Məhkəmə qərarları › İş №2(004)-640/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-640/2024

16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-640/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X3 xx.xx.2023-cü il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, o iş üzrə Ərizəçi ünvan 1 ünvanında yaşayış, adı çəkilən evdə o və xx.xx.2023-cü ildə vəfat etmiş oğlu X6 rəsmi pasport qeydiyyatındadır, əlavə kommunal xidmətləri ödəyir. Onun 83 yaşı var, hərəkət etmək qabiliyyəti məhdud olduğuna görə mərhum oğlu X4 ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Bakı şəhər Maraqlı şəxsnə şifahi şəkildə müraciət etsə də, ona bu işin məhkəmə aidiyyatı olduğunu bildirmişlər. Qeyd edir ki, mərhum oğlu X6 xx.xx.2023-cü il tarixdə saat 14:52 radələrində ona məxsus olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağları Əmir Xəlil döngəsi ev/812 ünvanında rəhmətə getmiş ölüm faktını Bakı şəhəri Təcili və X2 Stansiyası 14 saylı Bölməsinin müdiri Ş.R.Səmədov tərəfindən verilmiş 47 nömrəli, xx.xx.2023-cü il tarixli arayışı təsdiq edir. Mərhum oğlu X6 xx.xx.2023cü il tarixdə “Qurd” qəbirstanlığı adlanan məzarlıqda mərhum anası X1 yanında dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişdirlər. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasi Təcili və X2 Stansiyasının 14 saylı bölməsinin 47 nömrəli “ölüm haqqında xəbərdarlıq” vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağları Əmir Xəlil döngəsi ev/812 ünvanına X3 adına çağırış daxil olmuş, 14:52-də xəstənin yanına gəlmə vaxtı qeyd olunmuş, çağırışı 14 saylı bölmənin həkimi Hacıyev Natiq yerinə yetirmişdir. Kişi cinsli meyid aşkar olunmuş, ölümün ilkin səbəbi həkiməqədər ölüm olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 3-16-5-7/6- 4807/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunmadığı üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 23 iyul 1969-cu il təvəllüdlü X3 28 iyun 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 iyul 1969-cu il tarixində Bakı şəhərində anadan olmuş X3 28 iyun 2023-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar