Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5866/2020 01.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü X2 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahat verərək bildirir ki, mərhum oğlu X5 xx.xx.2020-ci il tarixdə, ev şəraitində, yaşadıqları ünvanda öz əcəli ilə vəfat etmişdir. Onlar təcili yardıma zəng etmiş və təcili yardım əməkdaşları tərəfindən mərhumun ölümü qeydə aınmış, polis və prokurorluğa məlumat verilmişdir. Oğlunu dəfn etdikdən on gün sonra ölüm haqqında şəhadətnaməni almaq üçün Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi tərəfindən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AR Bakı şəhər Yasamal rayon Prokurorluğunun müstəntiqi Səyyad Abbasov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.2020-ci il tarixdə xx.xx.1983-cü il təvəllüdlü X5 uzun sürən vərəm xəstəliyindən sonra yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev 52 ünvanında ölmüşdür. İş materiallarında olan Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0502 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən Yasamal rayonu, Ə.Quliyev 52 ünvanına X2 adına çağırış daxil olmuş, xx.xx.1983-cü il təvəllüdlü X2 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər 2 №-li şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 218 №-li arayışa əsasən X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ambulator kartasına əsasən poliklinikaya xr.bronxit diaqnozu ilə müraciət etmişdir. Xəstənin yaşı və vərəm əleyhinə Dispanserdə qeydiyyatda olması nəzərə alınaraq ona ölüm haqqında arayış verilməmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2218/15 nömrəli məktubunda qeyd olunur ki, X3 ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1983-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5866/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5866/2020
01.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver