Məhkəmə qərarları › İş №2(004)-6300/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6300/2021

19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6300/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 21.05.1981-ci il təvəllüdlü X2 22.06.2021-ci il tarixində ölməsi faktının müəyyən edilməsi, həyat yoldaşı 21.05.1981-ci il təvəllüdlü X9 oğlunun 22.06.2021-ci il tarixində ölməsi səbəbi kimi uzun sürən xronik ağciyər çatışmazlığı xəstəliyinin olmasının ölüm haqqında şəhadətnamədə göstərilməsi, həyat yoldaşı 21.05.1981-ci il təvəllüdlü X2 22.06.2021-ci il tarixində ölməsinə dair şəhadətnamənin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı 21.05.1981-ci il təvəllüdlü X4 yaşadığı evdə 22.06.2021-ci il tarixində saat gecə saat 02:30 radələrində dünyasını dəyişmişdir. Bildirmək istəryir ki, mərhum həyat yoldaşı uzun müddətdir xronik ağciyər çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi və müalicə alırdı. 22.06.2021-ci il tarixdə gecə saatlarında həyat yoldaşının vəziyyəti ağırlaşdığı üçün onlar ilkin X8 çağırmış və onlar gəlib ilkin tibbi yardım göstərmişlər. Bir neçə saat sonra isə həyat yoldaşı dünyasını dəyişmiş, X8 əməkdaşları gələrək prokurorluğa məlumat vermiş və fakt üzrə araşdırma aparılmasına başlanmışdır. Bakı şəhəri Yasamal rayon Prokurorluğunun qərarına əsasən həyat yoldaşının ölüm faktı ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Həyat yoldaşı X2 dünyasını dəyişməsi ilə bağlı ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş və Bakı şəhəri Maraqlı şəxs 23.06.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasınının” 8.5-ci bəndinə istinad edərək ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədinin təqdim edilməməsi səbəbi ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Təcili tibb yardım stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsində ölüm səbəbinin qeyd olunmasına baxmayaraq Bakı şəhəri Maraqlı şəxs ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Həyat yoldaşı X2 ölüm faktının müəyyən edilərək ölüm haqqında şəhadətnamənin alınması ümumiyyətlə həm bir sənəd kimi, həm də gələcəkdə vərəsəliklə bağlı hüquqi hərəkətlərin edilməsi üçün zəruridir. İşə məhkəmədə baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, həyat yoldaşı 21.05.1981-ci il təvəllüdlü X2 22.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Təcili və X1 Stansiyasının 22.06.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Salatın Əsgərova 74 ünvanında 22.06.2021-ci il tarixində X3 məxsus meyid aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə X6 X7 Şəxsin 3 nömrəli poliklinika şöbəsinin 16.09.2021-ci il tarixli, 351 nömrəli məktubdan görünür ki, mərhum 3 nömrəli şəhər poloklinikasına heç vaxt müraciət etmədiyi üçün ona poliklinika tərəfindən ölüm haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 23.06.2021-ci il tarixli, 05/76-2087/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün aidyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Şüvəlan bələdiyyəsinin 15.10.2021-ci il tarixli, 187 nömrəli arayışından görünür ki, X4 22.06.2021-ci il tarixdə Şüvəlan qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 həqiqətən də 22.06.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21.05.1981-ci il təvəllüdlü X2 22.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar