Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5698/2025 17.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nümayəndə Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1929-cu il təvəllüdlü X4 01 avqust 1991-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1929-cu il təvəllüdlü X7 onun qayınatasıdır. Qayınatası 01 avqust 1991-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt şəhər qəbiristanlığında dəfn edilmişdir. Qaynatası dəfnindən sonra onun ölüm haqqında şəhadətnaməsinin alınmasıyla bağlı zərurət olmadığından məşğul olunmamışdır. Lakin hazırda, mərhum qayınatası ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək maneələrin qarşısının alınması üçün zəruridir. Qaynatası Sumqayıt şəhər qəbiristanlığında dəfn olunduğundan o, ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, xx.xx.2025-ci il tarixli, 3-16-5/1- 33xx/xx/2025 saylı imtina məktubu ilə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Həmçinin məlumat üçün bildirilmişdir ki, onun həyat yoldaşı (əri) X8 xx.xx.2025-ci il tarixdə və qayınanası X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişlər. Məhkəmə prosesinin gedişində ərizəçi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, onun əsl tərəf olan Ərizəçi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni təmin edərək, əsl olmayan tərəf Nümayəndə əsl tərəf olan Ərizəçi ilə əvəz etmişdir. Məhkəmə iclasında iştirak edən əizəçi Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qayınatası qərbi Azərbaycanda anadan olub və orada nikaha daxil olub. Qayınatasının bir oğlu sağdır və işi ilə əlaqədar Bakı şəhərində çox az olduğuna görə iddianı o qaldırmamışdır. Qayınatası səhhəti ilə bağlı xəstəxanada müalicə almışdır. O, xəstəlik nəticəsində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, X7 onun qayınatası olmuşdur. Onun oğlu Şahid3 ilə 1983-cü ildə evlənmişdir. Qayınatasıgil 1988-ci ildə qaçqın gəlmiş və onlar birlikdə yaşamışlar. X7 xəstəliyi ilə bağlı özünü idarə edə bilmirdi, onu xəstəxanalara aparmışlar. Qardaşı Respublika Klinik Xəstəxanasından beyinlə əlaqəli mülaicədə olmuşdur. 1991-ci il tarixində evdə vəfat etmişdir. Sumqayıt şəhərində dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etməyib. Lakin yas mərasimində iştirak etmişdir. Qaynanası 2014-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, anasının adı Firuzədir. Onlar 5 qardaş 3 bacı olmuşlar. X7 onun böyük qardaşıdır. 1960ci il təvəllüdlü bir qardaşı – X3 qalmışdır. X1 ailə qurmuşdur. X2 başından travma aldığına görə vəfat etmiş, evləri Sumqayıt şəhərində idi, elə orada da dəfn edilmişdir. Həyat yoldaşı da 2014-cü ildə vəfat edib. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ seriyalı 440257 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Nümayəndə 01 aprel 1995-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında 223 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Fərzəliyev, arvada İsmayılova soyadı verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 37 nömrəli arayışından görünür ki, X7 03 avqust 1991-ci il tarixində Sumqayıt Şəhər Qəbirsanlığında dəfn olunmuşdur. Maraqlı şəxs tərəfindən Nümayəndə ünvanlanmış 3-16-5/8-İ-3312/15/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanları xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq Vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı, 408929 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ölümün səbəbi kəskin koronar çatmamazlığı göstərilmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 1474 nömrə ilə qeyd edilmişdir. Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 510335 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı göstərilmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixində 601 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi məhkəmənin sorğusuna 3-16-5xx-xx- 13203/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən T.Fərzəliyevə aid vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilmədi. Həmçinin, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrinin arxivində 1949-cu ildən saxlanılır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Akt kitablarının saxlanılması qaydası və müddətləri"nin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. 1949-cu ildən əvvələ təsadüf edən vətəndaşlıq vəziyyəti akt qeydləri ilə bağlı Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçinin babası X7 01 avqust 1991-ci il tarixdə vəfat etmiş, lakin ölümü haqqında şəhadətnamə əldə edilə bilməmişdir. Ərizəçi ölümün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, bundan imtina edilmişdir. Ərizəçiyə ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmadığı bildirilmişdir. Hazırda ərizəçi 01 avqust 1991-ci il tarixdə vəfat edən babası X4 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə müəyyən olunur ki, ərizəçinin babası X7 01 avqust 1991-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt Şəhər Qəbirsanlığında dəfn olunmuşdur. Onun həyat yoldaşı X6 xx.xx.2014-cü il tarixdə, ərizəçinin atası X8 isə xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 03 avqust 1929-cu il tarixdə Ermənistan SSR Sisiyan rayonunda anadan olmuş X4 01 avqust 1991-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 avqust 1929-cu il tarixdə Ermənistan SSR Sisiyan rayonunda anadan olmuş X4 01 avqust 1991-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5698/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5698/2025
17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver