Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6544/2021 02.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi və şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Yasamal Rayonu Qeydiyyat Şöbəsinə ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X4 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsnə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin həm uzaq qohumu, həm də yaxın rəfiqəsidir. X4 ürəyi ilə bağlı problemləri olub, dəfn mərasimdə iştirak etmişdir. X1 dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin iş yoldaşıdır. X4 ürəyi ilə bağlı problemləri olub. Dəfn mərasimdə iştirak etmişdir və X1 dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı məktubdan görünür ki, Ərizəçi 10.04.2021-ci il tarixdə vəfat etmiş qardaşı X4 ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması Maraqlı şəxs imkanı xaricindədir. Məktubda Ərizəçi aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qobu qəsəbə Xəstəxanası tərəfindən Ərizəçi ünvanlanmış 22.06.2021-ci il tarixli məktubdan görünür ki, Murad Cəfərovun ölümünün səbəbi məlum olmadığına və qobu Qəsəbə Xəstəxanasına hər hansı bir xəstəliklə bağlı müraciət etməməsinə görə onun adına “Ölüm haqqında tibbi şəhadətnamənin xəstəxana tərəfindən verilmədiyi bildirilmişdir. İş materiallarımnda olan Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydalarına dair xəbərdarlıq vərəqəsinə əsasən müəyyən olunur ki, X6 10.04.2021-ci il tarixdə Təcili və təxirəsalınmaz tibbi yardım gələnədək vəfat etmiş və üzərində zorakılıq əlamətləri yoxdur. İş materiallarında olan 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı MKİS tərəfindən Ərizəçi verilmiş arayışdan görünür ki, X6 1-ci Alatava küçəsi 91 saylı evdə qeydiyyatda olub və bacısının dediyinə görə 10 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizə qismən təmin olunmalı, X4 10.04.2021-ci il tarixdə Qobu qəsəbəsi Yeni Məhəllə fərdi ev ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizənin “ölüm haqqında şəhadətnamənin verilməsi və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə olunması” hissəsi isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, ölüm haqqında şəhadətnamə verilməsi müvafiq icra orqanının səlahiyyətində və qanuni qüvvəyə minmiş qətnamə müvafiq akt qeydinin aparılması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X4 10.04.2021-ci il tarixdə Qobu qəsəbəsi Yeni Məhəllə fərdi ev ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6544/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6544/2021
02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver