Məhkəmə qərarları › İş №2(004)-6496/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6496/2022

19.12.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6496/2022 19.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Mürsəlova (Cəfərzadə) Şəkər Rzaxan qızına qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi maraqlı şəxs Mürsəlova (Cəfərzadə) Şəkər Rzaxan qızına qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə məhkəməyə müraciət edərək Mürsəlova (Cəfərzadə) Şəkər Rzaxan qızı ilə onun arasında mediator X2 iştirakı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış barıqış sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və eyni zamada vəkili ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və eyni zamanda vəkilinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3426/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 2 saylı Bakı ASAN Xidmət mərkəzinin Qeydiyyat Şöbəsində xx.xx.2016-cı il tarixdə 647 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qərara alınmışdır. İş materiallarında olan birinci tərəf Maraqlı şəxs ilə ikinci tərəf Ərizəçi arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, 2.1. tərəflər aralarında 03 Avqust 2016-cı ıl tarixində 2 saylı Bakı ASAN Xidmət Mərkəzində 647 qeydiyyat nömrəsi ilə bağlanan nikah münasibətlərinə davam etdirmək istəmir, aralarında olan nikaha xitam verilmə mövzusunda razılığa gəlir və nikaha məhkəmə qaydasında xitam verılməsi üçün tərəflərdən hər hanjsı biri müvafiq rayon məhkəməsinə müraciət edəcəkdir. Belə halda digər tərəf boşanma ilə bağlı iddianı qəbul etmiş sayılır. 2.2. 02 mart 2020-ci il təvəllüdlü X1 qəyyumluğu anasında saxlanacaqdır. Uşaq ananın yanında qalacaq, atanın uşaqla bu Sazişin 2.3-cü bəndinə uyğun olaraq ünsiyyət hüququ vardır. 2.3. İkinci tərəf həftədə iki gün olmaq üzərə uşaqla görüşmə hüququna sahibdir. Bu günlərdən birini ikinci tərəf həftənin iş günlərində, uşağı baxçadan saat 15:00-da götürməkl, sonra da uşağı ən gec saat 20630-a qədər birinci tərəfin yaşadığı ünvana qaytarmaqla, ikinci görüş günü də həftənin şənbə və ya da bazar güünləri saat 11:00-da uşağı birinci tərəfin yaşadığı ünvandan götürməklə və saat 18:00da həmin ünvana qaytarmaqla həyata keçirir. Ata uşaqla hər hansı yerdə görüşə bilər, bununla belə görüş yeri uşağın fiziki və psixi saölamlığı üçün təhlükəsiz şəraitdə olmalıdır. Görüş üçün istifadə olunmaya gnlər digər həftələrə keçmir. Görüş günləri ya saatları tərəflər arasında razılaşdırılmaqla dəyişdirilə bilər. Birinci tərəf uşağın gedəcəyi bağçanın ünvanını ikinci tərəfə bildirir və bağça müdriyyətinə bu Sazişin 2.3-cü bəndi haqqında məlumat verir. 2.4. İkinci tərəfin ödəyəcəyi alimentin məbləği Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq onun aylıq qazancının 25% olaraq müəyyən edilir. Aliment hər təqvim ayının 15-nə qədər birinci tərəfin elektron qaydada ikinci tərəfə bildirəcəyi bank hesabına ödəniləcəkdir. 2.5. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir, onların mövcudiyyətinə təsir göstərmir. 2.6. Sazişin 2.1-ci bəndində göstərilən müddəa istisna olmaqla, Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.7. Tərəflər razılığı gəlirlər ki, onların heç biri digərinni nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Tərəflər birgə övladlarının və üçüncü şəxslərin yanında bir-biriləri haqqında ləyaqəti alçaldıcı ya da nüfusdan salıcı ifadələr işlətməyəcəklər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Lakin ərizəçi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təqdim edilməsini məhkəmədən xahiş etsə də, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən yalnız sazişin 2.3-cü bəndinin maraqlı şəxs tərəfindən icra edilməməsi sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Mürsəlova (Cəfərzadə) Şəkər Rzaxan qızı arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndi aşağıdakı məzmunda təsdiq edilməlidir. Ərizəçi həftədə iki gün olmaq üzərə uşaqla görüşmə hüququna sahibdir. Bu günlərdən birini Ərizəçi həftənin iş günlərində, uşağı bağçadan saat 15:00-da götürməklə, sonra da uşağı ən gec saat 20:30-a qədər birinci tərəfin yaşadığı ünvana qaytarmaqla; ikinci görüş günü də həftənin Şənbə ya da Bazar günləri saat 11:00-da uşağı Mürsəlova (Cəfərzadə) Şəkər Rzaxan qızının yaşadığı ünvandan götürməklə və saat 18:00-da həmin ünvana qaytarmaqla həyala keçirir. Ata uşaqla hər hansı yerdə görüşə bilər, bununla belə görüş yeri uşağın fiziki və psixi sağlamlığı üçün təhlükəsiz şəraitdə olmalıdır. Görüş üçün istifadə olunmayan günlər digər həftələrə keçmir. Görüş günləri yə saatları tərəflər arasında razılaşdırmaqla dəyişdirilə bilər. Mürsəlova (Cəfərzadə) Şəkər Rzaxan qızı, uşağın gedəcəyi baxçanın ünvanını Ərizəçi bildirir və bağça müdriyyətinə bu Sazişin 2.3-cü bəndi haqqında məlumat verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Mürsəlova (Cəfərzadə) Şəkər Rzaxan qızı arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi 2.3-cü bəndi aşağıdakı məzmunda təsdiq edilsin: Ərizəçi həftədə iki gün olmaq üzərə uşaqla görüşmə hüququna sahibdir. Bu günlərdən birini Ərizəçi həftənin iş günlərində, uşağı bağçadan saat 15:00-da götürməklə, sonra da uşağı ən gec saat 20:30-a qədər birinci tərəfin yaşadığı ünvana qaytarmaqla; ikinci görüş günü də həftənin Şənbə ya da Bazar günləri saat 11:00-da uşağı Mürsəlova (Cəfərzadə) Şəkər Rzaxan qızının yaşadığı ünvandan götürməklə və saat 18:00-da həmin ünvana qaytarmaqla həyala keçirir. Ata uşaqla hər hansı yerdə görüşə bilər, bununla belə görüş yeri uşağın fiziki və psixi sağlamlığı üçün təhlükəsiz şəraitdə olmalıdır. Görüş üçün istifadə olunmayan günlər digər həftələrə keçmir. Görüş günləri yə saatları tərəflər arasında razılaşdırmaqla dəyişdirilə bilər. Mürsəlova (Cəfərzadə) Şəkər Rzaxan qızı, uşağın gedəcəyi baxçanın ünvanını Ərizəçi bildirir və bağça müdriyyətinə bu Sazişin 2.3cü bəndi haqqında məlumat verir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar