Məhkəmə qərarları › İş №2(004)-5672/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5672/2021

23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5672/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə 27.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 11.10.1945-ci il təvəllüdlü X2 04.07.2021-ci ildə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, 11.10.1945-ci il təvəllüdlü X2 04.07.2021-ci ildə ünvan 1 ünvanında vəfat etmiş, Bakı şəhəri, Buzovna qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən bunun mümkünsüz olduğu bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu faktın müəyyən edilməsi ona miras əmlakın qəbul edilməsi üçün lazımdır. Belə ki, X4 vəfat etmiş, daha sonra əmisi vəfat etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təcili və X6 Stansiyasının 8- saylı bölməsi tərəfindən verilmiş 13.07.2021-ci il tarixli, 96 saylı arayışa əsasən 04.07.2021-ci il tarixdə ünvan 3 ünvanına X2 adına çağırış daxil olmuş və həmin ünvanda həkimə qədər ölüm diaqnozu ilə qadın cinsli meyid aşkar olunması qeyd edilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsinin 15.07.2021-ci il tarixli 05/Q-3240/15 nömrəli məktubunda qeyd olunur ki, X4 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından onun ölüm faktının qeydə alınması mümkün olmamış, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər 16 №-li şəhər poliklinikası tərəfindən verilmiş 30.08.2021-ci il tarixli, 313 nömrəli arayışa əsasən X3 şəxsiyyət vəsiqəsi olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçinin qohumudur. 04.07.2021-ci il tarixdə həmin mənzilə daxil olanlardan biri də o olmuşdur. Mərhum artıq vəfat etmişdi. Bundan sonra Təcili yardıma zəng etmiş, gələn TTTY əməkdaşları da mərhumun artıq vəfat etdiyini bildirmişdir. Mərhumun dəfnində iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11.10.1945-ci il təvəllüdlü X2 04.07.2021-ci ildə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.10.1945-ci il təvəllüdlü X2 04.07.2021-ci ildə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar