Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6309/2025 07.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Yasamal rayon qeydiyyat şöbəsi cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il tarixində dünyaya gələn X3 09 mart 1989-cu il tarixində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinin maraqlı şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilə X2 arasında xx.xx.1986-cı il tarixində rəsmi nikah bağlanılmışdır. Birgə nikahdan 5 övladları dünyaya gəlmişdir. 1 övladı körpəlikdən vəfat etmişdir. Hazırda onun üçün ölüm haqqında şəhadətnamə almaq məqsədilə mövcud ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Nəzərə çatdırılır ki, hüquqi savadsızlıq ucbatından o gündən bu günə qədər ölüm şəhadətnaməsi əldə etməmişlər. Övladı xx.xx.1989-cu il tarixində səhhətində olan ağırlaşmalar səbəbilə 1 gün sonra yəni xx.xx.1989-cu il tarixində vəfat etmişdir. Qeyd olunur ki, bu faktı qonşular və qohumlar da təsdiq edə bilər. Onu ailə məzarlığında dəfn etmişlər. Ona ölüm şəhadətnaməsinin alınması üçün qeydiyyat şöbəsinə müraciət etdikdə ərizəçiyə müvafıq imtina məktubu təqdim edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qoşmaya əlavə edilmiş X6 məxsus şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi o, xx.xx.1987-ci il tarixində anadan olmuşdur, atası Ərizəçi, anası isə Ələkbərova Ayparadır. Qoşmaya əlavə edilmiş X7 məxsus doğum haqqında şəhadətnamənin surətindən də, göründüyü kimi o, xx.xx.1988-ci il tarixində anadan olmuşdur və atası Ərizəçi, anası isə Ələkbərova Ayparadır. Qoşmaya əlavə edilmiş X4 məxsus şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamənin surətindən də göründüyü kimi o, xx.xx.1990-cı tarixində anadan olmuşdur, atası Ərizəçi anası Ələkbərova Ayparadır. Qoşmaya əlavə edilmiş X11 məxsus şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamənin surətindən də göründüyü kimi o, xx.xx.1994-cü il tarixində anadan olmuşdur, atası Ərizəçi anası Ələkbərova Ayparadır. Qoşmaya əlavə edilmiş X16 məxsus şəxsiyyət vəsiqəsinin surətindən və doğum haqqında şəhadətnamənin surətindən də göründüyü kimi o, xx.xx.1999-cu tarixində anadan olmuşdur, atası Ərizəçi anası Ələkbərova Ayparadır. Qoşmaya əlavə edilmiş digər sənədlərdən də qızının ölüm faktı müəyyən edilir. Ərizəçi müharibə veteranı olduğu üçün dövlət rüsumu ödəmədən ərizəmi məhkəməyə təqdim edilir. Daha sonra Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.1988-ci il tarixində dünyaya gələn X3 09 mart 1989-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə ərizə verərək, Yasamal rayon qeydiyyat şöbəsi əvəzinə 3 saylı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində Ərizəçi onun həyat yoldaşı olduğunu, birgə nikahdan adları Aynurə, Firuzə, İlahə və Xəlil olan 4 uşağının, həmçinin ikinci uşağı olan Elnurənin olduğunu, Elnurənin 23 dekabr 1988-ci ildə Bakı şəhərində doğulduğunu, uşaqlarının hamısında sudurğa olduğunu, bir gün səhər qızı Elnurəni bələyərkən hərəkətsiz olduğunu gördüyünü, ilk öncə başa düşmədiyini, uşağa süd verəndə onun süd içmədiyini gördüyünü, bunu yoldaşına dediyini və uşağı Qarayevdəki xəstəxanaya apardıqlarını, uşağı reanimasiyaya aldıqlarını, 9 mart 1989-cu il tarixdə uşağın vəfat etdiyini və Razində ailə qəbirstanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X24 ifadəsində Ərizəçi qardaşı olduğunu, ərizəçinin həyat yoldaşının Aypara olduğunu, onların 4 uşaqlarının olduğunu, bundan başqa ikinci qız övladlarının isə vəfat etdiyini, həmin uşağın 1988-ci ildə doğulduğunu, 1989-cu ildə 4-5 aylığında xəstələndiyi üçün vəfat etdiyini, Razində nənəsinin ayağının altında ailə qəbirstanlığında dəfn etdiklərini və dəfndə iştirak etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X17 ifadəsində Ərizəçi onun yeznəsi, yəni bacısının yoldaşı olduğunu, bacısı Aypara ilə ərizəçinin 3 qız və 1 oğlu olduğunu, bundan başqa ikinci qızlarının isə vəfat etdiyini, həmin uşağın 1988-ci ildə doğulduğunu, 1989-cu ildə 2-3 aylığında xəstələndiyi üçün vəfat etdiyini, Razində ailə qəbirstanlığında dəfn etdiklərini və dəfndə iştirak etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X21 ifadəsində Ərizəçi qonşusu olduğunu, ərizəçinin həyat yoldaşının Aypara olduğunu, onların 3 qız və 1 oğlan olmaqla 4 uşaqlarının olduğunu, bundan başqa ikinci qız övladlarının isə vəfat etdiyini, uşağın sudurğa xəstəliyindən vəfat etdiyini və ailə qəbirstanlığında dəfn olunduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X25 ifadəsində Ərizəçi 50 illik qonşusu olduğunu, ərizəçinin həyat yoldaşının Aypara olduğunu, onların 3 qız və 1 oğlan olmaqla 4 uşaqlarının olduğunu, bundan başqa Elnurə adlı ikinci qız övladlarının sudurqadan 1989cu ilin mart ayında vəfat etdiyini və Qaraçuxurda dəfn olunduğunu bildirdi. İş materiallarında olan XİV-ЖГ 341973 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X18 xx.xx.1988-ci il tarixində Bakı şəhərində anadan olmuş və bu barədə xx.xx.1989-cu il tarixində doğum haqqında akt qeydləri kitabında 110 nömrəsi ilə qeyd olunmuşdur. Atası Ərizəçi, anası X1r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 741 nömrəli müraciətə cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X43 “Bakı Baş Səhiyyə Mərkəzi” X43 12 nömrəli X10 Qadir Xəlil oğluna ünvanladığı xx.xx.2025-ci il tarixli, 18-1-1-50/2-Ə-98-xx-xx/2025 nömrəli arayışına əsasən bildirilmişdir ki, xx.xx.1988-ci ildə doğulmuş övladı X5 ölümü haqqında poliklinikada heç bi məlumat yoxdur İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X43 “Respublika Pediatriya Mərkəzi” X42 Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli, 18-1-91/3-290/2025 nömrəli arayışa əsasən bildirilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü X5 Ə.Qarayev adına X23 (hal-hazırda “Respublika Pediatriya Mərkəzi” PHŞ strukturuna daxil olan) 1989-cu il yanvar-fevral aylarında stasionar müalicədə olması və vəfat etməsi haqqında Arxiv qeydiyyat kitablarında heç bir məlumat tapılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən, “vətəndaşlıq vəziyyəti ktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: Ərizəçi- 1.Arvadı: X2; 2. X14 qızı; 3. Qızı- X18; 4. Qızı- X20; 5. Qızı- X22; 6. Oğlu- X26 İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri "xxxx" Kiçik Müəssisəsinin arayışına əsasən bildirilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur kənd qəbirstanlığında Ələkbərovlar ailəsinə məxsus qəbirlər mövcuddur. Baş daşlarında qeyd edilən məlumatlara əsasən- X12, X8, X9, X13 məzarları, həmçinin, bir ədəd vizual görüntülərinə əsasən körpə uşağa aid qəbir mövcuddur. Həmin beş məzara Ələkbərovlar ailəsinin üzvləri tərəfindən mütəmadi ziyarətlər təşkil olunur və onlar tərəfindən daimi abadlıq işləri həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-1215-15/25 nömrəli arayışına əsasən xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-31827 nömrəli müraciətə cavab məktubuna əsasən, xx.xx.1988-ci il təvəllüdlü X5 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-38-33/2- 4222/25 müraciətə cavab məktubuna əsasən xx.xx.1988-ci il təvəllüdlü X5 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan fotoşəkildən görünür ki, Ələkbərovlar ailəsinə məxsus məzarlıqda körpə uşağa aid qəbir mövcuddur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə doğulmuş X5 atasıdır. X18 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Suraxanı rayonu, “Qaraçuxur” kənd qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-6309/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6309/2025
07.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver