Məhkəmə qərarları › İş №2(004)-6042/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6042/2025

27.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6042/2025 27.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 mart 1979-cu il təvəllüdlü X8 15 avqust 1979-cu il tarixdə Bakı şəhərində ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 22 mart 1979-cu il təvəllüdlü X14 ərizəçinin qardaşıdır. Qardaşı doğumundan 5 ay sonra (xx.xx.1979-cu ildə) Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerşələn Dağüstü 1 qəbiristanlığının 9-cu sektorunda dəfn edilmiş və buna dair Yasamal Bələdiyyəsi tərəfindən müvafiq arayış ərizə əlavə edilir. Bundan əlavə həmçinin məlumat üçün bildirilir ki, (atası) X3 xx.xx.2024-cü ildə və (anası) X9 xx.xx.2024-cü ildə vəfat etmişlər. Qardaşının dəfnindən sonra onun ölüm haqqına şəhadətnaməsinin alınmasına zərurət olmadığından valideynləri ölüm haqqına şəhadətnamə almamışlar. Hazırda ərizəçinin anasının vəfatından sonra anasının mülkiyyətində olan daşınmaz əmlakın vərəsələr arasında bərabər payların müəyyən olunaraq bölünməsi məqsədilə məhrum qardaşının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır və bundan əlavə həmçinin gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək maneələrin qarşısının alınması üçün zəruridir. Daha sonra digər qardaşı (X15), ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, xx.xx.2025-ci il tarixli, imtina məktubu ilə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətandaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını testiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilir ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir, Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilir” kimi qeyd olunmuşdur. Həmçinin Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, arayışdan görünür ki, 22 mart 1979-cu ildə Bakı şəhərində anadan olmuş X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətandaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mərhumun bacısıdır. Atası və anası vəfat etmişdir. Mərhum 5 aylıq olarkən vəfat etmişdir. Mərhumun doğum haqqında akt qeydi olsa da, ölüm haqqında akt qeydi yoxdur. Anasının vəfatından sonra miras əmlakın vərəsələr arasında bölünməsi məqsədi ilə mərhumun ölüm faktının müəyyən edilməsi zəruridir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat X1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X8 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 22 mart 1979-cu ildə Bakı şəhərində anadan olmuş X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışa əsasən müəyyən olunur ki, X14 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerşələn Dağüstü 1 qəbiristanlığının 9-cu sektorunda dəfn olunmuşdur. İş materiallarında olan Oktyabr rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, Vİİİ-ЖГ seriyalı 325193 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X3, ana qrafasında X9 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 1237 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Oktyabr rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli, Vİ-ЖГ seriyalı 418946 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X3, ana qrafasında X9 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 1666 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Oktyabr rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli, İX-ЖГ seriyalı 392715 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X3, ana qrafasında X9 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 2240 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 429506 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 305 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 401245 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 281 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 10-cu keçiddə istifadədə olan 0.02505 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 6 otaqlı, 80.0 kv.m yaşayış, 55.0 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə X4, X5, X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 5125 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, ərizəçi onun dayısı qızının qızıdır. Mərhum onun dayısı qızının oğludur. Mərhum xəstə kimi doğulmuşdur. Mərhumun anası da xəstə idi. Mərhum Bakıda vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, ərizəçi onun bacısı qızıdır. Mərhum onun bacısı oğludur. Mərhum balaca idi, evdə rəhmətə getmişdir. Mərhumun anası astma xəstəsi idi. Mərhum Yasamalda dəfn edilmişdir. Dəfn mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X14 ərizəçinin qardaşı olmuşdur. 15 avqust 1979-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun bacısı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin qardaşının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə qardaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin qardaşı xx.xx.1979-cu il təvəllüdlü X8 xx.xx.1979-cu il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X8 xx.xx.1979-cu il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar