Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6/2022 26.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Mövlüd oğlunun, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X5 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh7-ya, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Azərbaycan” QSC iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh7-dan, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək (birgə) qaydada 408.009,01 manat əsas borc, 65.665,13 manat faiz borcu, 105.894,99 manat cərimə, bildirişlərin və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş 17,50 manat poçt xərcləri, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 579.616,63 manatın iddiaçının xoyrinə tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilərək açıq hərracdan satılması hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş vəsait borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasından istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı “X5 Azərbaycan” QSC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh6-nin əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC banka məktubla müraciət edərək bildirmişdir ki, "EvroStroy-S” MMC "xxxx" MMC-yə qoşulmaqla ləğv olunmuş və xx.xx.2020-ci il zarixli dövlət reyster çıxarışına əsasən hal-hazırda "xxxx" MMC Cavabdeh6-nin hüquqi varisi olaraq çıxış edir və Cavabdeh6-nin xx.xx.2014-ci il tarixli | 38137/01 nömrəli kredit və ipoteka müqaviləsinə əsasən “X5 Azərbaycan” QSC qarşısında olan öhdəliklərini "xxxx" MMC tam şəkildə qəbul edir. Məhkəmənin müvafiq qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq, Cavabdeh6-nin əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir. Prosesin gedişində iddiaçı “X5 Azərbaycan” QSC bir daha iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh7-dan, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək (birgə) qaydada 341.117,14 manat əsas borc, 272.425,19 manat faiz borcu, 588.335,13 manat cərimə olmaqla, 1.201.877,46 manat borcun, 2340 manat məbləğində əmlakın sığortalanmasına görə çəkilmiş sığorta haqqının, 17,50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borclu və zaminlərə bildirişlərin (pretenziyaların) və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsinə çəkilmiş poçt xərclərinin və 30 manat dövlət rüsumunun iddiaçının xoyrinə tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş vəsait borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasından istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “X5 Azərbaycan” QSC ilə “Evro Stroy-S" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 38137/01 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalana 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 12% olmaqla 1.000.000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə alınmış kreditin borcalan tərəfindən tikinti üçün istifadə edilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh7, X2, Cavabdeh1 cğlu, Cavabdeh2. Cavabdeh3 və Cavabdeh4 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş öhdəlik götürmüşdürlər. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank ilə borclalan "xxxx" MMC yə ipoteka qoyan Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan 0.01612 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 702.4 kv.m, 161.2 kv.m tikintialtı sahədən ibarət oları Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 117a ünvanında yerləşən 4 mərtəbəli qeyri-yaşayış binası “X5 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair xx.xx.2014-cü il tarixili yüklülük barədə RX seriyalı ******* npmtəli müvafiq çıxarış təqdim edilmişdir. “X5 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdə iklərini tam icra etsə də, "xxxx" MMC kredit müqaviləsinin şərtlərini pozaraq, ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenzivaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi iizrə öhdəliklərini icra etməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Mövlüd oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək,məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəmədən onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh7-nın nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: “X5 Azərbaycan” QSC ilə “Evro Stroy-S" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 23823/01 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 12% olmaqla 1.000.000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan “X5 Azərbaycan” QSC ilə borc alan “Evro Stroy-S" MMC və ipoteka qoyan Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində torpaq sahəsinin mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus olan 0.01612 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 702.4 kv.m, 161.2 kv.m tikintialtı sahədən ibarət oları Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, 117a ünvanında yerləşən 4 mərtəbəli qeyri-yaşayış binası “X5 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair xx.xx.2014-cü il tarixili yüklülük barədə RX seriyalı ******* npmtəli müvafiq çıxarış veilmişdir. İpoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “X5 Azərbaycan” QSC ilə Cavabdeh7, Cavabdeh5, Cavabdeh1 cğlu, Cavabdeh2. Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinin surətindən görünür ki, zaminlər kredit müqaviləsinin borcalan tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmuşdürlər. “X5 Azərbaycan” QSC-nın maliyyə arayışından görünür ki, “Evro Stroy-S" MMC-nin xx.xx.2014-cü il tarixli, 23823/01 saylı kredit müqaviləsi üzrə borcu 341.117,14 manat əsas borc, 272.425,19 manat faiz borcu, 588.335,13 manat cərimə olmaqla, 1.201.877,46 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 17006 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, “Evro Stroy-S" MMC-nin xx.xx.2014-cü il tarixli. 23823/01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddətinə yəni. 24 02 2016-cı il tarixinə “X5 Azərbaycan" QSC-nə olan borcu 447.004.33 manat məbləğində müəyyən edilir, o.cümlədən: əsas borc üzrə- 422107.03 manat; faiz borcu üzrə- 18150.60 manat. cərimə borcu üzr- 6746,70 manat. “Evro Stroy-S" MMC-nin 16.07 2017-cı il tarixinə “X5 Azərbaycan" QSC-nə olan borcu 440.025.39 manat məbləğində müəyyən edilir, o.cümlədən: əsas borc üzrə- 422107,03 manat; faiz borcu üzrə- 9237,26 manat: cərimə borcu üzrə- 8681,10 manat. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 5887 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan ödəniş qəbzi, hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx.xx.2014-cü il tarixli, 23823/01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla “Evro Stroy-S" MMC-nin xx.xx.2016-cı il tarixinə (müqavilə müddətinin sonuna) “X5 Azərbaycan" QSC-nə olan borcu 439.362,41 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə- 421 248,72 manat. faiz borcu üzrə- 18.113,69 manat Həmçinin hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, xx.xx.2014-cü il tarixli. 23823/01 saylı kredit müqaviləsi üzrə 03 06.2016-cı il tarixdən 09 06.2017-ci il tanxədək 79545.92 manat məbləğində ödəniş edilmişdir. 79545,92 manat məbləğində ödəniş nəzərə alındığı təqdirdə 359.816,49 manat (439.362.41 - 79.545.92) məbləğində borcu qalacaqdır. İş materiallarına əlavə edilmiş 02.12 2019-cu il tarixli 27987 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan ödəniş qəbzi, hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx.xx.2014-cü il tarixli, 23823/01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla “Evro Stroy-S" MMC-nin “X6 Azərbaycan" QSC-nə olan borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: xx.xx.2016-cı il tarixə: əsas borc üzrə- 421.248,72 manat. faiz borcu üzrə- 18.113,69 manat. xx.xx.2019-cu il tarixə: əsas borc üzrə- 421.248,72 manat, faiz borcu üzrə- 122.513,05 manat. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 9/9012 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan ödəniş qəbzi, hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx.xx.2014-cü il tarixli, 23823/01 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin “X5 Azərbaycan” QSC-nə olan borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: xx.xx.2016-cı il tarixə: əsas borc üzrə- 421.248,72 manat; faiz borcu üzrə- 18.113,69 manat. xx.xx.2021-ci il tarixə: əsas borc üzrə-421.248,72 manat; faiz borcu üzrə- 218.417,34 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2022-ci il tarixli, 004-014/2022 saylı hesabatına əsasən Cavabdeh5 məxsus olan 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 5.090.000 manat, likvid dəyəri isə 4.479.000 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 4.479.000 manat məbləğində müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar. Məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh7-dan, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək (birgə) qaydada xx.xx.2014-cü il tarixli, 23823/01 saylı kredit müqaviləsi üzrə “X5 Azərbaycan” QSC-nin xeyrinə 341.117,14 manat əsas borc, 18.113,69 manat faiz borcu, 30000 manat cərimə olmaqla, 364.230,83 manat borc, 2340 manat məbləğində əmlakın sığortalanmasına görə çəkilmiş sığorta haqqı, 17,50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borclu və zaminlərə bildirişlərin (pretenziyaların) və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsinə çəkilmiş poçt xərcləri və 30 manat dövlət rüsumu iddiaçının xoyrinə tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilərək açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti banka ödənilməli, ipoteka predmeti satıldıqdan ən geci bir ay ərzində boşaldılmalıdır. Eyni zamanda, məhkəmə iddia tələbinin “tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan “X5 Azərbaycan” QSCnin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh7-dan, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 xx.xx.2014-cü il tarixli, 38137/01 saylı kredit müqaviləsi üzrə müştərək (birgə) qaydada 341.117,14 manat əsas borc, 18.113,69 manat faiz borcu, 30000 manat cərimə olmaqla, 389.230,83 (üç yüz səksən doqquz min iki yüz otuz manat 83 qəpik) manat borc, 2340 (iki min üç yüz qırx) manat məbləğində əmlakın sığortalanmasına görə çəkilmiş sığorta haqqı, 17,50 (on yeddi manat 50 qəpik) manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borclu və zaminlərə bildirişlərin (pretenziyaların) və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsinə çəkilmiş poçt xərcləri və 30 (otuz) manat dövlət rüsumu iddiaçı “X5 Azərbaycan” QSC-nın xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş, Cavabdeh5 məxsus olan 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilərək ilkin satış qiyməti 4.479.000 (dörd milyon dörd yüz yetmiş doqquz min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. Cavabdeh5 məxsus olan 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasına tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində boşadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 470 (dörd yüz yetmiş) manat məbləğində ekspertiza xərci cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh7-dan, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver