Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6096/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X24 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1919-cu il təvəllüdlü X20 xx.xx.1986-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum həyat yoldaşı mərhum X15 anası X16 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Həmin şəxsin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka görə Bakı 46 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmışdır. Ərizəçinin iki yetkinlik yaşına çatmayan övladı, xx.xx.2006-cı il təvəllüdlü Ülviyyə və xx.xx.2012-ci il təvəllüdlü Zülfiyyə həmin vərəsəlik işi üzrə (vəfat etmiş atalarına münasibətdə) nənələrinin miras əmlakına vərəsə kimi qeydə alınmışlar. Həmin vərəsəlik işi üzrə sənədlər toplanılarkən, mərhum X7 atasının X13 və anasının X27 olduğu müəyyən edilmişdir. Səbail Rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X13 xx.xx.1966cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Tərəfindən vəkil sorğusu ilə müraciət edilmiş Ədliyyə Nazirliyi Qeydiyyat, Notariat və Reyestr Baş İdarəsinin xx.xx.2024-cü i tarixli tarixli cavab məktubunda X9 və ya X1 ölümü haqqında aktı qeydinə dair məlumat aşkarlanmadığı bildirilmişdir. Diqqətə çatdırmışdır ki, qohum-əqrəba arasında 1919-cu il təvəllüdlü mərhumun adının X5 olduğu, həyatının son dövrlərində onkoloji xəstə olduğu, 1986-cı ilin yay aylarında həmin xəstəlikdən vəfat etdiyi və mərhum həyat yoldaşının yanında dəfn edildiyi bilinir. Həqiqətən də vəkil araşdırması zamanı müəyyən edilmişdir ki, həmin şəxsin məzarı Yasamal-Dağüstü 1 qəbiristanlığında xx.xx.1966-cə ildə vəfat etmiş mərhum həyat yoldaşı X6 məzarının yanında yerləşir, habelə hər iki məzarın məlumatları bir qəbirdaşında göstərilmişdir. Yasamal Rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, X2 (xx.xx.1919-xx.xx.1986) Bakı şəhəri, X29 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında doğum aktı qeydinin vərəqi zədəli olduğundan mərhum X7 ana qrafasında soyad, adı və ata adının natamam yazıldığı qeyd edilmişdir. Bu baxımdan aydındır ki, arxiv məlumatlarında mərhumun adının HƏMİ yazılması da krill əlifbası ilə əlyazmada НЭМИ/ХЭМИ/ХАМИ ilə НЭЛИ/ХЭЛИ/ХАЛИ arasında kəskin oxşarlıqdan irəli gəlmişdir. Nəticədə bildirmişdir ki, indiki məqamda ərizəçi X20 ölümünü təsdiq edən rəsmi sənədi qüvvədə olan qanunvericiliyə əsasən, başqa qaydada ala bilmir. Ölüm haqqında şəhadətnamənin olmaması səbəbindən Bakı 46 saylı Notariat ofisində açılmış vərəsəlik işi üzrə ərizəçinin yetkinlik yaşına çatmayan övladları qanunla müəyyən edilmiş qaydada vərəsəlik şəhadətnaməsi əldə edə bilmir. Ona görə də hazırda ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş 13 iyun 1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X23 20 may 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası isə X10r. - Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş AZ-İ №198133 saylı, 25 noyabr 2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən X23 ilə X18 arasında 25 noyabr 2005-ci il tarixdə nikah bağlanmış və həmin nikah 3473 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. - Bakı şəhəri Yasamal rayonu Qeydiyyat Şöbəsinin AZ-İİ №907958 saylı, 14 iyun 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X14 07 iyun 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X8, anası isə Ərizəçidır. - 03 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin AZ-İ №989397 saylı, 29 dekabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X23 19 noyabr 2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - 07 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin AZ-İİ №345459 saylı, 14 may 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X16 01 mart 2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 3-48-DA/2-Ş-943-6-1113/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli arxiv arayışına əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1944-cü ilə dair Bakı şəhəri Ağdam rayonu Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 13 iyul 1944cü ildə doğulan Ələskərova (sənəddə olduğu kimi) Xuraman Zahid qızının təvəllüdü qeyd olunur. Atası: Ələskərov (sənəddə olduğu kimi) Zahid Salman oğlu, Anası: Kərim (sənəddə olduğu kimi) Həmi (sənəddə olduğu kimi) Əbdülə (sənəddə olduğu kimi) qızı. Qeyd: Doğum akt qeydinin vərəqi zədəli olduğu üşün Ana qrafasında soyadı, adı, ata adı natamam yazılmışdır. - Bakı şəhəri Səbail rayonu Qeydiyyat Şöbəsinin AZ-İİ №424725 saylı, 04 oktyabr 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 21 mart 1966-cı il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin 1677 saylı, 14 noyabr 2024-cü il tarixli məktubuna əsasən X3 (xx.xx.1919-xx.xx.1986) qəbirdaşına əsasən Bakı şəhəri, A.M.Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin ünvan 3 ünvanladığı 16 noyabr 2024-cü il tarixli məktubuna əsasən «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən adıçəkilən şəxsin ölümü haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 46 saylı Notariat Ofisinin X/1685 saylı, 18 noyabr 2024-cü il tarixli məktubuna əsasən 01 mart 2024-cü il tarixdə vəfat etmiş, 13 iyul 1944-cü il təvəllüdlü X7 adına 21 iyun 2024-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. X7 vərəsəlik işinin açılması ilə əlaqədar müraciət etmiş vərəsələri - X14 və X11r. - iş materiallarına əlavə edilmiş qəbir daşının fotoşəklindən görünür ki, Həlimə Əbdül-Əziz qızının ölüm tarixi 20 avqust 1986-cı il göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X27 həqiqətən də xx.xx.1986-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X20 xx.xx.1986-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6096/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6096/2024
19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver