Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6179/2025 03.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, onunla, yəni Ərizəçi Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı Barışıq Sazişinin həftənin şənbə və bazar günləri atanın, yəni Ərizəçi Rafık oğlunun birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X2 ilə ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradılmasına dair şərtinin məcburi icrası üçün xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə Səadət Sarayı nikah evində xx.xx.2015-ci il tarixində 385 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X2 dünyaya gəlmişdir. Münasibətləri pozulduğundan Maraqlı şəxs tərəfindən Bakı Şəhəri 18 saylı Mediasiya Təşkilatına nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, aliment və uşaqla ünsiyyət tələbinə dair mediasiya müraciəti ünvanlanmışdır. Mediasiya sessiyasının nəticəsi olaraq, Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı barışıq sazişi bağlanmışdır. X3 əsasən, Maraqlı şəxs ilə aralarında xx.xx.2015-ci il tarixdə 385 №-li reyestr qeydi ilə Səadət Sarayı Bakı nikah evində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına, birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 Maraqlı şəxs yanında qalmasına razılıq əldə olunmuş, həmçinin Ərizəçi Rafık oğlu uşağın saxlanılması üçün 2025-ci ilin mart ayından başlayaraq hər ayın 5-dən 10-a qədər minimum əmək haqqının 0.62 misli məbləğində alimenti uşağın məktəbə gediş-gəliş, transfer xərclərini, Maraqlı şəxs məxsus bank kartına ödəməyi öz öhdəsinə götürmüşdür. Digər tərəfdən Maraqlı şəxs uşağın təhsil aldığı müəssisəni dəyişdiyi halda onun razılığının olması razılaşdırılmış, həmçinin Maraqlı şəxs həftənin şənbə və bazar günləri atanın, yəni onun uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürmüşdür. Ardınca hazırkı iş üzrə Maraqlı şəxs ona qarşı “Nikahın pozulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək aralarında Səadət Sarayı nikah evində xx.xx.2015-ci il tarixində 385 nömrəii akt qeydi ilə bağlanmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nəticədə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-3603/2025 nömrəli qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan Səadət Sarayı nikah evində xx.xx.2015-ci il tarixində 385 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3603/2025 nömrəli qətnaməsi qanuni qüvvəsini almadığından cavabdehlə nikahlarına xitam verilməsə də, faktiki olaraq ayrı-ayrı ünvanlarda yaşayırlar və övladı X2 anası ilə birlikdə yaşayır. Lakin Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı barışıq sazişinə əsasən, üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyinə baxmayaraq, Maraqlı şəxs həmin Barışıq Sazişinin 5-ci bəndinə əsasən, öz üzərinə götürdüyü həftənin şənbə və bazar günləri atanın, yəni onun uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağına dair öhdəliyini pozaraq, ayrı yaşadığı müddətdən qızı xx.xx.2016-cı il təvəllüdlü X2 ilə ünsiyyət yaratmağa müxtəlif yollarla maneçilik törədir və uşaqla görüşməyi üçün ümumiyyətlə şərait yaratmır. Həmçinin cavabdeh Maraqlı şəxs bir neçə dəfə uşağını görmək istəyini bildirsə də, o, onun uşağı ilə görüşməyinə, ünsiyyətinə qarşı çıxmışdır. Göründüyü kimi, Maraqlı şəxs tərəfindən aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı Barışıq sazişinin həftənin şənbə və bazar günləri atanın, yəni onun uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradılacağına dair şərti pozulmaqla könüllü icrasından imtina olunur. Bu səbəbdən hazırda barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiyi xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 saylı Barışıq sazişinin 8-ci bəndində qeyd olunmuşdur ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Barışıq sazişinin 9-cu bəndində qeyd olunmuşdur ki, Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 nömrəli barışıq sazişinə əsasən “1. Tərəflər onlar arasında xx.xx.2015-ci il tarixdə 385 №-li reyestr qeydi ilə Səadət Sarayı Bakı nikah evində qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2. İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 İ Tərəfin, yəni Maraqlı şəxs yanında qalmasına razılıq verir.
3. İİ Tərəf uşağın saxlanılması üçün 2025-ci ilin mart ayından başlayaraq hər ayın 5-dən 10-a qədər minimum əmək haqqının 0.62 misli məbləğində alimenti İ Tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. 4. 1 Tərəf uşağın təhsil aldığı müəssisəni dəyişdiyi halda İİ Tərəfin (atanın) razılığı olmalıdır və İİ Tərəf uşağın məktəbə gediş-gəliş, transfer xərclərini ödəməyi öz öhdəsinə götürür. İİ Tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda İ Tərəf uşağın təhsil aldığı müəssisəni istədiyi məktəbə dəyişə bilər. 5. İ Tərəf həftənin şənbə və bazar günləri atanın uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürür. 6. İlkin mediasiya xərcini (60 manat), tam medaisiya xərcini (40 manat) İ Tərəf və tam mediasiya xərcini (160 manat) İİ Tərəf ödəyir.” İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2(004)-3603/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında Səadət Sarayı Bakı nikah evində xx.xx.2015-ci il tarixdə 385 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) rəyini alır. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. Həmin Qanunun 26.5-ci maddəsinə əsasən mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) təqdim etməyə borcludur. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin Qərarın 10.2-ci bəndinə əsasən qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda, məhkəmə öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Hazırda Ərizəçi (ata) Maraqlı şəxs (ana) ilə mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 nömrəli barışıq sazişinin “ İ Tərəf (Maraqlı şəxs) həftənin şənbə və bazar günləri atanın uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürür” məzmunlu 5-ci bəndinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin tələbinə görə uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini almalı olduğu halda, mediator tərəfindən belə rəy alınmadan mediasiyada tərəflər arasında bağlanılmış barışıq sazişi ilə atanın uşaqla həftənin şənbə və bazar günləri məhdudiyyət qoyulmadan görüşünü müəyyən edən ünsiyyət hüququ müəyyən edilmişdir. Həmçinin, qanunvericiliyin tələbinə görə 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən uşağın fikri mütləq nəzərə alınmalıdır. 7 yaşına çatmış uşağın fikri isə öyrənilə və nəzərə alına bilər. Göründüyü kimi, tərəflər arasında mediasiyada uşağın atası ilə ünsiyyətdə olmasına dair barışıq sazişi bağlanarkən xx.xx.2016-cı il təvəllüdlü X1 fikri öyrənilməmiş, qəyyumluq və himayə orqanının rəyi alınmamışdır. Məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi xahiş olunan 5-ci bəndi (İ Tərəf (Maraqlı şəxs) həftənin şənbə və bazar günləri atanın uşaqla ünsiyyətinə məhdudiyyət qoyulmadan şərait yaradacağını öz öhdəsinə götürür) qanuna ziddir və uşağın hüquq və mənafelərinə toxunur. Əlbəttə, məhkəmə atanın uşaqla ünsiyyətdə olması hüququnun olmasını inkar etmir. Lakin, atanın uşaqla ünsiyyətdə olma vaxtının uşağın yaşı, məktəbə gedib-getməməsi, səhhəti, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillər nəzərə alınmaqla müəyyən edilməsini daha məqsədəmüvafiq hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00147 nömrəli barışıq sazişinin 5-ci bəndi təsdiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Aydan Oruclu