Məhkəmə qərarları › İş №2(004)-5789/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5789/2022

23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5789/2022 23.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1937-ci il təvəllüdlü X3 11 oktyabr 2022-ci il tarixdə qaraciyər xərçəngi xəstəliyindən yaşadığı ünvan 2da ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, izahatında bildirmişdir ki, o, xx xxxxxx 1976-cı ildə Laçın rayonu Güləbird kəndində anadan olmuşdur və hal-hazırda faktiki olaraq məcburi köçkün kimi ünvan 2da (məktəb binası) məskunlaşaraq ailəsi ilə birgə yaşayır. Mərhum ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Mərhum XX.XX.1937-ci il təvəllüdlü X9 ərizəçinin atasıdır. Mərhum atası 11 oktyabr 2022-ci il tarixində qaraciyər xərçəngindən vəfat etmişdir və 11 oktyabr 2022-ci il tarixində Səbail rayonu Badamdar qəbiristanlığında dəfn olunmuşdur. Hal-hazırda müəyyən sənədlər vardır ki, onların alınması və ya düzəldilməsi üçün mərhum atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Daha sonra ərizəçi qısa bir müddət sonra ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 39 nömrəli şəhər poliklinikasına rəsmi müraciət etmişdir. Lakin hazırda şəhadətnamənin verilməsinin mümkünsüz olmasını bildirmiş, məhkəmə müraciət edilməsini tövsiyə etmişlər. Bundan sonra o, ərazi üzrə maraqlı tərəf Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəmə müraciət edilməsini məsləhət görmüşlər. Ona görə də, XX.XX.1937-ci il təvəllüdlü X3 11 oktyabr 2022-ci il tarixdə qaraciyər xərçəngi xəstəliyindən yaşadığı ünvan 2da ölməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində göstərmişdir ki, ərizəçi onun həyat yoldaşı, mərhum X9 isə qaynatasıdır. Mərhum həm yaşlı idi, həm də xərçəng xəstəliyindən əziyyət çəkirdi. 11 oktyabr 2022-ci il tarixdə vəziyyəti ağırlaşmış, təcili tibbi yardım çağırılmışdır. Təcili yardım gəldikdə isə qaynatası artıq keçinmişdir. Mərhum XX.XX.1937-ci il təvəllüdlü X1 rayonu Badamdar qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 digər şahid X10 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan AZE 03520981 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 XX.XX.1937-ci ildə Laçın rayonu Məzməzək kəndində anadan olmuşdur. İş materiallarında olan Laçın rayonu Güləbrd kənd soveti tərəfindən verilmiş İİİ-JQ 465850 saylı xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1976-cı ildə Laçın rayonunda anadan olmuşdur. X2, anası X5r. İş materiallarında olan AA 083784 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkündür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayonu Təcili və X8 Stansiyasının 04 saylı Bölməsinin 11 oktyabr 2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 11 oktyabr 2022-ci il tarixdə 11:00 radələrində ünvan 2 ünvanına X3 adına çağrış daxil olmuş, həkim İbadalıyev tərəfindən həkimə qədər ölüm (kişi cinsli meyid) aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 39 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X3 adına heç bir müraciət daxil olmadığından və ölümə səbəb olan diaqnozları barədə sənədlər təqdim edilmədiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci tarixli xx/xx-5033/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamış, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, XX.XX.1937-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1937-ci il təvəllüdlü X3 11 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar