Məhkəmə qərarları › İş №2(004)-6209/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6209/2024

06.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6209/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi, Ərizəçinin vəkili Vəkil1, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6--01965 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Maraqlı şəxs (Birinci tərəf) ilə Ərizəçi (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6--01965 nömrəli barışıq sazişindən görünür ki, “Tərəflər çıxış edən Maraqlı şəxs və Ərizəçi 28 mart 2018-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 45 nömrəli akt ilə qeydə alınmış nikahın pozulmasını təsdiq və bəyan edirlər, razılaşırlar.Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 atası Ərizəçi himayəsində qalmasına razıdırlar”. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-cu maddəsinə əsasən, Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü icrasından imtina edilməsinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Saziş üzrə tərəflər üzərinə götürdüyü öhdəliklərə əməl etməlidirlər. Maraqlı şəxs tərəfindən sazişin şərtlərinə əməl edilməməsi aşkardır. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə bildirmişdir ki, həmin saziş (müqavilə) etibarsız sayılmalıdır. Belə ki, saziş imzalanan zaman maraqlı şəxs tərəfindən oxunulmamış, sazişlə tanış olmadan imzalanmışdır. Odur ki, ərizə təmin edilməməlidir. Məhkəmə sözügedən arqumentə münasibətdə bildirir ki, hazırki mülki iş üzrə sazişin prosessual baxımdan etibarlılığı halları yoxlanılır. Əgər sözügedən saziş etibarlı deyildir ki, kateqoriya olaraq əhəmiyyətsiz (puç) deyil, mübahisələndirilən əqd nöqteyi-nəzərdən etibarsız hesab edilə bilər ki (aldatma əsası ilə), bu xüsusatın hazırki ərizəyə baxılması çərçivəsində (10 gün) araşdırılmaslı mümkün deyildir. Hazırki icraatda məhz sazişin prosessual baxımdan təsdiq edilməsi xüsusatı yoxlanılır. Lakin, həmin sazişin etibarsızlığının ayrıca icraat qaydasında mübahisələndirilməsi yolveriləndir. Həmçinin, əgər saziş etibarli sazişdirsə (hesab edilərsə), maraqlı şəxsin müvafiq tələb ilə uşaqların atadan alınmaqla anaya verilməsi barədə iddia qaldırmaq hüququ vardır. Nəzərə alınır ki, uşaqların 10 və 17 yaşı olmaqla kənar təsirin altına düşmələri ağlabatan deyildir və onların fikirləri nəzərə alınmaqla valideynlərdən birinin yanında saxlanılması (uşaqlardan biri təxminən 1 aydan sonra yetkinlik yaşına çatacaqdır) məsələsi həll edilə bilər. Baxmayaraq ki, uşaqlardan biri təxminən 1 ay sonra yetkinlik yaşına çatacaqdır, məhkəmə sazişin şərtinin həmin hissədə təsdiq edilməsini yolverilən hesab edir. Belə ki, məhkəmənin vəzifəsi saziş (müqavilə) şərtlərini olduğu kimi təsdiq etməkdir (etibarlı olan hissədə). Belə ki, bu təsdiq hüquqi nəticəyə səbəb olmasa da (uşağın yetkinlik yaşına çatması səbəbindən), saziş şərti olaraq özüözlüyündə hüquqi nəticə yaradır (qüvvədədir). Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-01965 nömrəli barışıq sazişi “Tərəflər çıxış edən Maraqlı şəxs və Ərizəçi 28 mart 2018-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 45 nömrəli akt ilə qeydə alınmış nikahın pozulmasını təsdiq və bəyan edirlər, razılaşırlar. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 atası Ərizəçi himayəsində qalmasına razıdırlar.” hissəsində təsdiq edilməlidir. Məhkəmə ərizəçiyə izah edir ki, barışıq sazişi təsdiq edilsə də, tərəflərin yetkinlik yaşına çatmayan ümumi uşaqları olduğundan onlar arasında bağlanmış nikahın pozulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zəruridir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 355-23-355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6--01965 nömrəli barışıq sazişi “Tərəflər çıxış edən Maraqlı şəxs və Ərizəçi 28 mart 2018-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 45 nömrəli akt ilə qeydə alınmış nikahın pozulmasını təsdiq və bəyan edirlər, razılaşırlar. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 atası Ərizəçi himayəsində qalmasına razıdırlar.” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar