Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5717/2023 04.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” barədə xüsusi icraat qaydasında verilmiş ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 1971-ci il təvəllüdlü X1 1971-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçi 1971-ci ildə qardaşı X1 doğulduğunu və 44 gün sonra vəfat etdiyini bildirir. Lakin həmin şəxsin doğulması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən barəsində ölüm faktının müəyyən edilməsi tələb edilən şəxsin şəxsiyyətini, doğumunu, ümumiyyətlə belə bir şəxsin mövcudluğunu və ərizəçi ilə qohumluq münasibətlərini müəyyən etmək mümkün deyildir. Eləcə də qeyd olunur ki, həmin sübut məhkəməyə təqdim olunsa da belə, ərizəçi hazırki halda hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilməsini iddia etdiyi faktın məhkəmə qaydasında müəyyən edilməsinin zəruriliyini əsaslandırılmamış, həmin faktın digər yolla bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsin əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, ərizə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152 və 308-ci maddəlini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2023-cü il tarixli, 3977 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçı Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan etibarən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-5717/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5717/2023
04.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver