Məhkəmə qərarları › İş №2(004)-6237/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6237/2025

07.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6237/2025 07.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞB/13/2025- 01137 saylı barışıq sazişinin bağlandığı şərtlərlə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2005-ci il tarixdə 398 №-li akt qeydi ilə Yasamal Rayon Vətəndaşlıq X6 Qeydiyyatı (VVADQ) Şöbəsində rəsmi qaydada nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan yetkinlik yaşına çatmış xx.xx.2005-ci il təvəllüdlü X8 və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X7 və 21.11.201 3-cü il təvəllüdlü X4 adlı övladları vardır. Hal-hazırda ərizəçi onunla Maraqlı şəxs arasında xx.xx.2005-ci il tarixdə 398 №-li akt qeydi ilə Yasamal Rayon Vətəndaşlıq X1 (VVAQ) Şöbəsində qeydə alınmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X2 ərizəçinin himayəsində saxlanılması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək istəmişdir. Məhkəməyə müraciət etməmişdən öncə, “Mediasiya haqqında” Qanunun tələblərinə uyğun olaraq “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbi” üzrə ailə mübahisəsi ilə əlaqədar olaraq Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etməli olmuşdur. 20 oktyabr 2025-ci il tarixində isə Birinci tərəf olaraq Ərizəçi, ikinci tərəf Maraqlı şəxs və Mediasiya xidməti göstərən şəxs Bakı 13 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən X5 iştirakı ilə “Barışıq sazişi” imzalanmışdır. Qeyd olunan barışıq sazişinə əsasən: 1. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə 21 May 2005-ci il tarixində, Yasamal rayonu VVADQ şöbəsində, 398 sayı ilə qeydə alınan nikahlarının məhkəmədə 3 ay barışıq müddəti verilmədən pozulması barədə razılaşdılar. 2. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılması barədə razılaşdılar. 3. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir-birilərinə qarşı aliment tələblərinin olmadığı barədə razılaşdılar. 4. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 2-ci tərəf Maraqlı şəxs ilə uşaqların maraqları nəzərə alınaraq (uşağın təhsil, tərbiyyə, idman, inkişaf və.s.) məhdudiyyətsiz görüşüb ünsiyyətdə olması barədə razılaşdılar. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında barışıq sazişinin təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025ci il tarixli, MŞB/13/2025-01137 nömrəli Barışıq sazişinə əsasən, “1. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə 21 May 2005-ci il tarixində, Yasamal rayonu VVADQ şöbəsində, 398 sayı ilə qeydə alınan nikahlarının məhkəmədə 3 ay barışıq müddəti verilmədən pozulması barədə razılaşdılar.2. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılması barədə razılaşdılar. 3. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir-birilərinə qarşı aliment tələblərinin olmadığı barədə razılaşdılar. 4. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013cü il təvəllüdlü X2 2-ci tərəf Maraqlı şəxs ilə uşaqların maraqları nəzərə alınaraq (uşağın təhsil, tərbiyyə, idman, inkişaf və.s.) məhdudiyyətsiz görüşüb ünsiyyətdə olması barədə razılaşdılar”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-01137 nömrəli barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-01137 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə 21 May 2005-ci il tarixində, Yasamal rayonu VVADQ şöbəsində, 398 sayı ilə qeydə alınan nikahlarının məhkəmədə 3 ay barışıq müddəti verilmədən pozulması barədə razılaşdılar.

2. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılması barədə razılaşdılar.

3. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir-birilərinə qarşı aliment tələblərinin olmadığı barədə razılaşdılar.

4. Tərəflər: 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 2-ci tərəf Maraqlı şəxs ilə uşaqların maraqları nəzərə alınaraq (uşağın təhsil, tərbiyyə, idman, inkişaf və.s.) məhdudiyyətsiz görüşüb ünsiyyətdə olması barədə razılaşdılar. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar