Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6121/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Nəcəfova (Vəliyeva) Sevda Firudin qızı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Nəcəfova (Vəliyeva) Sevda Firudin qızına, Cavabdeh2 və Bakı 3 saylı “ASAN XİDMƏT” Mərkəzinin notariat kontoruna qarşı “vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, qanuni üzrə vərəsə kimi tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Nəcəfova (Vəliyeva) Sevda Firudin qızına, Cavabdeh2 və Bakı 3 saylı “ASAN XİDMƏT” Mərkəzinin notariat kontoruna qarşı “vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, qanuni üzrə vərəsə kimi tanınması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər X8 və X2 verilmiş 03.06.2021-ci il tarixli 2V-488, 2V-489 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin vərəsəlik şəhadətnamələri əsasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 86 mənzil 15 - Yeni qaydalarla: AZ 1100 Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi 252, М2, m 4 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mərhum anası X9 məxsus olmuş ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzrə onun qanun üzrə vərəsə kimi tanınmağı və 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun anası X10 09 aprel 2019-cu ildə vəfat etmişdir. Onun adına ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak olmuşdur. O, və anasının başqa iki qızı - cavabdehlər onun qanuni üzrə vərəsəsi olmuşlar. O özü şəxsən anasının vəfatından sonra bir neçə dəfə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisinə yaxınlaşaraq vərəslik işinin açılması ilə bağlı ərizə qoymaq istəmişdir. Lakin ona digər bacılarının da gəlməli olduqları bildirilmişdir. Daha sonra bacılarına təklif edərək birlikdə notariusa yaxınlaşmağı xahiş etmişdir. Onlar isə hər dəfəsində bir bəhanə gətirərək onu bu işdən uzaqlaşdırmışlar. O, bu işdə hər zaman onlara inanmışdır. Ona heç bir problem olmadığını bildirərək, onu əslində aldatmışlar. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdehlər onu aldadaraq ona heç bir xəbər vermədən özləri notariat ofisində vərəsəlik işi açaraq özlərini anasının qanuni üzrə vərəsələri kimi tanıdaraq vərəsəlik şəhadətnaməsi almışlar. Müraciəti əsasda 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli məktubda cavabdehlərin 05.04.2021-ci ildə miras əmlakı qəbul etmələri haqqında ərizələri əsasında 06.06.2021-ci il tarixli 2V-488, 2V-489 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi qeyd olunmuşdur. Mirasın qəbulu ilə bağlı müddətin keçməsi sırf bacılarının yəni cavabdehlərin ona qarşı qanunsuz maneələri əsasında baş vermişdir. Onlar qəsdən ona vərəsəlik işinin onun tərəfindən açılması ilə bağlı təşəbbüsünə məhəl qoymayaraq, lazımi sənədləri ona verməkdən imtina etmişlər. Onu arxayın etmişlər ki, gedişatda heç bir problem çıxmayacaq, o da onlar kimi anasının əmlakından miras payını qəbul edəcək. Lakin bu yaxınlarda öyrəndikləri onu dəhşətə salmış, çox sarsıntı keçirmişdir. Hesab edir ki, onlara verilmiş vərəsəlik şəhadətnamələri qanunsuz olmuş, o, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində miras payından məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsini etiraf edərək, bildirdi ki, iddia ərizəsini qismən qəbul edir. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzil (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) anası X10 tərəfindən ona, Cavabdeh2 vəsiyyət edildiyindən evin ½ hissəsi onun, Cavabdeh2 mülkiyyətində olmaqla, qalan ½ hissəsi iddiaçı X11 və cavabdehlər bacısı, Cavabdeh1, o, Cavabdeh2 arasında bərabər bölünməsinə etiraz etmir və həmin hissədə iddianı qəbul edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Nəcəfova (Vəliyeva) Sevda Firudin qızı iddia ərizəsini qismən etiraf edərək bildirdi ki, iddia ərizəsini qismən qəbul edir. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzil (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) anası X10 tərəfindən bacısı Cavabdeh2 vəsiyyət edildiyindən evin ½ hissəsi Cavabdeh2 mülkiyyətində olmaqla, qalan ½ hissəsi iddiaçı X11 və cavabdehlər o, Cavabdeh1, bacısı Cavabdeh2 arasında bərabər bölünməsinə etiraz etmir və həmin hissədə iddianı qəbul edir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 09.04.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 05.04.2021-ci il tarixli Cavabdeh2 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 15 saylı mənzili 09.04.2019-cu il tarixdə ölmüş anası X1 qalmış miras əmlakı kimi qəbul edir. İş materiallarında olan 06.06.2021-ci il tarixli Cavabdeh1 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 15 saylı mənzili 09.04.2019-cu il tarixdə ölmüş anası X1 qalmış miras əmlakı kimi qəbul edir. İş materiallarında olan 19.04.2016-cı il tarixli Vəsiyyətnamədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 15 saylı mənzil X10 tərəfindən Cavabdeh2 vəsiyyət edilmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamədən görünür ki, X12 24.03.1959-cu il tarixdə anadan olmuşdur. X4, anası X5r. İş materiallarında olan Doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 28.11.1961-ci il tarixdə anadan olmuşdur. X4, anası X5r. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 252, M2, 4 saylı mənzil) 4/3 hissədə 16.08.2021-ci il tarixdən Cavabdeh2, 13.08.2021-ci il tarixdən ¼ hissədə X6 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan 03.06.2021-ci il tarixli, 488 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, 09.04.2019-cu l tarixdə vəfat etmiş etmiş- X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 15 saylı mənzildə qeydiyyatda olan qızı- Cavabdeh2dır və o miras əmlakdan 1/2 hissədə irs almalıdır. Miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 53,52 kv.m, yaşayış sahəsi 40,52 kv.m, yardımçı sahəsi 13 kv.m, 3 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan 03.06.2021-ci il tarixli, 489 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 09.04.2019-cu l tarixdə vəfat etmiş X3 vərəsələri Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 15 saylı mənzildə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1dır. Onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdırlar. Miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 53,52 kv.m, yaşayış sah\si 40,52 kv.m, yardımçı sahəsi 13 kv.m, 3 ptaqlı mənzilin ½ hissəsindən ibarətdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Nəcəfova (Vəliyeva) Sevda Firudin qızına, Cavabdeh2 və Bakı 3 saylı “ASAN XİDMƏT” Mərkəzinin notariat kontoruna qarşı “vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, qanuni üzrə vərəsə kimi tanınması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X8 və X2 verilmiş 03.06.2021-ci il tarixli 2V-488, 2V-489 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin vərəsəlik şəhadətnamələri əsasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 86 mənzil 15 - Yeni qaydalarla: AZ 1100 Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi 252, М2, m 4 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mərhum anası X9 məxsus olmuş ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzrə onun qanun üzrə vərəsə kimi tanınmağı və 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq ilk olaraq iddia tələbinin 03.06.2021-ci il tarixli 2V- 488 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırkı mübahisə üzrə isə qeyd edilən vəsiyyətnamənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, vəsiyyətnamə rəsmiləşdirilərkən vəsiyyət edən səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd edilən Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, 03.06.2021-ci il tarixli 2V-488 saylı vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və vəsiyyətnamə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə əsassızıdır. Daha sonra məhkəmə iddia tələbinin 03.06.2021-ci il tarixli 2V-489 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras qalmış mənzilə verilmiş çıxarışın ləğv edilməsi, mərhum X7 məxsus olmuş ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzrə iddiaçının qanun üzrə vərəsə kimi tanınmağı və 1/3 hissədə payının müəyyən edilməsi hissəsi üzrə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki iş materiallarından görünür ki, iddiaçı və cavabdehlər 09.04.2019-cu il tarixdə vəfat etmiş X3 övladlarıdır. İş materiallarında olan 19.04.2016-cı il tarixli Vəsiyyətnamədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 15 saylı mənzil X10 tərəfindən Cavabdeh2 vəsiyyət edilmişdir. Həmçinin iş materiallarında olan 03.06.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 09.04.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsələri Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 15 saylı mənzildə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 olduğu müəyyən edilmişdir. Lakin iddiaçı da mərhum X3 doğma övladı olmasına baxayaraq ona anasından miras payı qalmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı da cavabdehlər kimi X3 doğma övladı, yəni birinci növbə qanun üzrə vərəsəsidir. Cavabdeh2 isə X3 vəsiyyət üzrə vərəsəsidir. Həmçinin Cavabdeh2 və X13 qanun üzrə də vərəsəliyi qəbul etmişlər. Belə olduğu halda iddiaçının da məcburi pay hüququ yaranır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Mülki Məcəllənin 1197-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. Ona görə də miras almağa çağrıla biləcək qanun üzrə 1-ci növbə vərəsələrin hamısı və mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzil (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) Cavabdeh2 vəsiyyət edilməsini nəzərə alınmaqla məhkəmə hesab edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzil (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) qalan 1/2 (ikidə bir) hissəsinə iddiaçının iddiaçı X11 və cavabdeh X13 qanuni vərəsələr kimi onlara düşən 1/3 hissə payın yarısını 1/3:2=1/6 hissədə məcburi payları tanınmalıdır. Digər Cavabdeh2 isə həmçinin vəsiyyət üzrə vərəsə olduğundan, mübahisə predmeti olan miras əmlakın kimi 4/6, (yəni 2/3) hissə pay hüququ müəyyən edilməlidir. Həmçinin iş materiallarında olan Cavabdeh2 iddia ərizəsinin qismən etiraf edilməsi barədə ərizəsindən görünür ki, o, iddia ərizəsini qismən qəbul edir. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzil (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) anası X10 tərəfindən ona, Cavabdeh2 vəsiyyət edildiyindən evin ½ hissəsi onun, Cavabdeh2 mülkiyyətində olmaqla, qalan ½ hissəsi iddiaçı X11 və cavabdehlər bacısı, Cavabdeh1, o, Cavabdeh2 arasında bərabər bölünməsinə etiraz etmir və həmin hissədə iddianı qəbul edir. Digər cavabdeh Nəcəfova (Vəliyeva) Sevda Firudin qızının iddia ərizəsini qismən etiraf etməsi barədə ərizəsindən görünür ki, iddia ərizəsini qismən qəbul edir. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzil (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) anası X10 tərəfindən bacım Cavabdeh2 vəsiyyət edildiyindən evin ½ hissəsi Cavabdeh2 mülkiyyətində olmaqla, qalan ½ hissəsi iddiaçı X11 və cavabdehlər o, Cavabdeh1, bacısı, Cavabdeh2 arasında bərabər bölünməsinə etiraz etmir və həmin hissədə iddianı qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehlər tərəfindən etiraf edilərək, iddia tələbi qismən qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Yuxarıda göstərilənləri, həmçinin cavabdehlərin etiraf ərizələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi, qismən təmin edilməli, Bakı 3 saylı “ASAN XİDMƏT” Mərkəzinin notariat kontoru tərəfindən cavabdehlər Nəcəfova (Vəliyeva) Sevda Firudin qızına və Cavabdeh2 verilmiş 03.06.2021-ci il tarixli, 2V-489 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzilə (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) dair çıxarış ləğv edilməli, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzil (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) üzərində İddiaçı qanun üzrə vərəsə kimi tanınmalı, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzilə (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) münasibətdə İddiaçı 1/6 hissədə payı, cavabdeh Nəcəfova (Vəliyeva) Sevda Firudin qızının 1/6 hissədə payı, digər Cavabdeh2 isə 2/3 (4/6) hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Bakı 3 saylı “ASAN XİDMƏT” Mərkəzinin notariat kontoru tərəfindən cavabdehlər Nəcəfova (Vəliyeva) Sevda Firudin qızına və Cavabdeh2 verilmiş 03.06.2021-ci il tarixli, 2V-489 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzilə (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) dair çıxarış ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzil (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) üzərində İddiaçı qanun üzrə vərəsə kimi tanınsın. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 86 ünvanında yerləşən 93 saylı mənzilə (Yeni qaydalarla: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, X23 küçəsi, 252, M2, m4) münasibətdə İddiaçı 1/6 hissədə payı, cavabdeh Nəcəfova (Vəliyeva) Sevda Firudin qızının 1/6 hissədə payı, digər Cavabdeh2 isə 2/3 (4/6) hissədə payı müəyyən edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-6121/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6121/2021
22.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver