Məhkəmə qərarları › İş №2(004)-639/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-639/2022

16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-639/2022 16.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək 1939cu il təvəllüdlü X2 18.08.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Yasamal Rayon Qeydiyyat Şöbəsinə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, poliklinika ölüm haqqında şəhadətnamənin verməsindən imtina etmişdir və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, X2 baxıçısı kimi işləmişdir. Onun xəstəliyi var idi. Yaddaşı yaxşı deyildi. O özünü uşaqlıq illərində olduğunu hiss edirdi. Yeqanov Valeh özünü balkondan atan vaxt o, marketdə olub. Evə tərəf gələndə görüb ki, özünü balkondan atıb ölüb. Həmin yerdə də, evdə də kameralar var idi. Bunlar çəkilişə düşüb. Dəfn mərasimində də iştirak etmişdir. Hal-hazırda da qızı, yəni ərizəçinin yanında işləyir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ərizəçinin qohumu deyil. İş materiallarında olan Xİİ-ЖГ № 292857 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X4 atası X6, anası isə X5r. İş materiallarında olan 2 nömrəli şəhər polklinikasının Ərizəçi məktubundan müəyyən olunur ki, həmin məktubda 1939-cu il təvəllüdlü X2 ölümü ilə əlaqədər həkim arayışı verilməsi məhkəmə tibbi ekspert rəyi tələb etdiyi üçün, arayışın verilməsi imkan xaricində olduğu bildirilmişdir. İş materiallarında olan 27.08.2021-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki ünvan 1 ünvanda yaşayan, X1 09:00 radələrində yaşadığı 3 otaqlı mənzilin mətbəxində, özünü pəncərədənataraq intihar etməsi barədə daxil olmuş məlumata dair toplanmış 276-C-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 03.11.2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş atası X2 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal Rayon Qeydiyyat Şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması Yasamal Rayon Qeydiyyat Şöbəsinin imkanı xaricində olduğu bildirilmiş və Ərizəçi aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, ərizə qismən təmin olunmalı, 1939-cu il təvəllüdlü X2 18.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahidlərin ifadəsi, cinayət işinin başlanılmasının rədd qərarı ilə 1939-cu il təvəllüdlü X2 18.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmiş və iş materialları ilə sübuta yetirilmişdir. Ərizənin “ölüm haqqında şəhadətnamə verilməsi” hissəsi isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, ölüm haqqında şəhadətnamə verilməsi müvafiq icra orqanının səlahiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 1939-cu il təvəllüdlü X2 18.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar