Məhkəmə qərarları › İş №2(004)-5979/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5979/2022

15.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5979/2022 15.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında anadan olmuş, xx.xx.1949-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X6 xx.xx.2022-ci il tarixində yaşadığı mənzildə - Moskva prospekti 33, mənzil 57 ünvanında onkoloji xəstəlik səbəbindən ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində xalası X13 uzun sürən xəstəlikdən vəfat etmişdir. Vəfat etdiyi tarixədək ona şəxsən baxmış, bütün ehtiyyaclarını qarşılamışdır. Ondan başqa xalasının heç bir yaxın qohumu-ailə üzvü yoxdur. O vəfat etdikdən sonra ölüm haqqında şəhadətnamənin alınması üçün ərazi üzrə səhiyyə müəssisəsinə müraciət etdikdə bildirildi ki, bu məsələ ilə əlaqədar olaraq aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Bundan sonra qeydiyyat şöbəsinə də müraciət edildi. Maraqlı şəxsndən xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək bildirildi ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Bu səbəbdən də xalasının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mərhum anası X11 ilə mərhum xalası X13 doğma bacı olmuşlar. X4, anaları isə X3 olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ərizəçinin mərhum xalası ilə qonşu olmuşdur. X2 xx.xx.2022-ci il tarixdə tarixdə Bakı şəhərində vəfat etmişdir. Masazır qəbirstanlığında dəfn olunmuşdur, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçi əmisi oğludur. X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Masazır qəbirstanlığında dəfn olunmuşdur, ərizəçi ona zəng edərək məlumat vermiş, lakin işdə olduğundan dəfn mərasimində iştirak edə bilməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilib ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-5172/15 saylı imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin X2nın ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1967-ci il tarixdə anadan olmuş Ərizəçi anası qrafasında X11 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X6 atası qrafasında X19, anası qrafasında isə X3 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Təcili və X12 Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə Yevlax rayonunda ölmüşdür. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1949-cu il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasında anadan olmuş, xx.xx.1949-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X6 xx.xx.2022-ci il tarixində yaşadığı mənzildə - Moskva prospekti 33, mənzil 57 ünvanında onkoloji xəstəlik səbəbindən ölməsi faktı müəyyən edilsin və ölüm haqqında şəhadətnamə verilməsi. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar