Məhkəmə qərarları › İş №2(004)-653/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-653/2024

12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-653/2024 12.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət edərək, onun atası - xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş X10 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, X14 onun atasıdır. X14 xx.xx.2015-ci il tarixdə yaşadıqları evdə vəfat etmişdir. X1 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Şüvəlan qəbirstanlığında dəfn etmişlər. X17 Stansiyasının verdiyi xx.xx.2015-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinin kifayət etdiyini zənn edərək, ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda vərəsəlik işinin həll edilməsi üçün atasının ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. O, atasına ölüm haqqında şəhadətnamə almaq üçün 3 saylı Bakı “ASAN Xidmət” X9 müraciət etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə atasına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” X9 iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 3 saylı Bakı “ASAN Xidmət” X7 rəisi Gültən Abdullayeva xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X14 onun əmisi oğludur. X5 xx.xx.2015-cü il tarixdə vəfat etmişdir. X14 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Şüvəlan qəbirstanlığında qardaşının yanında dəfn edilmişdir. O, X10 dəfnində iştirak etməsə də, yas mərasimlərində iştirak etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” X7 xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-2446/23 nömrəli arayışından görünür ki, X10 ölümü haqqında məlumat aşkar edilməmişdir. 3 saylı Bakı “ASAN Xidmət” X7 xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-2446/23 nömrəli məktubu ilə X10 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə etmişdir. BŞT və TT4S 4 saylı bölməsinin xx.xx.2015-ci il tarixli 572 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixdə saat 00:53-də 1959-cu il təvəllüdlü X10 adına Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 1 ünvana çağırış daxıl olmuşdur. 4 saylı KYSnın həyimləri ünvanda olmuş və kişi cinsli meyit aşkar olunmuşdur. xx.xx.2015-ci il tarixli Xəstəlik tarixindən və xx.xx.2015-ci il tarixli baş beynin KT müayinəsindən müəyyən edilir ki, 1959-cu il təvəllüdlü X11 “baş beyinin bəd xassəli şişi. Şiş intoksikasiyası” diaqnoz qoyulmuş xəstəlik aşkar edilmiş, xx.xx.2015-ci il tarixdə xəstə ağır vəziyyətdə evə yazılmışdır. Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin verdiyi xx.xx.2023-cü il tarixli 57 nömrəli arayışdan görünür ki, BŞT və TT4S 4 saylı bölməsinin xx.xx.2015-ci il tarixli 572 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsinə və Rəsulov Ş.M tərəfindən X10 dəfn olunması haqqında izahatına əsasən X2 qəbirstanlığında dəfn edilmişdir. Qəbr daşının fotoşəklində olan yazıda göstərilmişdir ki, X14 xx.xx.1959-cu ildə doğulmuşdur və xx.xx.2015-ci ildə ölmüşdür. İİ-JQ 493813 nömrəli nikah haqqnda şəhadətnamədən müəyyən edilir ki, X14 ilə X3 arasında xx.xx.1985-ci il tarixdə 901 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır, nikahdan bağlanandan sonra arvada Quliyeva soyadı verilmişdir. XVİ-JQ 413951 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, Ərizəçi xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur. X6 və anası X4r. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, şahidin ifadəsindən və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş X14 Ərizəçi doğma atasıdır. X14 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və Şüvəlan qəbristanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Ölüm faktının müəyyən edilməsi ərizəçiyə vərəsəliyin sənədləşdirilməsi üçün lazımdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş X10 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X10 adına ölüm haqqında şəhadətnamə verilməsi 3 saylı Bakı “ASAN Xidmət” X9 həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar