Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5803/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Salamova Azadə Telman qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinin dəqiqləşməsinə dair ərizə verərək X2 28.09.2013cü il tarixdə Bakı şəhərində vəfat etməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X10 ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Manafov Neymət Ərizəçi oğlu məhkəməyə verdiyi ifdaəsində bildirmişdir ki, ərizəçi onun atasıdır. X1 isə onun anası olub. Anası qaraciyər xərçəngindən əziyyət çəkirmiş və 28 sentyabr 2013-cü il tarixdə rəhmətə getmişdir. Onu Nardaran qəbirstanlığında dəfn ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Mərhum Lətafəti də qonşu kimi tanıyıb. Xəstə olduğunu və xəstəliyi səbəbindən rəhmətə getdiyini bilir. Mərhum ailəsi tərəfindən Nardaran qəbirstanlığında dəfn olunmuşdu. O da qonşu kimi dəfndə iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o ərizəçinin qonşusudur. Mərhum qaraciyər xəstəliyindən əziyyət çəkirmiş və bu səbəbdən rəhmətə getmişdir. Mərhum ailəsi tərəfindən Nardaran qəbirstanlığında dəfn olunmuşdu. O da qonşu kimi dəfndə iştirak edib. İş materiallarında olan Sabunçu rayon icra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 09.08.2021-ci il tarixli arayışdan görünür ki, X4 həqiqətən tərtib edilmiş akta əsasən 28.09.2013-cü iı tarixdə vəfat etmiş və Nardaran qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Manafov Ərizəçi ünvanladığı məktuba əsasən Manafov Ərizəçi 28.09.2013-cü il tarixdə vəfat etmiş X3 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Manafov Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması Maraqlı şəxs imkanı xaricindədir. Məktubda Manafov Ərizəçi aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş materiallarında olan 30.07.2021-ci il tarixli Maraqlı şəxs təərfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, X6 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə 30.07.2021-ci ilədək yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan İİ ЖГ № 433770 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Ərizəçi ilə X6 arasında 26 may 1981-ci il tarixdə 439№-li akt qeydi ilə nikah bağlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizə təmin olunmalı, X2 28 sentyabr 2013-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 28.09.2013-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5803/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5803/2021
30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver