Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6327/2025 11.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X1 xx.xx.1991-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı X4 xx.xx.2025-ci ildə vəfat etmişdir.Birgə nikahdan olan oğlu X3 11 dekabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur, 19 dekabr 1991-ci ildə vəfat etmişdir və Zaqatala raroyunun Lahıc kənd qəbirstanlığında dəfn edilmişdir.Müəyyən səbəblərə görə ərizəçi ölüm haqqında şəhadətnamə almamışdır. Zaqatala rayonu Bəhmətli Bələdiyyəsi ərizəçinin oğlunun kənd qəbirstanlığında dəfn olunması barəsində təsdiq etmişdir. Ondan əlavə ərizəçi Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsinə müraciət etmiş və orada da ərizəçinin oğlunun ölümü haqqında heç bir sənəd aşkar olunmamışdır. Ona görə ki, dəfn olunan şəxs Zaqatala rayonunun Lahıc Kəndində dəfn olunmuşdur, çəkdirilən qəbir daşı buna sübutdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, mərhum oğlu 11 dekabr 1990-cı ildə anadan olmuş, 19 dekabr 1991ci il tarixdə sudurqadan vəfat etmişdir. Həmin gün X9 xidmətinə də zəng etmişlər. Mərhum xəstəxanada vəfat etmişdir. Mərhum Zaqatala rayonu Lahıc kənd qəbiristanlığında dəfn edilmişdir.Mərhum Bakı şəhərində vəfat etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, ərizəyə etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1991-ci il tarixdə vəfat edən X3 üçün ölüm haqqında şəhadətnamə alınması barədə müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibbi müəssisənin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə hazırda təmin edilə bilmir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 11 dekabr 1990-cı ildə Bakı şəhərində anadan olmuş X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Zaqatala rayonu Bəhmətli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, X3 11 dekabr 1990-cı ildə Binəqədi rayonunda anadan olmuşdur. 19 dekabr 1991-ci ildə vəfat etmiş və Zaqatala rayonunun Lahıc kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X3 xx.xx.1990-cı il tarixdə doğulmuş, xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Kirov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, XV-ЖГ seriyalı 470960 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X4, ana qrafasında Ərizəçi göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 406 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Zaqatala rayon Lahıc kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş V-ЖГ seriyalı 260363 nömrəli xx.xx.1989-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X4 ilə Ərizəçi arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Mahmudov”, arvada “Qocayeva” soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 507579 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci ildə 361 nömrəli qeyd aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, ərizəçi onun xalası qızıdır. Mərhum onun xalası qızının oğludur. Mərhum Bakıda vəfat etmişdir. Dəfn mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin oğlu olmuşdur. xx.xx.1991-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun anası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin qardaşının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə oğlunun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin oğlu xx.xx.1990-cı il təvəllüdlü X1 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X1 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6327/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6327/2025
11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver