Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6206/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1948-ci il təvəllüdlü həyat yoldaşı X1 xx.xx.2022-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqmda şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixində saat 07.15 radələrində vəziyyəti pisləşmişdir və bu səbəbdən yardım çağırılmışdır. Təcili tibbi yardım gəldikdə yardım ehtiyac olmamışdır və ərizəçinin həyat yoldaşı M.Məmədov vəfat etmişdir. Bilgəh qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir və hal-hazırda onun qəbri həmin qəbiristanlıqda yerləşir. Ərizəçinin həyat yoldaşı Mədaxil Məmmədovun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ölüm haqqında xəbərdar vərəqəsi ilə təsdiq edilmişdir. Ərizəçi həyat yoldaşının ölməsi ilə bağlı ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 39 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin ona şəhadətnamə verilməsindən imtina edilmişdir. Bundan əlavə, ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə də müraciət etmişdir, orada ərizəçinin məhkəməyə müraciət etməli olduğunu bildirmişdilər. Bu səbəbdən də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında Ərizəçi ərizəsinin məzmununu dəqiqləşdirərək, xx.xx.1948-ci il təvəllüdlü həyat yoldaşı X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin Maraqlı şəxs nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, Ərizəçi anası, mərhum X4 isə atasıdır. Atasının son günlər xəstəliyi artmış, ölümündən bir gün əvvəl xəstəxanaya aparılmışdır. Orada yenidən müayinədən keçməsi tövsiyə olunmuşdur. Lakin səhəri gün səhər saat 05:00 radələrində onun vəziyyəti pisləşmiş, bu səbəbdən təcili tibbi yardım çağırmışlar. Lakin həkim gələnədək atası vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 şahid X5 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan AZE 01189473 seriyalı nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1948-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Topal-həsənli Kənd Soveti tərəfindən verilmiş AZ-246956 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 30 dekabr 1974cü il tarixdə nikaha daxil olmuş və bu barədə 14 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13” “Bakı şəhər Baş Səhiyyə İdarəsi” “X13” 39 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 221 saylı məktubundan görünür ki, X1 xəstəliyini təsdiqləyən stasionar epikriz olmadığına görə olüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Təcili və X7 Stansiyasının 4 saylı bölməsinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 07.20 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2 Alatava 84 1 ünvanına X1 adına çağırış daxil olmuş, çağırışı 4 saylı bölmənin həkimi V.Cahangirov yerinə yetirmişdir. Həkiməqədər kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayonu Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 347 saylı arayışdan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və mərhum Sabunçu Rayonu Bilgəh qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1959-cu il təvəllüdlü X3 31 iyul 2016-cı il tarixində Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 mart 1948-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-6206/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6206/2022
14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver