Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6406/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi X3 “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs – Yasanal rayon Qeydiyyat şöbəsi, TƏBİB X12in 39 nömrəli şəhər Poliklinikası) mülki işə 19 oktyabr 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 22 avqust 2021-ci ildə Bakı şəhərində vəfat etməsi ilə əlaqədar onun ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 19.09.1939-cu ildə Bakı şəhərində anadan olmuş atası X1 22 avqust 2021-ci ildə Hövsan qəsəbəsində yerləşən bağ evində qəfildən pisləşmiş və o dünyasını dəyişmişdir. Evə çağırdığı BŞT və TTYS 11 saylı bölməsinin təcili yardım briqadası da onun ölümünü təsdiq edərək 22.08.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib edilmişdir. Mərhum adət-ənələrə uyğun olaraq 22.08.2021-ci ildə Keşlə qəbirstanlığında dəfn olunmuşdur. Mərhum atası ünvan 1 ünvanında yerləşən evlərində daimi qeydiyyatda olmuşdur, həmçinin 39 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmuşdur. Son vaxtlar Hövsanda yaşadığı üçün həmin tibb müəssisəsinə müraciət etməmişdir. Rəsmi qaydada yazılı surətdə həmin poliklinikaya müraciət edərək onun ölümü haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Həmin poliklinikadan ona 26.08.2021-ci il tarixli məktubla bildirilmişdir ki, atası 19.09.1939-cu il təvəllüdlü X3 ölüm səbəbi qəfləti olduğuna görə Səhiyyə Nazirliyinin Kollegiyasının 05 nömrəli, 31.08.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamənin verilmə qaydası”nın 4.4.5-ci bəndinə əsasən tərəflərindən Forma 106 - Ölüm haqqında Tibbi Şəhadətnamənin verilməsi mümkün deyil.” (Həmin məktubu da bu ərizəyə əlavə edir.) Bakı şhəri Yasamal rayonu Qeydiyyat şöbəsinə də müraciət etmiş, lakin ona təqdim edilmiş 17.09.2021-ci il tarixli imtina məktubunda atasının ölümü haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının onların imkanları xaricində olduğu ona bildirilmiş, aidiyyəti üzrə məhkəməyə müracət etmək tövsiyə edilmişdir. Hal-hazırda vərəsəlik işi ilə əlaqədar mərhum atasının ölüm haqqında şəhadətnaməsinin notariusa təqdim edilməsi zərurəti vardır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 1939-cu ildə doğulmuş X3 22 avqust 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, faktın müəyyən edilməsi ona vərəsəlik işi ilə əlaqədar mərhum atasının ölüm haqqında şəhadətnaməsinin notariusa təqdim edilməsi zərurəti üçün lazımdır. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq, mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs TƏBİB X12in 39 nömrəli şəhər Poliklinikası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, AZE № 01505414 saylı şəxsiyyət vəsiqəsi üzrə X4 19.09.1939-cu ildə ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 05/76-3712/15 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydiyyata alınması imkanları xaricindədir. Maraqlı şəxs1 aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. Bakı şəhəri Təcili və X7 Stansiyasının 22.08.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi əsasında müəyyən edilmişdir ki, 22.08.2021-ci il tarixdə saat 16:00 dəqiqədə Hövsan bağları, ev 2 ünvanına çağırış olmuşdur. Çağırış yerinə gələn həkimi Cəfərova Ş. və tibb bacısı Vəlibəyova S. ünvanda həkimə qədər ölmüş kişi cinsli meyid aşkar etmişlər. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 39 №li Şəhər Poliklinikasına ünvanlanmış ərizənin surətindən görünür ki, Ərizəçi ölüm kağızının alınması üçün müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs2 X12 39 №li Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış məktubda bildirilir ki, atası 19.09.1939-cu il təvəllüdlü X3 nömrəli qərarının 4.3 bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. P.Cavadova vəfat etdiyi ünvanda qısa müddətli qonaq olduğu üçün və həmin ünvanda qeydiyyatda olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 (şəxsiyyət vəsiqəsi AA № 1123435) ifadə verərək bildirdi ki, mərhum X4 onun dayısı olmuşdur. Mərhum 22 avqust 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Keşlə qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 (şəxsiyyət vəsiqəsi AZE № 0667117) ifadə verərək bildirdi ki, mərhum X4 onun yoldaşının dayısı olmuşdur. Mərhum 22 avqust 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X3 19.09.1939-cı ildə doğulduğu, 22.08.2021-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 ərizəçinin atası olmuşdur. 22.08.2021-ci il tarixdə vəfat etmişdir. X2 qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin atası X3 22.08.2021-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19.09.1939-cu ildə Bakı şəhərində doğulmuş X3 22 avqust 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6406/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6406/2021
19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver