Məhkəmə qərarları › İş №2(004)-6153/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6153/2024

25.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6153/2024 25.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1967-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X4 yaşadığı ünvan 1 ünvanında qəflətən halı pisləşmiş və dünyasını dəyişmişdir. Mərhum həyat yoldaşı X7 xx.xx.2024-cü il tarixində Bakı şəhəri, A.M.Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 3-cü sektorunda dəfn olunmuşdur. Ölüm hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir. Mərhum vəfat etdiyi mənzildə qeyri-rəsmi nikahda olduğu X5 ilə yaşamışdır. Vəfat etdiyi vaxt hadisə yerinə Abşeron Rayon Prokurorluğunun əməkdaşları gəlmiş, prokurorluq tərəfindən hadisə yerinə və meyidə baxış keçirilmiş, kriminal xarakterli hal müəyyən edilməmişdir. Bundan sonra prokurorluq tərəfindən mərhum X4 meyitinin daşınması və dəfn edilməsi üçün xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Bundan sonra Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etsə də, sözügedən qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, ərizəni müdafiə edir. Həmin gün axşam saat 01:00 radələrində mərhumun bacısı ona zəng edərək, mərhumun Masazır qəsəbəsində yerləşən mənzildə vəfat etdiyini bildirmişdir. Ona bu barədə məlumatı mərhumun qeyri-rəsmi nikahda olduğu qadın vermişdir. Qardaşı ilə birlikdə Abşeron rayon prokurorluğuna yollanmışdır. Daha sonra evə qayıtmış, qardaşı isə mərhumun meyitinin yuyulması üçün məscidə getmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, Vİİ-JQ seriyalı 446116 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 və Ərizəçi xx.xx.2001-ci il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 362 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Səfərov”, arvada “Xələfbəyova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, X7 (xx.xx.1967-xx.xx.2024) Bakı şəhəri, X10 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 3-cü sektorunda dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, əri X4 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Abşeron Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli Arayışında qeyd edilmişdir ki, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış X4 xx.xx.2024-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə qəfil vəfat etməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə və meyitə Abşeron rayon prokurorluğu tərəfindən baxış keçirilmiş, kriminal xarakterli hal müəyyən edilməmişdir. İş materiallarında olan Abşeron Rayon Prokurorluğunun müstəntiqi X2 Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərarına əsasən toplanmış 24-3- 2-2-400-0479 nömrəli material üzrə (xx.xx.2024-cü il tarixdə saat 00:57-də X4 yaşdığı mənzildə ölməsi ilə bağlı) cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi bacısıdır. xx.xx.2024-cü il tarixində axşam saat 01:00 radələrində bacısı ona zəng edərək, mərhumun vəfat etdiyini bildirmişdir. Ərizəçi ilə birlikdə Abşeron rayon prokurorluğuna yollanmışdır. Daha sonra mərhumun vəfat etdiyi evə getmişdir. Bundan sonra meyiti yuyulması üçün Təzəpir məscidinə aparmışlar. Mərhumun yas mərasimlərində iştirak etmişdir. Mərhum Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi mərhum qardaşının həyat yoldaşıdır. Qardaşının rəhmətə getməsi barədə mərhumun qeyri-rəsmi nikahda olduğu qadın ona məlumat vermişdir. Uşaqlarla birlikdə dərhal həmin evə yollanmışdır. Mərhum xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. O, evə çatanda mərhum artıq vəfat etmiş, təcili yardım çağırılmışdı. Təcili yardımla əlaqə saxladıqda, onlar arayışın polis idarəsi tərəfindən veriləcəyini bildirmişlər. Mərhumun yas mərasimlərində iştirak etmişdir. Mərhum Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 ərizəçinin həyat yoldaşı olmuşdur. xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin ərinin ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin əri xx.xx.1967-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Abşeron rayonunda ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar