Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6088/2021 13.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı Ərizəçi cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi və poliklinikanın əməkdaşlarının cəzalandıırlması” barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi və poliklinikanın əməkdaşlarının cəzalandıırlması” tələbinə dair ərizə ilə 10.09.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərək 1973-cü il təvəllüdlü X1 20.05.2021-ci il tarixdə vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamənin verilməsi və tibbi ərazi bölmələrini idarəetmə birliyinin və 19 saylı şəhər poliklinikasının aidiyyatı əməkdaşlarının qanunsuz əməllərinə görə cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirərək qeyd edirəm ki, aşağıda qeyd edilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinin mahiyyətindən belə müəyyən olunur ki, iddiaçı Ərizəçi övladı 1973-cü il təvəllüdlü X1 vəfat etməsi faktının müəyyən edlməsini xahiş edir. Əgər tələb şəxsin vəfat etməsi faktının müəyyən edilməsidirsə ərizəçi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət etməli və ərizəsində şəxsin vəfat etməsi faktının müəyyən edlməsini xahiş etməlidir. Ərizəçi eyni zamanda ərizədə maraqlı şəxs qismində Yasamal rayon Qeydiyyat İdarəsini qeyd etməldir. O cümlədən, ərizəsinə Yasamal rayon Qeydiyyat İdarəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə məktubu da əlavə etməlidir. Çünki, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bundan əlavə, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də əlavə olunmalıdır. Hazırki iddia ərizəsində iddiaçı cavabdeh olaraq Bakı şəhər Baş Səhiyyə İdarəsini qeyd etmiş və həmin idarənin əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən şikayət edir. Bununla əlaqədar olaraq izah olunur ki, Bakı şəhər Baş Səhiyyə İdarəsi inzibati orqandır və ümumi məhkəmə bu tələbə baxa bilməz. Bu tələb inzibati məhkəmədə araşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152 və 308-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Ərizəçi cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi və poliklinikanın əməkdaşlarının cəzalandıırlması” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6088/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6088/2021
13.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver