Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6304/2021 20.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X9 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.03.1972-ci ildə anadan olmuş həyat yoldaşı X1 18.07.2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. 18.07.2019-cu il tarixdə həyat yoldaşı X3 qəflətən ürəyini tutaraq huşunu itirdiyindən, təcili tibbi yardım çağırmış, həkim gəlib baxarkən həyat yoldaşının artıq öldüyünü bildirmişdir. Həyat yoldaşının qeyd olunan vaxtda ölməsini qohumları və qonşuları şahid kimi təsdiq edə bilərlər. Həmçinin, iddia ərizəsinə əlavə etdiyi həyat yoldaşının məzarının və baş daşının şəkli də onun ölməsini və basdırılmasını təsdiq edir. Həmin vaxt stress vəziyyətində olduğundan çağırdığı təcili tibbi yardım həkiminin həyat yoldaşının həkim gələnədək ölməsi və ölümün səbəbi qeyd olunsa da, bilmədiyi səbəbdən ölünü özləri ilə xəstəxanaya aparıb ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməmişdir. Sonradan ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, 14.09.2021-ci il tarixli 05/76- 565/15 saylı məktubunda ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının mümkün olmaması qeyd olunaraq, şəhadətnamə verilməsindən imtina olunmuş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə unmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə verərək onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşının həyat yoldaşı X3 18.07.2019-cu il tarixində Yasamal rayonundakı evində vəfat etmiş, onu Qobustan rayon Dərəkənd kənd qəbiristanlığında dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynıdır. Qaynının həyat yoldaşı X3 18.07.2019-cu il tarixində Yasamal rayonundakı evində vəfat etmiş, onu Qobustan rayon Dərəkənd kənd qəbiristanlığında dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilib ərizəçiyə ünvanlanmış 14.09.2021-ci il tarixli 05/76- 565/15 saylı imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin həyat yoldaşı X1 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş Qobustan rayon İH başçısının Dərəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12.10.2021-ci il tarixli 65 saylı arayışdan görünür ki, X3 18.07.2019-cu il tarixində vəfat etmiş və həmin tarixdə Qobustan rayon Dərəkənd kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X5 Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, X3 18.07.2019-cu il tarixində Bakı şəhərində ölmüşdür. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu və şahid ifadələri ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 14.03.1972-ci ildə anadan olmuş X1 18.07.2019-cu il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.03.1972-ci ildə anadan olmuş X1 18.07.2019-cu il tarixində Bakı şəhəridə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6304/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6304/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver