Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6168/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi qızı Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Maraqlı şəxs ilə mediasiya prosesinin nəticəsində aralarında bağlanmış MSB/11/2024-00053 №-li xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2012-ci il tarixdə doğulmuş oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 400 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməsi barədə barışığın təsdiq edilməsi, ərizənin verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, bildirir ki, Maraqlı şəxs ilə xx.xx.2011-ci il tarixində rəsmi nikah bağlamışdılar. Birgə nikahdan xx.xx.2012-ci il təvəlüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2024 cü il tarixli 2(011)-2566/2024 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Aliment tələbi ilə bağlı xx.xx.2024-cü tarixdə keçirilən mediasiya iclasında Maraqlı şəxs ilə aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəlüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 20-dək 400 (dörd yüz) manat sabit pul məbləğində alment ödəməyi öhdəsinə götürmüşdür. Sazişdə nəzərdə tutulan aliment pulunu Maraqlı şəxs əvvəlki aylarda ödəsə də, sonradan, yəni avqust 2024-cü il tarixdən ödəməmiş, ödəməməsinin səbəbi barədə belə məlumat verməmişdir. Göründüyü kimi, Maraqlı şəxs barışıq sazişindən irəli gədən öhdəlikləri pozmağa başlamış və sazişin icrasından boyun qaçırır. Aşağıdakı qeyd etdiyim hüquqi əsaslara görə hesab edirəm ki, ərizəm təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış ərizəçi yuxarıda qeyd edildiyi kimi məhkəməyə ərizə verərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə gəlməmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Tərəflər arasında 11 saylı Mediasiya təşkilatında bağlanmış 20 yanvar 2024-cü il tarixli MSB/11/2024-00053 saylı barışıq sazişinin 2-ci, 3-cü və 4-cü şərtlərindən görünür ki, “2. Birinci Tərəf övladı xx.xx.2012-ci il doğum tarixli X2 İkinci Tərəfin himayəsində qalmasına etiraz etmir və onun xaricə atanın icazəsi olmadan anası ilə getməsinə bu saziş təsdiqləndiyi gündən 10 iş günü müddətində notarial qaydada təsdiqlənmiş etibarnamə verməyi öhdəsinə götürür.
3. X4 Tərəfə xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı yetkinlik yaşına çatanadək, hər ayın 20-nə qədər 400 (dörd yüz) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.
4. X5 Tərəfə yuxanda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq” Sazişin 6-cı bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 20 yanvar 2024-cü il tarixdə Bakı 11 saylı Mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 2-ci, 3-cü və 4-cü bəndləri aşağıdakı məzmunda təsdiq edilməlidir.
2. Birinci Tərəf (Maraqlı şəxs) övladı xx.xx.2012-ci il doğum tarixli X2 İkinci Tərəfin (Ərizəçi) himayəsində qalmasına etiraz etmir və onun xaricə atanın icazəsi olmadan anası ilə getməsinə bu saziş təsdiqləndiyi gündən 10 iş günü müddətində notarial qaydada təsdiqlənmiş etibarnamə verməyi öhdəsinə götürməlidir. 3. Birinci Tərəf (Maraqlı şəxs) İkinci Tərəfə (Ərizəçi) xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı yetkinlik yaşına çatanadək, hər ayın 20-nə qədər 400 (dörd yüz) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmamalıdır. 4. İkinci Tərəf (Ərizəçi) Birinci Tərəfə (Maraqlı şəxs) yuxarıda qeyd edilən övladı ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 20 yanvar 2024-cü il tarixdə Bakı 11 saylı Mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 2-ci, 3-cü və 4-cü bəndləri aşağıdakı məzmunda təsdiq edilsin:
2. Birinci Tərəf (Maraqlı şəxs) övladı xx.xx.2012-ci il doğum tarixli X2 İkinci Tərəfin (Ərizəçi) himayəsində qalmasına etiraz etmir və onun xaricə atanın icazəsi olmadan anası ilə getməsinə bu saziş təsdiqləndiyi gündən 10 iş günü müddətində notarial qaydada təsdiqlənmiş etibarnamə verməyi öhdəsinə götürür.
3. Birinci Tərəf (Maraqlı şəxs) İkinci Tərəfə (Ərizəçi) xx.xx.2024-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı yetkinlik yaşına çatanadək, hər ayın 20-nə qədər 400 (dörd yüz) manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.
4. İkinci Tərəf (Ərizəçi) Birinci Tərəfə (Maraqlı şəxs) yuxarıda qeyd edilən övladı ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ayşən Sultanova-Məmmədova