Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6007/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi X1 maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin və ona əlavə edilmiş sənədlər qaytarılmaqla ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Ərizə ilə ərizəçinin iradə ifadəsi həyata keçirilmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, mülki iş üzrə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmaqla ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 259.0.11-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. MPM-in 260.6-cı maddəsinə əsasən iş üzrə iddianın baxılmamış saxlanılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.11, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi X1 maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərinin təsdiq edilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmaqla ərizə baxılmamış saxlanılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-6007/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6007/2025
30.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver