ci maddəsinə əsasən, vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir. Azərbaycan SSR Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən, 487-ci maddədə göstərilən hər iki əsasla vərəsəliyə çağırılan şəxslərin dairəsi, birbaşa aşağı nəsli qohumuqla (uşaqlarla, nəvələrlə və nəticələrlə), oğulluğa götürülənlərlə (onların aşağı nəsli qohumuğu ilə) və ölən şəxsin əri ilə çox yaşayan şəxslə və həmçinin ölən şəxsin ölümünədək bir ildən az olmayaraq onun himayəsində olan yoxsul və əmək bacarığını itirmiş şəxslərlə məhdudlaşır. Nəzərə almaq lazımdır ki, X48 1948-ci il tarixdə vəfat etməsini və Səlmə Xanım (Selxanım) Məmməd Hüseyn qızının 1993-cü ildə vəfat etməsi nəzərə alınmaqla vərəsəlik hüquq münasibətinin X52 münasibətdə 1948-ci ildə və Səlmə Xanım (Selxanım) Məmməd Hüseyn qızına münasibətdə 1993-cü ildə yaranması əsası ilə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının mübahisəyə tətbiq edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ümumi mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı yaşayış evinin 4/20 hissədə mülkiyyətçisi X44 və həmin evin 10/20 hissədə payın mülkiyyətçisi Səlmə Xanım (Selxanım) Məmməd Hüseyn qızından miras qalmış həmin hissələr Ərizəçi tərəfindən faktiki qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, X48 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı yaşayış evinin 4/20 hissəsinin mülkiyyətçisi X48 Ərizəçi atasının babasının qardaşı, həmin evin 10/20 hissəsinin mülkiyyətçisi Səlmə Xanım (Selxanım) Məmməd Hüseyn qızının isə Ərizəçi bibisi olması faktı müəyyən edilməli, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı yaşayış evinin 4/20 hissədə mülkiyyətçisi X44 və həmin evin 10/20 hissədə payın mülkiyyətçisi Səlmə Xanım (Selxanım) Məmməd Hüseyn qızından miras qalmış həmin hissələrin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X48 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı yaşayış evinin 4/20 hissəsinin mülkiyyətçisi X48 Ərizəçi atasının babasının qardaşı, həmin evin 10/20 hissəsinin mülkiyyətçisi Səlmə Xanım (Selxanım) Məmməd Hüseyn qızının isə Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, 22 saylı yaşayış evinin 4/20 hissədə mülkiyyətçisi X44 və həmin evin 10/20 hissədə payın mülkiyyətçisi Səlmə Xanım (Selxanım) Məmməd Hüseyn qızından miras qalmış həmin hissələrin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar