Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5980/2022 01.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci ildə anadan olmuş həyat yoldaşı X9 xx.xx.2017-ci ildə cərrahi əməliyyat keçirdikdən sonra D33.0 beyin törəməsinin sağ alın payı, Fibroplastik meningioma diaqnozu ilə 39 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olmuş, uzun müddət müalicə almış, xx.xx.2022-ci ildə yaşadığı evdə - Yasamal rayonu, 2ci Alatava, ev 87 ünvanında vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin alınması məqsədilə 39 nömrəli Şəhər Poliklinikasına ərizə ilə müraciət olunmuş, lakin xx.xx.2022-ci il tarixdə ölüm faktı haqqında Yasamal rayonu 4 saylı TTTYS tərəfindən poliklinikaya məlumat verildiyi bildirilsə də, ərizənin icrasından imtina olunmuşdur. Ölümün qeydə alınamsına, ölüm haqqında şəhadətnamənin verilməsinə dair Maraqlı şəxsnə təqdim etdiyi ərizə təmin edilməmişdir. Maraqlı şəxs tərəfindən təqdim etdiyim ərazinin icrasından imtina oluması belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-ci il tarixli qərarı təsdiq olunmuş “Vətəndaşların vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirmişdirlər ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması imkan xaricindədir. Həyat yoldaşı X9 xx.xx.2022-ci ildə yaşadığı evdə - Yasamal rayonu, 2-ci Alatava, ev 87 ünvanında vəfat etmiş, onu qohumları ilə birgə Abşeron rayonu, Aşağı Güzdək qəbiristanlığında dəfn etmişlər. Hal-hazırda onun qəbri Abşeron rayonunda Aşağı Güzdək qəbiristanlığında yerləşir. Həyat yoldaşı X5 ölüm faktını şahidlər təsdiq edə bilər. Hal-hazırda yaşadıqları evi satmaq istəyirlər. Bunun üçün həyat yoldaşı X5 ölüm faktının müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. Yanvarın 29-dan 30-na keçən gecə ərizəçinin evindən səs-küyün gəldiyini eşitdi. Evinə keçdikdə X11 gəldiyini gördü. Daha əvvəl də ərizəçinin həyat yoldaşı əməliyyat olmuşdu, səhhətində problemlər var idi. X12 ərizəçinin həyat yoldaşının ölüm faktını təsdiq etdi. Dəfndə o və qohumlar da iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, ərizəçinin qonşusudur. Yanvarın 29-dan 30-na keçən gecə ərizəçinin evindən səslər gəldiyini eşitdi. Ərizəçinin evinə keçdikdə görüb ki, ərizəçinin həyat yolddaşı vəfat edib. Onunla birlikdə anası, qardaşı da həmin vaxt ərizəçinin evinə keçiblər. Dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1980-ci il tarixdə Ağdam rayonu, Papravənd kəndində anadan olmuşdur. İş materiallarında olan 39 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli, 207 nömrəli məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X9 xx.xx.2017-ci ildə 39 saylı Şəhər Poliklinikasında “D33.0 beyin törəməsinin sağ alın payı, Fibroplastik meningioma cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə qeydiyyatda olmuşdur. Bundan sonrakı dövrdə xəstə barədə məlumatları olmayıb. xx.xx.2022-ci il tarixdə 4 saylı TTTYS tərəfindən poliklinikaya ölüm barəsində məlumat verilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.5 bəndinə əsasən tərəflərindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx/4100/15 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş həyat yoldaşı X5 ölümünün qeydiyyatı barədə ərizəyə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün deyil. Ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhər Təcili və X4 Stansiyasının 4 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 57 nömrəli xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhər Təcili və X4 Stansiyasının 4 saylı bölməsi tərkibinə xx.xx.2022-ci il tarixdə, saat 02:29-da ünvan 3 ünvanına olan X9 üçün çağırış edilmiş və şəxsin həmin ünvanda ölməsi qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayonu Aşağı Güzdək Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X1 Rayonu Aşağı Güzdək qəbiristanlığında dəfn olunub. İş materiallarında olan qəbirüstündə çəkilmiş fotoşəkillərdən görünür ki, X5 xx.xx.1980-ci ildə anadan olduğu və xx.xx.2022-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1980-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5980/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5980/2022
01.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver