Məhkəmə qərarları › İş №2(004)-5690/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5690/2020

27.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5690/2020 27.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü ildə Qazaxıstan Respublikasının, ambul vilayətində doğulmuş əmisi X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X13 xx xxxxxx 1954-cü ildə Qazaxıstan Respublikasının, Cambul vilayətində anadan olmaqla onun əmisidir. Belə ki, onun əmisi X6 övladı olmamış, həyat yoldaşı isə təxminən 2002-ci ildə vəfat etmişdir. Əmimin heç kimi olmadığına görə tək yaşamışdır. X2 isə xx xxx 2012-ci ildə vəfat etmişdir. X9 ölənə kimi o baxmaqla qulluq etmişdir. Əmisi ölümündən öncə son bir ay ərzində özünü narahat hiss etmiş və o, əmisinə dərman müalicəsi etdirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə isə gecə yatmış və ayılmamışdır. Onlar bunu səhər hiss edəndə, o, Bakı şəhəri X8 çağırış etməklə həkim çağırmışdır. Həkim gələrək əmisinin artıq ölmüş olduğunu söyləmişdir. X10 el adəti ilə xx xxxxxxx 2020-ci il tarixdə Lökbatan qəsəbə qəbirstanlığında dəfn etmiş və yas mərasimini keçirmişlər. Onun başı dəfnə və sair dəfnlə əlaqədar işlərə qarışdığına görə onun ölməsinə dair ölüm şəhadətnaməsini həmin vaxt almamışdır. Sonradan ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin onlar ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Hazırda ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. İşə məhkəmədə baxılan zaman Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, Maraqlı şəxs1 maraqlı şəxslər siyahısından çıxarılmasını, xx.xx.1954-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs2 məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 oğlu izahat verərək bildirdi ki, o, ərizəçi ilə ailəvi dostdur. X3 ərizəçinin doğma əmisidir. Mərhum ömrünün son günlərinə kimi ərizəçiyə məxsus evdə yaşamışdır. O, sonuncu dəfə mərhum ölməmişdən bir gün qabaq onu ziyarət etmişdir. Səhəri gün isə onun öldüyü eşitmiş və dərhal oraya getmişdir. O, ərizəçiyə məxsus evə gəldikdə X6 artıq öldüyünün şahidi olmuşdur. Mərhumu Lökbatan qəbiristanlığında dəfn etmişlər. X6 xx.xx.2020-ci il tarixdə Xırdalan şəhərində ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, o, ərizəçinin ailəsi ilə ailəvi dostdur. Ərizəçinin ailəsi ilə daima gediş-gəlişləri olmuşdur. X3 ərizəçinin əmisidir. Mərhum, xəstəlik müddətində ərizəçiyə məxsus mənzildə yaşamışdır. Ərizəçi onlara zəng edərək əmisinin halının pis olduğunu bildirmiş və onlara gəlməsini xahiş etmişdir. Onlarda dərhal ərizəçigilə gedərkən yolda X14 maşını ilə rastlaşmış və birlikdə oraya getmişlər. İçəriyə daxil olan zaman isə X13 artıq vəfat etməsinin şahidi olmuşlar. Dəfn və yas mərasimlərində iştirak etmişlər. X6 xx.xx.2020-ci il tarixdə Xırdalan şəhərində ölməsi faktını təsdiq edir. İş materiallarında olan Təcili və X1 Stansiyasının xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Xırdalan şəhəri, Mehdi Hüseynzadə ünvanında həkimə qədər X9 məxsus kişi cinsindən meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/Q-1331/15 nömrəli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan 19 saylı Birləşmiş Şəhər Poliklinikasının məktubundan görünür ki, xx.xx.1954-ci il təvəllüdlü X6 19 nömrəli birləşmiş şəhər poliklinikasında ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatında olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarında olan Qaradağ rayon Lökbatan qəsəbə məscidi dini icmasının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X13 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Qaradağ rayonu, Lökbatan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X13 həqiqətən də xx.xx.2020-ci il tarixdə Xırdalan şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs2nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar