Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-627/2022 17.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə 07.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 02.08.1964-cü il təvəllüdlü X7 19.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirir ki, 02.08.1964-cü ildə Bakı şəhərində anadan olmuş əri X2 19 noyabr 2021-ci ildə vəziyyəti qəfildən pisləşmiş və o, dünyasını dəymişdir. Mərhum ağ ciyər xəstəliyindən əziyyət çəkirdi. Həmin vaxt o, evdə olmamış, yoldaşının dostu yanında olmuş və evə çağırılan BŞT və TTYS 8 saylı bölməsinin təcili yardım briqadası da onun ölümünü təsdiq edərək 19.11.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib edilmişdir. Mərhum adət-ənələrə uyğun olaraq 19.11.2021-ci ildə Qaradağ rayonu Ümumşəhər qəbirstanlığında dəfn olunmuşdur. Mərhum əri ünvan 1 ünvanında yerləşən evdə daimi qeydiyyatda olmuş, həmçinin 3 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmuşdur. O, rəsmi qaydada yazılı surətdə həmin poliklinikaya müraciət edərək onun ölümü haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Həmin poliklinikadan ona 26.11.2021-ci il tarixli məktubla mərhum poliklinikada qeydiyyatda olmasına baxmayaraq heç bir xəstəliklə əlaqədar Yasamal rayonu 3 saylı şəhər poliklinasında müraciət etmədiyindən ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmişdir. Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsinə də müraciət etmiş, lakin ona təqdim edilmiş 26.11.2021-ci il tarixli imtina məktubunda yoldaşının ölümü haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının onların imkanları xaricində olduğu bildirilmiş, aidiyyəti üzrə məhkəməyə müracət etməyi tövsiyə edilmişdir. Hal-hazırda vərəsəlik işi ilə əlaqədar mərhum ərinin ölüm haqqında şəhadətnaməsinin notariusa təqdim edilməsi zərurəti vardır. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinin 26.11.2021-ci il tarixli 05/76-4346/15 nömrəli məktubundan müəyyən olunur ki, X7 ölüm faktının qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün mümkün olmadığından imtina edilərək, Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Təcili və X6 Stansiyası tərəfindən verilmiş 19.11.2021-ci il tarixli, 0363 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, Bakı şəhəri, S.Rəhimov küçəsi, dalan 3, 7 saylı evə X7 adına çağırış daxil olmuş, 57 yaşlı X7 vəfat etməsi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamenti, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 25.11.2021-ci il tarixli, 81 saylı arayışa əsasən müəyyən olunur ki, X9 19.11.2021-ci il tarixdə Qaradağ rayonu ümumşəhər qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, 3 saylı şəhər poliklinikasının 26.11.2021-ci il tarixli, 486 nömrəli məktubunda qeyd olunur ki, X9 19.11.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum şəxs əvvəllər Nəsimi rayon 3 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə ölüm səbəbi aydın deyildir. Bu səbəbdən Ərizəçi X9 üçün ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsindən imtina edilərək məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Bakı Nikah Evi-Səadət sarayı tərəfindən verilmiş V-İİ JQ № 292381 nömrəli, 29.02.1996-cı il tarixli niklahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X1 Rauf Ağa oğlu 25.02.1996-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra ərə Eyvazov, arvada Eyvazova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 02.08.1964-cü il təvəllüdlü X7 19.11.2021-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02.08.1964-cü il təvəllüdlü X7 19.11.2021-ci il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. X3 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-627/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-627/2022
17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver