Məhkəmə qərarları › İş №2(004)-5707/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5707/2022

30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5707/2022 30.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, X2 xx.xx.1952-ci ildən ünvan 1 ünvanında qeydiyyatda olaraq, həmin mənzili satdıqdan sonra ünvan 2 ünvanında qeydiyyatsız yaşamışdır. Təcili və X3 Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X2 xx.xx.2022-ci ildə ünvan 3 ünvanında vəfat etmişdir. Bakı şəhəri, Binəqədi rayonu Qeydiyyat şöbəsində X1 ölümü faktının qeydiyyatı üçün 10 nömrəli şəhər poliklinikasından arayış təqdim edilməsi lazım idi. 10 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli arayışına görə X2 Bakı şəhəri, Binəqədi rayon, 8 mikrorayon, Azadlıq prospekti, ev 32/196, mənzil 146-dən qeydiyyatdan çıxarılmışdır və ünvan 2 ünvanında qeydiyyatsız yaşamışdır. Bununla bağlı olaraq, məhrumun şəxsiyyət vəsiqəsində olan məlumatları portala daxil etmək mümkün olmamışdır. Buna görə də X1 ölümü barədə şəhadətnaməni almaq mümkün olmamışdır. Onun X2 ilə nikahına xx.xx.2000-ci ildə boşanma haqqında şəhadətnaməyə əsasən xitam edilmişdir. Bakı şəhəri, Binəqədi rayon, 8 mikrorayon, Azadlıq prospekti, ev 32/196, mənzil 146 ünvamndakı mənzilin satılmasından sonra, 2016-cı ildə ünvan 5 ünvanında 310 nömrəli mənzil alınmışdır. Yeni mənzildə o, X2 ilə birgə yaşamışdır. O, onun himayəsində olmuşdur. xx.xx.2020-ci il tarixli “Arabaçi” KM-nin arayışından görünür ki, X2 ünvan 2-da xx.xx.2022-ci il tarixə qədər Ərizəçi Saibaviçinin himayəsində yaşamışdır. X1 dəfni, habelə dəfndən sonrakı mərasimlə əlaqədar bütün xərcləri o çəkmişdir. X1 ölümü haqqında şəhadətnamənin olmadığına görə ona dəfn üçün pul müavinəti verilməmişdir. Suala cavab olaraq bildirir ki, mərhum xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etmişdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01214 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən X1 adına ünvan 6 ünvanına çağırış daxil olmuş, 70 yaşlı qadın meytinin olması qeyd edilmişdir. İş materiallarında olan “Arabaçı” KM tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 61 nömrəli arayışa əsasən X2 ünvan 7 ünvanında yerləşən “Arabaçı” KM-ə məxsus yaşayış binasının 5-ci giriş 2-ci mərtəbəsində yerləşən 310 saylı mənzildə xx.xx.2022-ci il tarixə qədər Ərizəçi himayəsində yaşamışdır. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə Mərkəzi, 10 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 373 nömrəli məktubunda qeyd olunur ki, ünvan 8 ünvanında qeydiyyatda olmuş və xx.xx.2022-ci il tarixdə ünvan 9 ünvanında vəfat etmiş xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.1988-ci il tarixdən Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasında ambulator qeydiyyatda olmuşdur. Son müraciət tarixi xx.xx.2021-ci il tarixdə “J31.2 Xroniki faringitin kəskinləşməsi” diaqnozu ilə otolorinqoloqun qəbulunda olmuşdur. Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən mərhum X2 qeydiyyatda olduğu Azadlıq prospekti, ev 196/32, mənzil 146 ünvanından qeydiyyatdan çıxarılmışdır və heç bir ünvana qeydiyyata düşməmişdir. Mərhumun şəxsiyyət vəsiqəsində olan məlumatları portala daxil ertmək mümkün olmamışdır. Bu səbəbdən poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamenti, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 76 saylı arayışa əsasən müəyyən olunur ki, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunu ümumşəhər (Qurd qapısı) qəbirstanlığında dəfn olunmuşdur. Qəbirüstü abidəsində qeyd olunmuşdur: X2, xx.xx.1952-xx.xx.2022 Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar