Məhkəmə qərarları › İş №2(004)-615/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-615/2025

17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-615/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə dair mülki iş (açar sözlər: ölüm faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, Ərizəçi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X7 10 avqust 2008-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X13 27 dekabr 1962-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. İddia ərizəsinə əlavə edilən qərardan görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7 və 228.1-ci maddələri ilə təqsirli bilinmişdir. Qeyd edilən dövrdə X1 Federasiyasına getmiş və X6 adı ilə orada yaşamışdır, xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyasının Tver vilayətinin Kaşinskiy rayonunda vəfat etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğunun 31 mart 2009-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı ilə X7 vəfat etmiş X2 eyni şəxs olması öz təsdiqini tapmışdır, ona görə də cinayət işinin icraatına xitam verilmişdir. X7 ölməsi faktını şahidlərlə təsdiq edə bilərlər. Qeyd etmək istəyir ki, X13 Bakı şəhəri, Yasamal rayonunda dəfn edilmişdir.

İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi

3. Məhkəmə iclasında ərizəçi və onun nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

İİİ Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun müstəntiqi X12 31 mart 2009-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarına əsasən 78458 nömrəli cinayət işinin icraatına təqsirlədirilən şəxs X7 cinayət əməlini törətdikdən sonra ölməsi əsasına görə xitam verilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, X3 əslində 78458 saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM 122.2.7 və 228.1-ci maddələri ilə axtarışda olan təqdirləndirilən şəxs X13 olduğu müəyyən edilmişdir. Beləliklə, aparılmış istintaqda müəyyən edilir ki, X13 istintaqdan qaçıb gizlənmək üçün Rusiya Federasiyasında X9 adı ilə Rusiya Federasiyasının ümumvətəndaş pasportu əldə edib yaşamış, 2008-ci ilin avqustun 11-də itkin düşmüş, xx.xx.2008-ci il tarixdə onun meyiti aşkar olunub və X8 adı ilə Bakı şəhərinə göndərilmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3165/8-15-1105/24 nömrəli məktubuna əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması imkanları xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür.

9. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli, 3-16- 5/8-1743-15/24 nömrəli arayışa əsasən müəyyən olunur ki, 27 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.

10. Moskva şəhəri Presnenskiy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, qərarına əsasən X10 xx.xx.1962-ci il təvəllüdlü X7 ölmüş hesab edilməsi haqqında ərizəsinin təmin edilməsi rədd edilmişdir.

11. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Mosvka şəhəri Presnenskiy rayonu üzrə şöbəsinin xx.xx.2011-ci il tarixli, 01/14-64 nömrəli arayışına əsasən müəyyən olunur ki, X4 xx.xx.1962-ci il təvəllüdlü X7 axtarışı barədə ərizə ilə Moskva şəhəri Presnenskiy rayonu üzrə Rusiya DİNŞ müraciət etmişdir, yoxlamanın gedişatında müəyyən olunmuşdur ki, vətəndaş istintaq orqanlarından qaçıb gizlənən cinayətkar kimi federal axtarışdadır, axtarışın təşəbbüstarı xx.xx.2002-ci ildən Azərbaycan Respublikası DİN, Bakı şəhəri Yasamal RPİ-dir.

12. Tver vilayəti Kaşinskiy rayon İnzibatlılığının vətəndaşlıq vəziyyəti aktlarının qeydi şöbəsinin 22 avqust 2008-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən müəyyən olunur ki, X11 xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyası, Tver vilayəti Kaşinskiy rayonunda vəfat etmişdir.

13. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

14. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

15. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

16. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun müstəntiqi X12 31 mart 2009-cu il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarına əsasən X5 əslində 78458 saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 120.2.7 və 228.1-ci maddələri ilə axtarışda olan təqsirləndirilən şəxs X13 olduğu müəyyən edilmiş və həmin əsasla da cinayət işinin icraatına xitam verilmiş, həmin qərar qanuni qüvvəsini almışdır. Həmçinin 22 avqust 2008-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyası, Tver vilayəti Kaşinskiy rayonunda vəfat etməsi təsdiqlənmişdir. Hazırda ərizəçi ərizə ilə müraciət edərək X7 10 avqust 2008-ci il tarixdə Bakı şəhəri Yasamal rayonunda ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmu şəkildə qiymət verərək hesab edir ki, X7 Bakı şəhəri Yasamal rayonunda vəfat etməsi işin halları ilə müəyyən edilmədiyindən ərizə təmin edilməməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

20. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

22. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

V Nəticə:

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar