Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-57/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Hüseynova Yağmur Azər qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “evin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “evin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, ev 43 ünvanda yerləşən yaşayış sahəsi 124,1 m2, ümumi sahəsi 178,3 m2 12 otaqdan ibarət olan fərdi evin Cavabdeh1 adına 3 otaq, Cavabdeh2 Məhil qızının adına 5 otaq, Cavabdeh3 adına 2 otaq və iddiaçının adına qalan hissədə, yəni 2 otağın olmasını nəzərə alaraq fərdi evin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, ev 43 ünvanda yerləşən iki otaqdan ibarət olan fərdi yaşayış evinə dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsində daşınmaz əmlak üzərində paylı mülkiyyət kimi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. FM seriyalı 038131 saylı Qeydiyyat vəsiqədindən görünür ki, həmin fərdi yaşayış evi ümumi 12 otaqdan ibarətdir: Cavabdeh1 adına 3 otaq, Cavabdeh2 adına 5 otaq, X5 adına 2 otaq və onun adına qalan hissədə (yəni 2 otaq) payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Beləliklə qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, ev 43 ünvanda yerləşən fərdi ev ümumi 12 otaqdan 124,1 yaşayış sahəsi 178,3 m2 ümumi sahəsindən ibarətdir. Həmin evin 3 otağı Cavabdeh1, 5 otağı Cavabdeh2, 2 otağı X6 və 2 otağı ona məxsusdur. Hal-hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 öz mülkiyyətləri ilə sərbəst istifadə və sahiblik edirlər. O isə Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, ev 43 ünvanında yerləşən fərdi evin ona məxsus 2 otaqdan istifadə edə bilmir. Çünki onun evində qanunsuz olaraq digər şəxslər yaşayır. Bununla bağlı göstərmək istəyir ki, onun öz mülkiyyəti ilə sərbəst surətdə sahib olmağı, ondan istifadə etməyi və ona dair sərəncam verməyi üçün Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, ev 43 ünvanda yerləşən fərdi yaşayış evin müllkiyyətçiləri arasında naturada bölgüsü aparılmalıdır. Belə ki, həmin fərdi ev 12 otaqdan 124,1 yaşayış sahəsi 178,3 m2 ümumi sahəsindən ibarətdir və evin 3 otağı Cavabdeh1, 5 otağı Cavabdeh2, 2 otağı X7 və 2 otağı ona məxsusdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 038131 nömrəli xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Ə.Quliyev küçəsindəki 12 otaq 124,1 m2, 178,3 m2 ümumi sahəsi olan 43 saylı fərdi yaşayış evi İddiaçı adına qalan hissə payda, digər paylar üzrə Cavabdeh1 3 otaq, Cavabdeh2 5 otaq, X7 2 otaq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində 0,01317 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı, 124,1 kv.m yaşayış, 54 kv.m köməkçi sahədən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 2 otaq-y/s-23,2 kv.m; köm.s-5,9 kv.m, İddiaçı qalan hissə, X1 3 otaq və Cavabdeh2 Məhbul qızının adlarına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 5232 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2007-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 23,2 m2, köməkçi sahəsi 5,9 m2 2 otaqlı mənzil X8 tərəfindən X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1925 nömrəli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətində olan 2 otaq (yaşayış sahəsi – 23,2 m2, köməkçi sahə - 5,9 m2), X1 mülkiyyətində olan 3 otaq, Cavabdeh2 Məhbul qızının mülkiyyətində olan qalan hissənin İnşaat Norma və Qaydalarının 2.08.01.89-cu bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada naturada təcrid mənzillər şəklində texniki cəhətdən ayrılmasının mümkün olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, tərəflərin hər biri müstəqil mülkiyyətçidir və hər birinin payı məlumdur, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213 və 214-cü maddələrinə əsasən onlar hər biri paylı mülkiyyətçidir. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı paylı mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində 0,01317 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı, 124,1 kv.m yaşayış, 54 kv.m köməkçi sahədən fərdi yaşayış evindən onun payının naturada ayrılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən və işin digər materiallarından da göründüyü kimi paylı mülkiyyətin naturada ayrılması mümkündür. Odur ki, məhkəmə hesab edir ki, ekspert rəyinə hüquqi qiymət verilərək o sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyin hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/1925 nömrəli rəyinə uyğun bölgü cavabdehlərin hüquqlarının pozulmasına gətirib çıxarmır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətində olan 2 otaq (yaşayış sahəsi – 23,2 m2, köməkçi sahə - 5,9 m2), X2 mülkiyyətində olan 3 otaq, Cavabdeh2 Məhbul qızının mülkiyyətində olan 5 otaq və İddiaçı mülkiyyətində olan qalan hissə naturda təcrid mənzillər şəklində ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətində olan 2 otaq (yaşayış sahəsi – 23,2 m2, köməkçi sahə - 5,9 m2), X2 mülkiyyətində olan 3 otaq, Cavabdeh2 Məhbul qızının mülkiyyətində olan 5 otaq və İddiaçı mülkiyyətində olan qalan hissə naturda təcrid mənzillər şəklində ayrılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-57/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-57/2024
06.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver